Month: September 2024

  • Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub

    Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 maqnitudalı zəlzələ baş verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.

    Məlumata görə, zəlzələ ocağı 200 km dərinlikdə yerləşib.

    Zəlzələnin episentri rayonun inzibati mərkəzi Xoroq şəhərindən təxminən 40 km aralıda dağlıq ərazidə olub.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur.

  • Masallıda ölümlə nəticələnən avtoqəza olub

    Masallı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi “Vaz 21074” markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

    Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

    Qəza ilə bağlı araşdırma aparılır.

  • В Подмосковье при пожаре на парковке погибли два человека

    Два человека погибли при пожаре в Одинцовском городском округе (Подмосковье).

    Как передает Median.Az cо ссылкой на российские СМИ, об этом сообщает ГУ МЧС России по Московской области.

    “Сегодня поступило сообщение о пожаре в Одинцовском городском округе. Незамедлительно прибывшие к месту пожарно-спасательные подразделения установили, что в наземном паркинге происходит горение легковых автомобилей и конструктивных элементов парковки. Пожар локализован на площади 713 квадратных метров. В настоящий момент ликвидировано открытое горение. К сожалению, два человека погибли”, – говорится в сообщении ГУ МЧС.

    Отмечается, что на месте работают четыре единицы техники и 20 человек личного состава.

    В России масштабный пожар охватил многоуровневую автомобильную парковку

  • Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb

    Moskva vilayətinin Odintsovo şəhərində baş verən yanğın nəticəsində iki nəfər ölüb.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Odintsovo şəhərində yerüstü parkinqdə yanğın baş verdiyi barədə məlumat daxil olub: “Dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Yanğın 713 kvadratmetr sahədə lokallaşdırılıb. Təəssüf ki, iki nəfər həlak olub”.

    Qeyd edilib ki, hadisə yerində dörd texnika və 20 canlı qüvvə çalışır.

  • Niderland millisinin futbolçusu Braziliya klubuna keçir

    Niderland millisinin futbolçusu Memfis Depay karyerasını Braziliyada davam etdirəcək.

    Bu barədə jurnalist Nikolo Skira bildirib.

    Onun sözlərinə görə, “Korintians” 30 yaşlı hücumçunu heyətinə qatır. Təcrübəli forvardın müqaviləsi 2026-cı ilin sonunadək nəzərdə tutulacaq.

    Qeyd edək ki, Memfis Depay son olaraq İspaniyada “Atletiko”nun formasını geyinib. O, 2023/2024 mövsümündə Madrid klubunda 23 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

  • “Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib

    Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin mərkəzi filialı 12 saatlıq iş rejiminə keçib.

    Məqsəd əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır.

    Məlumata görə, artıq Naxçıvan şəhər mərkəzi poçtu şənbə-bazar günləri də daxil olmaqla həftənin 7 günü saat 08:00-dan 20:00-dək vətəndaşlara fasiləsiz olaraq xidmət göstərəcək. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

    Rayon filialları isə əvvəlki iş rejiminə uyğun olaraq həftənin bütün günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək, eləcə də poçt məntəqələri isə həftənin bazar ertəsi-şənbə günləri daxil olmaqla saat 09:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) vətəndaşların xidmətindədir.

    Qeyd edək ki, poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, elektron ticarət vasitəsi ilə sifariş olunmuş malların çatdırılması, istehlakçılardan istifadə etdikləri elektrik, qaz, su sərfiyyatı haqlarının yığılması və sayğacların smart kartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunənin və danışıq haqlarının, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının, məcburi dövlət sosial sığorta haqlarının, yerli (bələdiyyə) vergilərin, habelə Bank və Bank olmayan Kredit təşkilatına kredit borclarının ödənişləri həyata keçirilir.

  • Матч сборных России и Таиланда по футболу отменен из-за тайфуна

    Запланированный на субботу товарищеский матч национальных футбольных команд России и Таиланда отменен.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом сообщает пресс-служба Российского футбольного союза.

    Причина: надвигающийся тайфун “Яги” – крупнейший за последние 10 лет, предупредили предупредили метеорологи.

    “Решение принималось с учетом количества уже выпавших осадков и прогноза погоды на ближайшие сутки в Ханое”, – говорится в сообщении.

    Отмечается, что местные власти рекомендуют жителям вьетнамской столицы не выходить на улицу.

    Встреча должна была пройти во вьетнамском Ханое 7 сентября.

  • Rusiya və Tailand arasında yoldaşlıq görüşü qasırğaya görə təxirə salınıb

    Vyetnam Futbol Federasiyası “Yaqi” super qasırğasının yaxınlaşması ilə əlaqədar Hanoyda yoldaşlıq turniri çərçivəsində Rusiya və Tailand yığmaları arasında keçiriləcək oyunu təxirə salıb.

    Bu barədə “Thanh Nien” məlumat yayıb.

    Görüş sentyabrın 7-də “My Dinh” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.

    Qeyd olunub ki, hazırda matçın sentyabrın 8-də eyni vaxtda keçirilməsi müzakirə olunur.

  • Иран утверждает, что не поставляет оружие России

    Иранская сторона утверждает, что не поставляет оружие сторонам конфликтов, в том числе и в Украине, призывая все страны следовать этому примеру.

    Об этом говорится в заявлении постпредства Ирана при ООН.

    “Позиция Ирана касательно конфликта в Украине остается неизменной. Иран считает бесчеловечным оказание военной помощи сторонам, вовлеченным в конфликт, это приводит к увеличению человеческих жертв, разрушению инфраструктуры и уходу все дальше от переговоров о прекращении огня, – указало иранское диппредставительство. – Таким образом, Иран не только воздерживается от участия в таких действиях, но и призывает другие страны прекратить поставки оружия вовлеченным в конфликт сторонам”.

    Ранее газета The Wall Street Journal опубликовала статью со ссылкой на неназванных американских и европейских чиновников, в которой говорилось, что Иран поставил России баллистические ракеты малой дальности.

  • İran Rusiyaya silah vermədiyini iddia edib

    İran iddia edib ki, münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir və bütün ölkələri bundan nümunə götürməyə çağırır.

    Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

    “İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Tehran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi “qeyri-insani” hesab edir ki, bu da itkilərin artmasına, infrastrukturun dağılmasına və atəşkəs danışıqlarından uzaqlaşmasına səbəb olur. Belə ki, İran nəinki bu cür hərəkətlərdə iştirakdan çəkinir, həm də digər ölkələri münaqişədə iştirak edən tərəflərə silah tədarükünü dayandırmağa çağırır”, – bəyanatda vurğulanıb.

    Bundan əvvəl “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən məqalə dərc edib və orada İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.