Month: September 2024

  • В день выборов на избирательных участках 11 человек обратились за скорой помощью

    В Республиканский центр скорой и неотложной медицинской помощи 1 сентября в ходе внеочередных парламентских выборов в Азербайджане поступило 11 обращений.

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    В ведомстве сообщили, что семи обратившимся была оказана первая помощь на месте, одну женщину госпитализировали с диагнозом инсульт.

    Обращения, в основном, были связаны с жалобами на головную боль и высокое артериальное давление.

  • Seçki günü məntəqələrdən 11 nəfər təcili yardıma müraciət edib

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə seçki günü, sentyabrın 1-də seçki məntəqələrindən 11 nəfərin ümumi müraciəti qeydə alınıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Qeyd olunub ki, müraciət edən şəxslərdən 7 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə tibb müəssisəsinə hospitalizasiya olunub. O cümlədən, 2 nəfər yardımdan imtina edib.

    Müraciətlərin əsas səbəbi baş ağrısı, hipertenziya ilə bağlı olub.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərdə təcili yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

  • Польша подняла в воздух истребители из-за активности дальней авиации РФ

    Польша сегодня, 2 сентября, рано утром поднимала в воздух истребители.

    Об этом говорится в заявлении оперативного командования ВС страны в соцсети “X”.

    Оно назвало причиной этого активность российской дальней авиации.

    “Приняты все необходимые процедуры для обеспечения безопасности воздушного пространства Польши, оперативное командование ВС Польши контролирует ситуацию”, – сказано в сообщении.

    26 и 27 августа Польша также поднимала в воздух истребители по аналогичной причине. Сегодняшней ночью по всей Украине была объявлена воздушная тревога.

  • Polşa Rusiya aviasiyasının fəallığı ilə əlaqədar qırıcılarını havaya qaldırıb

    Polşa bu gün səhər saatlarında qırıcı təyyarələri havaya qaldırıb.

    Bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının “X” hesabında məlumat verilib.

    Buna səbəb kimi Rusiyanın uzaqmənzilli aviasiyasının fəallığı göstərilib.

    “Ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb, Operativ Komandanlıaq vəziyyəti izləyir”, – məlumatda bildirilib.

    Qeyd edək ki, Polşa avqustun 26-sı və 27-də oxşar səbəbdən qırıcı təyyarələri havaya qaldırmışdı. Bu gecə bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

  • Türkiyədə terrorçuların silah-sursat deposu məhv edilib

    Türkiyənin Şırnak bölgəsində Cudi dağı ətəyində jandarm qüvvələri tərəfindən həyata keçirilən “Gürz-12” antiterror əməliyyatı nəticəsində terror qruplaşmasının silah-sursat deposu kimi istifadə etdiyi mağara məhv edilib.

    Məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə paylaşıb.

    Məlumata görə, əməliyyat nəticəsində 753 qumbaraatan, min qumbaraatan qoruyucu, iki min elektrik qoruyucusu, 11 “AK-47”markalı avtomat, 5 “Dragunov” snayperi, 3 “RPG-7” reaktiv yaylım atəşi, 2 “PKM” pulemyotu, 60 mm-lik minaatan, 2 kiloqramdan artıq partlayıcı materialları ələ keçirilib, mağara isə məhv edilib.

  • Не менее четырех человек погибли, двое получили ранения при стрельбе на Гавайях

    Четыре человека, включая подозреваемого, погибли, еще двое получили ранения в результате стрельбы в округе Гонолулу в американском штате Гавайи.

    Об этом сообщила полиция Гонолулу на странице в Facebook.

    Согласно информации, мужчина на фронтальном погрузчике попытался наехать на своих соседей. Они укрылись в гараже, где и были застрелены. Три человека погибли на месте инцидента, еще двое раненых в критическом состоянии доставлены в больницу.

    Подозреваемый был нейтрализован 42-летним мужчиной, имя которого не разглашается. Он задержан по подозрению в убийстве второй степени.

    Расследование по факту продолжается.

  • Havay ştatında silahlı insidentdə 4 nəfər ölüb

    ABŞ-nin Havay ştatında atışma nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.

    Bu barədə “Associated Press” ərazi polisinə istinadən məlumat yayıb.

    Məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində baş verib. Bu zaman cinayətkar tapançadan atəş açıb və üç nəfəri öldürüb, lakin özünü də ev sakinlərindən biri güllələyib. Atıcını öldürən şəxs daha sonra polis tərəfindən saxlanılıb və ikinci dərəcəli qətldə ittiham olunub.

    Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır.

    Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

  • Qubada bağ və əkin sahələrindəki yanğın söndürülüb – YENİLƏNİB

    Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

    * * * * *

    Quba rayonunun Çartəpə kəndi yaxınlığında bağ və əkin sahələri olan ərazidə yanğın başlayıb.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunublar.

    “Yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir”, – məlumatda qeyd olunub.

  • Üçqat olimpiya və yeddiqat dünya çempionu olmuş güləşçi vəfat edib

    SSRİ yığmasının heyətində üçqat olimpiya və yeddiqat dünya çempionu olmuş sərbəst güləşçi Aleksandr Medved 87 yaşında vəfat edib.

    Bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    A.Medved 1972-ci ildə keçirilmiş Yay Olimpiya Oyunlarında SSRİ millisinin bayraqdarı funksiyasını yerinə yetirib.

    Qeyd edək ki, Belarusdan olan keçmiş güləşçi SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi olub.

  • UEFA Konfrans Liqası: Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək – RƏSMİ

    Belarusun “Dinamo” (Minsk) klubu UEFA Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

    Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

    Minsk klubu oktyabrın 3-də, saat 20:45-də Şotlandiyanın “Harts”, noyabrın 28-də, saat 21:45-də Danimarkanın “Kopenhagen” və dekabrın 12-də, saat 21:45-də Şimali İrlandiyanın “Larn” kollektivini Sumqayıtda qəbul edəcək.

    Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.