Month: February 2025

  • Alessandro Nesta 7 həftə əvvəl qovulduğu kluba qayıdıb

    İtaliya millisinin heyətində dünya çempionu olan Alessandro Nesta 7 həftə əvvəl qovulduğu A Seriyası təmsilçisi “Montsa”nın baş məşqçisi vəzifəsinə qayıdıb.

    38 yaşlı mütəxəssis bu postdan ayrılan Salvatore Bokkettini əvəzləyib.

    A.Nesta dekabrın 23-də vəzifəsindən kənarlaşdırılmışdı. Komanda onun baş məşqçi olduğu dönəmdə 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə uduzub.

    Qeyd edək ki, “Montsa” 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

  • Perinatal Mərkəzin sabiq direktoru: 6 nəfər vəzifə borcunu yerinə yetirmədiyi üçün yanğın hadisəsi olub

    Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

    O, ibtidai istintaqa verdiyi ifadəsində mərkəzdə baş verən hadisə ilə bağlı bəzi məsələlərə toxunub. Mehriban Abasquliyeva deyib ki, onu mərkəzdə çarpayı sayının xəstə sayından az olmasında günahlandırırlar. Onun sözlərinə görə, bəzi bölgələrdəki perinatal mərkəzlərdə də çarpayı sayı xəstə sayından az olub:

    “Mərkəzdə küveyzlərin təhlükəsizliyinə Təbriz Nəzirli cavabdehlik daşıyıb. O, baş verən qısaqapanma barədə mənə hər hansı bir məlumat verməyib. Ümumilikdə 6 nəfər öz vəzifə borcunu lazımınca yerinə yetirmədiyi üçün belə bir hadisə baş verib. Həmçinin məndən əvvəl direktor vəzifəsini icra edən şəxs yanğın təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməyib. Onun vəzifədə olduğu 11 ay ərzində avadanlıqlar yanğınla bağlı önləyici tədbirlərin görülməsi üçün yoxlanılmayıb”.

    Məhkəmənin növbəti iclası martın 3-nə təyin olunub.

    Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

    İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

    Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

  • İdxal olunan baytarlıq preparatının tələblərə cavab vermədiyi aşkarlanıb

    İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Farmvet” MMC-nin Niderlanddan idxal etdiyi 189 ədəd 1 litrlik “Trim/Sul 80/400 Oral Suspenziya” baytarlıq preparatından Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasının normativ tələblərə cavab vermədiyi müəyyən olunub.

    Faktla bağlı müvafiq qərar qəbul edilərək uyğunsuzluq aşkarlanan məhsullar məhv edilib.

  • Команда Маска обнаружила необоснованные расходы FEMA на $59 млн

    Ведомство по повышению эффективности работы правительства США (DOGE) во время проверки обнаружило нарушения в расходовании средств Федеральным агентством по управлению в чрезвычайных ситуациях (FEMA).

    Об этом глава ведомства, миллиардер Илон Маск написал в соцсети “Х”.

    “Команда DOGE обнаружила, что FEMA на прошлой неделе направило $59 млн в фешенебельные отели Нью-Йорка для размещения нелегальных мигрантов. Этим агентство нарушило закон, что является неподчинением исполнительному указу президента”, – отметил он.

    По его словам, эти средства предназначались для помощи американцам при стихийных бедствиях.

  • İlon Mask 59 milyon dollarlıq əsassız xərc aşkar edib

    ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması üzrə İdarəsi (DOGE) yoxlama zamanı Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA) vəsaitlərinin xərclənməsində pozuntular aşkar edib.

    Bu barədə idarənin rəhbəri, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    “DOGE komandası aşkar edib ki, FEMA ötən həftə qanunsuz miqrantların yerləşdirilməsi üçün Nyu-Yorkun dəbdəbəli hotellərinə 59 milyon dollar yönəldib. Bununla agentlik prezidentin fərmanına tabe olmayaraq qanunu pozub”, – o qeyd edib.

    Onun sözlərinə görə, bu vəsaitlər təbii fəlakətlər zamanı amerikalılara yardım üçün nəzərdə tutulub.

  • Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib

    Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib.

    Bu barədə qurumdan “Report”a verilən məlumatda qeyd olunub.

    Bildirilib ki, son günlər xaricdə alınmış diplomların tanınması üzrə məhkəmə təcrübəsi haqqında çoxsaylı sorğular daxil olur.

    Mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati kollegiyasının bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarını təqdim edib.

    Qeyd edilib ki, Ali Məhkəmənin rəsmi saytında dərc olunan məlumata əsasən, şəxsə (Bundan sonra – iddiaçı) qiyabi təhsil üzrə Moskva Politexnik Universiteti tərəfindən bakalavr diplomu verilib və həmin diplom Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən apostil olunub. İddiaçı Azərbaycanda diplomun tanınması barədə tələblə cavabdeh orqana müraciət edib, lakin cavabdeh tərəfindən tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması, həmin müddətin isə tədris proqramının mənimsənimlməsi üçün kifayət hesab olunmaması əsası ilə ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilib.

    Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edib.

    Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib, həmçinin apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib.

    Ali Məhkəmə qərarında aşağıdakıları qeyd edib:

    – Qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

    – Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də, iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.

    – Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

    – Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə oluna bilər və təhsilin alındığı ölkədə bu, yolverilən hesab edilə bilər. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Bundan başqa, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmayıb.

    Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, apelyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

  • Из КНР в Афганистан запущен грузовой ж/д маршрут через Казахстан и Узбекистан

    В понедельник утром со станции Туаньцзецунь города Чунцин в город Хайратон Афганистана отправился грузовой поезд, что ознаменовало запуск первого прямого железнодорожного маршрута, соединяющего названный мегаполис на юго-западе Китая с Афганистаном.

    Как передает Report, об этом сообщает агентство Xinhua.

    Поезд, перевозящий 55 контейнеров с коммуникационным оборудованием, произведенным китайским телекоммуникационным гигантом ZTE, пересечет госграницу на КПП Хоргос в Синьцзян-Уйгурском автономном районе (Северо-Западный Китай) и достигнет места назначения в Хайратоне через территории Казахстана и Узбекистана.

    Весь путь, как ожидается, займет 12-15 дней.

  • Çindən Əfqanıstana dəmir yolu marşrutu istifadəyə verilib

    Bu gün səhər saatlarında Çinin Çunçin şəhərinin Tuantszetsun stansiyasından Əfqanıstanın Hayraton şəhərinə yük qatarı yola düşüb.

    Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

    Bu, Çinin cənub-qərbindəki meqapolisi Əfqanıstanla birləşdirən ilk birbaşa dəmir yolu marşrutudur.

    Çinin ZTE telekommunikasiya nəhənginin istehsal etdiyi kommunikasiya avadanlığının yükləndiyi 55 konteynerdən ibarət qatar Sincan-Uyğur muxtar rayonunda (Şimal-Qərbi Çin) yerləşən Horqos sərhəd-keçid məntəqəsində dövlət sərhədini keçərək Qazaxıstan və Özbəkistan əraziləri üzərindən Hayratondakı təyinat məntəqəsinə çatacaq.

  • Мавзолей Ленина закроется на два месяца

    Мавзолей Ленина на Красной площади закроется на профилактические работы почти на два месяца.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в отделе по связям с прессой и общественностью Федеральной службы охраны (ФСО) России.

    “В связи с проведением профилактических работ с 18 февраля по 14 апреля 2025 года допуск посетителей в Мавзолей В. И. Ленина и к некрополю у Кремлевской стены осуществляться не будет”, – сказали в ФСО.

    Плановые профилактические работы в мавзолее проводятся примерно раз в два года, но их детали обычно не разглашаются. Такие работы, в частности, проводились в 2017, 2019, 2022, 2023 годах.

  • Lenin mavzoleyi iki aylıq bağlanacaq

    Moskvada Qırmızı meydanda yerləşən Lenin mavzoleyi təxminən iki ay müddətinə profilaktik işlər üçün bağlanacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    “Vladimir İliç Leninin mavzoleyinə və Kreml divarı yanındakı nekropola bu il fevralın 18-dən aprelin 14-dək profilaktik işlərin aparılması ilə əlaqədar ziyarətçilərin girişinə icazə verilməyəcək”, – məlumatda bildirilib.

    Mavzoleydə planlı profilaktik işlər təxminən iki ildən bir aparılır, lakin onların təfərrüatları adətən açıqlanmır. Bu cür işlər xüsusilə 2017, 2019, 2022, 2023-cü illərdə aparılıb.

    Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb.