Month: February 2025

  • “İnter Mayami” klubu yeni mövsüm üçün formalarını təqdim edib

    ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatının (MLS – “Major League Soccer”) klublarından “İnter Mayami” yeni mövsüm üçün formalarını təqdim edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    “Adidas” tərəfindən hazırlanan formaların təqdimatında komandanın kapitanı Lionel Messi də iştirak edib.

  • Naxçıvanda iki qurumdan birgə əməliyyat: “Smerç” raketinin hissəsi tapıldı

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

    Bu barədə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər Nazirliyi və Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyi məlumat yayıblar.

    Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb ediliblər.

    Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 76 ədəd 30 mm-lik AQS mərmisi, 36 ədəd 20 mm-lik PK mərmisi, 9 ədəd 30 mm-lik 2A42 top mərmisi, 9 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd “AK-74” avtomat darağı, 10 ədəd qumbaraatan mərmisinin aparıcı qüvvəsi, 110 mm-lik “D-40” topun mərmisi, iki ədəd “Smerç” raketinin stabilizator bloku olduğu müəyyən edilib.

    Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub – FOTO

    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş 34 yaşlı Çingiz Qədirov saxlanılıb.

    Onun yaşadığı ünvandan bir ədəd “Kalaşnikov” avtomat, daraq və patronlar aşkar olunub. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə özündə saxladığını bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • İkiqat dünya çempionumuz milli komandanın heyətindən çıxarılıb – SƏBƏB

    Tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin Bakıda keçiriləcək Dünya Kubokunda çıxış etməyəcək.

    Azərbaycan yığmasının liderinin adı ilkin ərizədə yer alsa da, püşkatmadan sonra siyahıdan çıxarılıb.

    Buna səbəb gimnastın ayağında zədəsinin olmasıdır.

    Milli Gimnastika Arenasında baş tutacaq turnirdə tamblinq növündə Adil Hacızadə və Tofiq Əliyev mübarizə aparacaqlar. Batut gimnastikasında isə Selcan Maxsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Hümbətova güclərini sınayacaqlar.

    Qeyd edək ki, yarış fevralın 22-23-də keçiriləcək.

  • Саудовская Аравия запретила паломникам брать с собой детей

    Министерство хаджа и умры в Саудовской Аравии объявило, что паломникам не разрешат брать с собой детей во время сезона хаджа в 2025 году. Решение было принято для обеспечения безопасности детей, поскольку каждый год во время хаджа происходит большое столпотворение.

    Об этом сообщает russianemirates.family.

    Кроме того, министерство ввело несколько новых мер по повышению безопасности паломников для более организованного сезона хаджа.

    К ним относятся кампании по повышению осведомленности о мерах безопасности, внедрение интеллектуальных систем для руководства и регулирования перемещения паломников в святых местах, а также модернизация палаточных лагерей и дорожек для повышения комфорта и облегчения проведения обрядов.

    Министерство также добавило, что приоритет для участия в хадже, как и всегда, будет отдан тем, кто ранее еще не совершал паломничество.

  • Səudiyyə Ərəbistanı uşaqların Həcc ziyarətinə gətirilməsini QADAĞAN ETDİ

    Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci ilin Həcc ziyarətinə zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcəyini açıqlayıb.

    Bu barədə “Gulf News” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, qərar hər il Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

    Bundan əlavə, nazirlik Həcc mövsümündə zəvvarların təhlükəsizliyini artırmaq üçün bir sıra yeni tədbirlər tətbiq edib.

    Buraya təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə kampaniyaları, zəvvarların müqəddəs yerlərdə hərəkətini tənzimləmək üçün intellektual sistemlərin tətbiqi, Həcc ayinlərinin icrasını asanlaşdırmaq üçün düşərgələrin modernləşdirilməsi və yolların təkmilləşdirilməsi daxildir.

  • В южных районах Азербайджана сильный снегопад вызвал аварии в электросетях

    Сильный снегопад, прошедший 6-7 февраля, привел к серьезным последствиям на территории Азербайджана, особенно в Астаринском, Лерикском и Ярдымлинском районах. Стихия нанесла ущерб и электросетевому хозяйству.

