Month: February 2025

  • Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Masallı rayonunun Ərkivan kəndində fəaliyyət göstərən fərdi sahibkar Ağabalayev İbrahim Xanlar oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

    Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

    Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun istismara yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədilə dövri texniki müayinənin, eləcə də sözügedən tutumların üzərində quraşdırılmış qoruyucu klapan və manometrlərin dövri yoxlamasının aparılmadığı müəyyən edilib.

    Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

  • Тайвань закупит у США комплексы ПВО NASAMS

    Тайвань закупит у США комплексы противовоздушной обороны (ПВО) NASAMS на сумму в $761 млн.

    Об этом пишет газета Taipei Times со ссылкой на оборонное ведомство острова.

    “Тайвань подписал контракт на закупку с США на сумму 24,99 млрд новых тайваньских долларов ($761 млн) трех ракетных комплексов NASAMS для поддержки возможностей противовоздушной обороны на севере Тайваня”, – отмечает газета.

    Подставки должны быть осуществлены до 31 декабря 2030 года.

  • Tayvan ABŞ-dən Hava Hücumundan Müdafiə kompleksləri alacaq

    Tayvan ABŞ-dən 761 milyon dollar məbləğində NASAMS Hava Hücumundan Müdafiə (HHM) kompleksləri alacaq.

    Bu barədə “Taipei Times” qəzeti adanın müdafiə idarəsinə istinadən yazır.

    “Tayvan adanın şimalında hava hücumundan müdafiə imkanlarını dəstəkləməklə üçün üç NASAMS raket kompleksinin alınmasına dair ABŞ ilə 24,99 milyard yeni Tayvan dolları (761 milyon dollar) məbləğində müqavilə imzalayıb”, – qəzet qeyd edib.

    Tədarüklər 31 dekabr 2030-cu il tarixinədək həyata keçirilməlidir.

  • “Persepolis” klubu “Traktor”la oyunda yaşananlara görə cərimələnib

    İranın “Persepolis” klubu ölkə çempionatında Təbrizin “Traktor” komandası ilə oyunda yaşananlara görə cərimələnib.

    Buna sözügedən qarşılaşmada irqçi şüarların səsləndirilməsi səbəb olub.

    Tehran təmsilçisi 2 milyard tümən (80 min manat) cərimə olunub. “Traktor” isə 1 milyard tümən (40 min manat) ödəməli olacaq.

    Bundan əlavə, tərəflər arasında qarşıdakı iki mövsümdə ev və səfər matçları azarkeşsiz keçiriləcək. “Persepolis”in ev matçlarına isə məhdud sayda qadın fanat buraxılacaq.

    Qeyd edək ki, yanvarın 26-da baş tutan görüş “Persepolis”in qələbəsi ilə başa çatıb – 2:0. “Traktor” hazırda İran çempionatında 41 xalla liderdir.
    //report

  • Ağdamda elektrik kabeli oğurlayan şəxs saxlanılıb

    Ağdamda artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabel oğurlanıb.

    “Report”un Qarabağ bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Паромное судно “Агдам” отремонтировано и введено в эксплуатацию

    Завершен доковый ремонт паромного судна “Агдам”, входящего в состав транспортного флота ЗАО “Азербайджанское каспийское морское пароходство” (ASCO).

    Как сообщает Median.Az со ссылкой на ASCO, работы проводились на Судоремонтно-строительном заводе “Зых”.

    В ходе ремонта выполнены сварочные работы по корпусу, отрегулированы главные двигатели и различные насосы. Подводная и надводная части парома очищены и окрашены, улучшены условия для экипажа в каютах. На пароме установлены современные взрывозащищенные портативные радиостанции, проведены ремонтно-восстановительные работы на черном ящике судна.

    После завершения всех работ паромное судно введено в эксплуатацию. В настоящее время оно направляется в порт Туркменбаши, Туркменистан.

    Отметим, что длина паромного судна “Агдам” составляет 154,3 метра, ширина – 18,3 метра, а максимальная скорость – 12,5 узла.

  • “Ağdam” gəmi-bərəsi təmir olunaraq yenidən istismara qaytarılıb

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Ağdam” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

    Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

    Təmir müddətində gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, baş mühərriklər və müxtəlif təyinatlı nasoslar sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda zəruri işlər görülüb.

    Bundan başqa, “Ağdam” gəmi-bərəsində müasir VHF partlayışadavamlı əl radiostansiyaları və sürətölçmə avadanlığı (LAQ) quraşdırılıb, gəminin qara qutusunda və Komanda Yayım Qurğusunda təmir-bərpa işləri aparılıb.

    Proses başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb. Hazırda “Ağdam” Ələt limanından Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənib.

    Qeyd edək ki, uzunluğu 154,3 metr, eni 18,3 metr olan “Ağdam” gəmi-bərəsinin maksimal sürəti 12,5 uzeldir.

  • Sumqayıtda silah-sursat aşkarlanıb

    Sumqayıtda silah-sursat aşkarlanıb.

    Hadisə 3-cü mikrorayonda qeydə alınıb.

    Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları ərazidən 7.62 “AKM” markalı “Kalaşnikov” avtomatı, 1 sandıq və 20 ədəd həmin avtomata məxsus güllələr aşkarlayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq

    Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

    “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik”.

  • В Новосибирске взорвался завод по производству газировки

    На заводе по производству газированных напитков в Новосибирске произошла разгерметизация емкости для брожения.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщило областное МЧС

    В результате обрушилась часть кровли на площади около 150 кв. м и часть стены на площади около 70 кв. м.

    По данным МЧС, информация о взрыве поступила в 23:57 по местному времени. В региональной прокуратуре проводят проверку по факту ЧП. Ведомство уточнило, что при происшествии пострадал 30-летний мужчина, который является сотрудником организации, арендующей здание завода.