Month: January 2025

  • В мингячевирской больнице скончался пострадавший в ДТП подросток

    В Мингячевире скончался подросток, неделей ранее получивший серьезные травмы в дорожно-транспортном происшествии.

    Амиль Рзаев (2010 г.р.) был сбит 23 января автомобилем марки “ВАЗ” и госпитализирован с травмами различной степени тяжести.

    Несмотря на усилия врачей, он скончался 30 января в Мингячевирской центральной городской больнице, где проходил лечение.

    По факту ведется расследование.

  • Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb

    Mingəçevir şəhərində ötən həftə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Yanvarın 23-də Mingəçevir şəhərində “VAZ” markalı avtomobil 2010-cu il təvəllüdlü Amil Rzayevi vurub.

    O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq o, yanvarın 30-da müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda internet infrastrukturunun İnkişafı: Son illərin nəticələri

    Son illərdə Azərbaycanda internet infrastrukturunun müasirləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və bu sahədə sağlam rəqabət mühitinin yaradılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilib. Dövlət proqramları və strategiyalarda qarşıya qoyulan hədəflərə uyğun olaraq, genişzolaqlı internet infrastrukturunun yenidən qurulması məqsədilə müxtəlif irihəcmli layihələr icra olunub. Telekommunikasiya sahəsini tənzimləmək və nəzarəti gücləndirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yaradılıb. Bundan başqa, RİNN Kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiqlənib. Müasir tələbləri nəzərə alaraq “Telekommunikasiya haqqında” Qanun əsasında yeni “Elektron kommunikasiya haqqında” Qanun layihəsi də hazırlanıb.

    Bəs ötən dövr ərzində Azərbaycanda internet provayderlərinin xidmətlərinin qiymətləndirilməsi, vətəndaş məmnunluğunun, sektorda sağlam rəqabətin təmin olunması, sabit və mobil şəbəkənin əhatə dairəsinin genişləndirilməsi yönündə hansı nəticələr əldə olunub?

    Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov “Report”a açıqlamasında internet şikayətlərinin 99 % azalmasını ölkədə artıq sürətli internetin mövcudluğunun və vətəndaş məmnuniyyətinin göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, ölkədə internet infrastrukturu yenidən qurulub, internet paketlərinin texnoloji çağırışlara uyğun tənzimlənməsi şikayətlərin azalmasına səbəb olub: “Hazırda mövcud problemlər əsasən avadanlıqlarla (modem) bağlıdır. Bununla belə bu sahədə işlər mütəmadimi xarakterli olmalıdır”.

    E. Abbasov bildirib ki, vətəndaş məmnuniyyətinin ölçülməsi beynəlxalq metodologiyalara, əsasən Birləşmiş Millətlər Təşkilatının qaydalarına əsaslanmalıdır:

    “Azərbaycanda da ötən il bu istiqamətdə işlər vətəndaşların və korporasiyaların internet xidmətlərindən məmnuniyyəti mütləq şəkildə öyrənilməlidir. Bunun üçün beynəlxalq qaydalara uyğun yanaşma tətbiq edilməlidir. Bu, xidmət keyfiyyətinin artırılması və problemlərin aradan qaldırılması baxımından vacibdir. Xüsusilə ucqar bölgələrdə hələ də müəyyən problemlər qalır. Ona görə də vətəndaş rəyinin öyrənilməsi daim diqqət mərkəzində saxlanmalıdır”.

    Sektorda sağlam rəqabətin təmin olunması ilə bağlı danışan E.Abbasov vurğulayıb ki, provayderlərin fəaliyyətindəki fərqliliklər investisiya həcmləri ilə əlaqəlidir. O hesab edir ki, bəzi provayderlərdə çağrı mərkəzlərinin və düzgün fəaliyyət göstərən internet səhifələrinin olmaması vətəndaşların şikayətlərini çatdırmaqda çətinlik yaratdığını göstərir: “Bu problemləri aradan qaldırmaq üçün E-şikayət portalı yaradılıb ki, vətəndaşlar öz müraciətlərini aidiyyəti qurumlara çatdıra bilsinlər”.