    Об этом сообщили в пресс-службе ОАО “Азеришыг”.

    “В результате повреждений линий электропередачи во всех трех районах без света остался ряд горных сел и поселков, через которые проходят линии 0.4 и 10 кВ. Сотрудники электросетей Лянкярана, Масаллы, Джалилабада, а также пострадавших районов с первого дня работали на местах аварий. Благодаря проведенным восстановительным работам указанные территории были обеспечены электричеством.

    В результате снегопада высота снежного покрова в горных районах достигла одного метра, что привело к полному перекрытию дорог. ОАО “Азеришыг” расчищало трассы специальной техникой, создавая условия для доставки сотрудников к местам аварий.

    Несмотря на высоту выпавшего снега и суровые погодные условия, сотрудники “Азеришыг” круглосуточно продолжали работы по устранению аварий. В кратчайшие сроки электроснабжение в указанных районах было полностью восстановлено”, – говорится в информации.

  • Cənub rayonlarında güclü qar elektrik şəbəkələrində qəzalara səbəb oldu

    “Fevralın 6-7-də yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Astara, Lerik və Yardımlının digər sahələrdə olduğu kimi, elektrik təsərrüfatında da fəsadların yaranmasına səbəb olub”.

    Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, elektrik xətlərinin zədələnməsi nəticəsində hər 3 rayonda 0.4 və 10 kV-luq xətlərin keçdiyi bir sıra dağlıq kənd və qəsəbələr işıqsız qalıb. “Azərişıq” ASC-nin Lənkəran, Masallı, Cəlilabad, həmçinin qəza baş verən rayonların elektrik şəbəkələrinin əməkdaşları ilk gündən iş başında olublar. Həyata keçirilən bərpa işləri nəticəsində ümumi ərazi gərginliklə təmin edilib. Dağlıq ərazilərdə qarın səviyyəsinin bir metrə çatması nəticəsində tamamilə bağlanan yollarda “Azərişıq” ASC xüsusi texnikalarla yolları açıb, əməkdaşların qəza yerlərinə çatmasına şərait yaradıb”.

    “Yağan qarın hündürlüyünə və kəskin hava şəraitinə baxmayaraq, əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdiriblər. Qeyd edilən rayonlarda qısa vaxt ərzində elektrik enerjisinin verilişi tamamilə bərpa olunub”, – deyə məlumatda bildirilib.

  • Kənd Təsərrüfatı Nazirliyi: “Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir”

    Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır.

    Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov son günlər bəzi kütləvi informasiya vasitələrində heyvanların aşağı çəkidə kəsimi, ət istehlakının artımı ilə bağlı ekspertlərin açıqlamasına münasibət bildirərkən deyib.

    O məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə istinadın əsassız olduğunu açıqlayıb: “Heyvanların aşağı çəkidə və erkən yaşlarda kəsimi ilə bağlı bəzi ekspertlərin yanaşmaları əsassızdır və Kənd Təsərrüfatı Nazirliyinin mövqeyi bu məsələdə tam fərqlidir. Mövqeyimiz ondan ibarətdir ki, heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsi heyvandarlığın inkişafına mənfi təsir göstərən amillərdən biri olsa da, bu sahədəki problemlərin yalnız bir aspektini təşkil edir. Çünki hesab edirik ki, heyvanların aşağı çəkidə kəsilməsi hallarının azaldılması ölkədə xırda və iribuynuzlu heyvanlardan əldə ediləcək ət istehsalının və ət məhsulları ilə özünütəminatın artmasına müsbət təsir göstərə bilər ki, bununla da idxaldan asılılıq azala bilər. Bununla yanaşı, aparılmış hesablamalar göstərir ki, heyvanları aşağı çəkidə kəsimə vermək həm də fermerlərin gəlirlərini azaldır. İri və ya xırdabuynuzlu heyvanların aşağı çəkidə yox, təsərrüfat yetişkənliyi dövründə kəsilməsi heyvandarlıqla məşğul olan fermerlərə daha çox qazanc gətirməklə yanaşı ümumi ət istehsalının da artmasına müsbət təsir göstərərdi. Bu yanaşma bütün dünyada mövcuddur”.