    Ekspertin fikrincə, provayderlər üçün vahid fundamental standartların tətbiqi vacibdir: “Xidmət keyfiyyəti ilə bağlı bütün provayderlər eyni kriteriyalara cavab verməlidir. Məsələn, İSO sertifikatı və digər beynəlxalq standartlara cavab verməyən avadanlıqlar ölkəyə gətirilməməlidir. Həmçinin telekommunikasiya sahəsində qanunvericilik çevik olmalı və müasir çağırışlara uyğunlaşdırılmalıdır. Telekommunikasiya dünyanın ən sürətlə inkişaf edən sahələrindən biridir. Qanunvericilik həm beynəlxalq standartlara uyğun olmalı, həm də yerli maraqlı tərəflərlə mütəmadi müzakirə edilməlidir. Vətəndaşların xaricdə əldə etdiyi xidmətləri burada da eyni səviyyədə ala bilməsi üçün qanunvericilik dövrün tələblərinə uyğunlaşmalıdır. Əks halda, keyfiyyətli xidmət təmin etmək mümkün olmayacaq. Qanunvericilikdə edilən dəyişikliklərdə əsas prinsip fundamental kriteriyaların müəyyənləşdirilməsidir. Bu meyarlar əsasında sağlam rəqabət mühiti formalaşmalı və provayderlər üçün bərabər şərtlər yaradılmalıdır.

    Bununla yanaşı, göstərilən xidmətin rentabelli olması üçün provayderlərə də müəyyən hüquqlar və imkanlar tanınmalıdır ki, onlar öz fəaliyyətlərini sabit şəkildə davam etdirə bilsinlər. Çünki adətən üstünlüklər əsasən istehlakçılara verilir, lakin xidmət göstərən tərəfin də müəyyən çətinlikləri olur. Xidmət keyfiyyətinin artırılması üçün provayderlərə müəyyən güzəştlər nəzərdə tutulmalıdır”.

    Ekspert, həmçinin internet provayderlərinin və onların istifadə etdiyi avadanlıqların uçotunun aparılmasının, vətəndaş məlumatlarının kibertəhlükəsizlik baxımından qorunmasının vacibliyini vurğulayaraq, bu sahədə qurumlararası koordinasiyanın əhəmiyyətini qeyd edir:

    “Bu cür koordinasiya keyfiyyətsiz və mənşəyi naməlum avadanlıqların ölkəyə gətirilməsinin qarşısını almaq üçün vacibdir. Məsələn, bu sahədə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq aparıla bilər. Koordinasiya ya birgə komitə çərçivəsində, ya da fərdi qaydada həyata keçirilə bilər. Azərbaycana idxal edilən rabitə avadanlıqlarının yüksək keyfiyyətli olması üçün aidiyyəti qurumlar müvafiq qaydalarını düzgün tənzimləməlidirlər ki, ölkədə təqdim edilən xidmətlər beynəlxalq standartlara cavab versin”.

    Keyfiyyət və xidmətin əhatə dairəsinin ölkənin sərhədləri ilə məhdudlaşdığını xatırladan E. Abbasov, Azərbaycanın bütün bölgələrində eyni səviyyədə xidmətin təmin olunmasının vacibliyini vurğulayıb:

    “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə fiber-optik texnologiyanın tətbiqi ən ucqar rayon və kəndlərdə də keyfiyyətli internetin əlçatan olmasına şərait yaradıb. Növbəti mərhələ xidmətin mütəmadi olaraq təkmilləşdirilməsi və keyfiyyətinin artırılmasıdır. Bunun üçün bağlantı nöqtələrində müasir avadanlıqlar quraşdırılmalı və ixtisaslı mütəxəssislər fəaliyyət göstərməlidir. Kadrların bilik və bacarıqlarının artırılması üçün onların mütəmadi təlimlərə cəlb olunması vacibdir.

    Bundan əlavə, beynəlxalq rouminq bağlantılarında daha yüksək nəticələr əldə etmək üçün telekommunikasiya şirkətləri və GSM provayderləri ilə əməkdaşlıq düzgün tənzimlənməlidir. Beynəlxalq SMS trafikinin idarə olunmasında isə yalnız ən keyfiyyətli daşıyıcılarla müqavilələr bağlanmalıdır. Bu sahədə işlər davamlı xarakter daşımalıdır və belə də qalmalıdır. Çünki inkişaf və təkmilləşdirmə prosesi sərhəd tanımır”.

  • Azərbaycanı Fransada keçiriləcək “Böyük Dəbilqə”də 10 cüdoçu təmsil edəcək

    Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində 10 cüdoçu ilə təmsil olunacaq.

    Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

    Yarışda Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

    Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq) zədəli olduğuna görə turnirə qatıla bilməyəcək.

    İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.

    Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 1-2-də keçiriləcək.

  • “Исламский джихад” передал своим союзникам двоих заложников для дальнейшего освобождения

    Палестинская радикальная организация “Исламский джихад” передала своим союзникам двоих удерживаемых израильских заложников для их дальнейшего освобождения в четверг в рамках дополнительного обмена с Израилем.

    Как передает Median.Az со ссылкой на ТАСС, соответствующее заявление опубликовано в Telegram-канале группировки “Сарая аль-Кудс” – боевого крыла организации.

    “Двое израильских заложников, Арбель Йехуд и Гади Мозес, переданы [союзникам] и будут освобождены сегодня в рамках сделки [с Израилем]”, – говорится в документе.

    На опубликованных радикалами кадрах видно, как Йехуд и 80-летний Мозес встретились друг с другом перед их отправкой союзникам “Исламского джихада” для последующего освобождения. Информации о том, где и когда было снято видео, нет.

    Отметим, что бригады “Аль-Кассам” (военное крыло палестинского движения ХАМАС) передали израильскую заложницу Агам Бергер Международному комитету Красного Креста (МККК) в лагере Джебалия в секторе Газа.

  • “İslami Cihad” azad ediləcək iki girovu qaytarıb

    Fələstinin “İslami Cihad” təşkilatı İsraillə əlavə mübadilə çərçivəsində bu gün azad ediləcək iki israilli girovu müttəfiqlərinə təhvil verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi qanadı olan “Səraya əl-Qüds” qruplaşmasının “Telegram” kanalında məlumat verilib.

    “İsrailli girovlar Arbel Yehud və Qadi Mozes müttəfiqlərə təhvil verilib və İsraillə razılaşma çərçivəsində bu gün azad ediləcəklər”, – məlumatda qeyd olunur.

    Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam” briqadaları israilli girov Aqam Bergeri Qəzza zolağındakı Cəbaliyə düşərgəsində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

  • Завтра в Азербайджане воздух прогреется до 13 градусов

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, будет преобладать умеренный юго-восточный ветер.

    Температура воздуха ночью составит 5-7°, днем – 8-12° тепла. Атмосферное давление – 771 мм ртутного столба. Относительная влажность воздуха составит 70-80%.

    В регионах Азербайджана преимущественно без осадков. Однако днем в некоторых восточных районах ожидается изморось. Местами не исключается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит от 2° мороза до 3° тепла, днем – 8-13° тепла, в горах ночью 5-10° мороза, днем – 2-7° тепла.

  • Yanvarın son gününə olan hava proqnozu açıqlanıb

    Yanvarın son günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.

  • Продажа валюты на аукционах в Азербайджане выросла в январе почти на 20%

    В январе 2025 года на валютных аукционах, проведенных Центральным банком Азербайджана (ЦБА) совместно с Государственным нефтяным фондом (ГНФАР), продано инвалюты на $498,8 млн.

    Об этом сообщает Median.Az со ссылкой на ЦБА.

    Согласно информации, это на 19,6% больше по сравнению с аналогичным периодом прошлого года.

  • Azərbaycandakı valyuta hərraclarındakı satış 20 %-ə yaxın artıb

    Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 498,8 milyon ABŞ dolları məbləğində satış olub.

    “Report” bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6% çoxdur.