    Şöbə müdirinin sözlərinə görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisində azalma müşahidə edilməkdədir: “Rəsmi statistik məlumatlara görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kq-a bərabər olub ki, bu göstərici də 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. 2023-cü ildə ölkə üzrə kəsilmiş qoyun və keçilərin orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton civarında itki deməkdir. Bu baxımdan hesab edirik ki, heyvanların kəsim çəkisinin yüksəldilməsi, ölkə üzrə ət məhsulları təminat məsələsinə də müsbət təsir göstərə bilər”.

    Vüqar Hüseynov aşağı çəkidə heyvan kəsiminin azaldılması istiqamətində maarifləndirmə işlərinin aparıldığını deyib: “Heyvanların aşağı çəkidə kəsiminin azaldılması istiqamətində müvafiq dövlət qurumları kimi Kənd Təsərrüfatı Nazirliyi də davamlı maarifləndirmə işləri aparır. Hesab edirik ki, kəsim çəkisinin yüksəldilməsi məsələsinə bu yanaşma heyvandarlığın inkişafına, ət və ət məhsullarının istehsalının artımına perspektivdə müsbət təsir göstərəcək”.

  • Олаф Шольц пообещал продолжить проводить “жесткую линию” в миграционной политике

    Канцлер Германии Олаф Шольц заявил, что продолжит проводить “жесткую линию” в миграционной политике после выборов в Бундестаг (парламент ФРГ), которые состоятся 23 февраля.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    Шольц отметил, что Германия не должна мириться с актами насилия, подобными тому, который произошел в городе Ашаффенбург (федеральная земля Бавария) на юге страны, где афганец совершил нападение с ножом на прохожих в парке. “Мы никогда не сможем принять подобные действия, и поэтому необходимо предпринять четкие и решительные шаги. Я выступаю за ограничительную политику в отношении нелегальной миграции. Однако я добился этого. И я продолжу этот трудный курс”, – отметил Шольц в ходе предвыборных дебатов с Фридрихом Мерцем, кандидатом на пост канцлера ФРГ от блока Христианско-демократического и Христианско-социального союзов (ХДС/ХСС).

    В то же время канцлер подчеркнул, что в ФРГ никогда не было “более строгих законов” в миграционной политике, чем сейчас. При этом он подверг резкой критике предложения Мерца об ужесточении миграционной политики. “То, что вы делаете, противоречит европейскому законодательству”, – утверждал Шольц, обращаясь к лидеру ХДС.

    В свою очередь Мерц обвинил Шольца в том, что тот пустил в Германию “более двух миллионов нелегальных мигрантов”. “Это больше, чем число жителей города Гамбурга. Ваша коалиция не делает этого так, как следует”, – заявил Мерц, вновь выступив за ужесточение миграционной политики. Он назвал правильным решение вынести на голосование в Бундестаг резолюцию ХДС/ХСС об ужесточении миграционного законодательства, которую поддержали депутаты “Альтернативы для Германии” (АдГ).

    Тем не менее лидер ХДС вновь категорически отверг любое сотрудничество с АдГ. “Мы совершенно разные по этим вопросам”, – подчеркнул он. “Между АдГ и ХДС/ХСС нет никакого сходства”, – добавил Мерц.

    Шольц, несмотря на все заверения, обвинил своего оппонента в желании сотрудничать с АдГ в будущем. В 2024 году Мерц отказался от сотрудничества с АдГ. “И вот теперь один такой случай произошел”, – напомнил Шольц о голосовании по резолюции ХДС/ХСС в Бундестаге. “По моему мнению, это нарушение обещания и нарушение табу”, – сказал он.

    О дебатах по миграции

    Ранее Мерц заявил, что в случае избрания канцлером в первый же день на посту отдаст МВД распоряжение установить долгосрочный контроль на границах Германии со всеми соседними странами. 3 февраля состоялся федеральный съезд Христианско-демократического союза, на котором делегаты приняли программу из 15 пунктов, включающую план по обеспечению долгосрочного контроля на границах и “последовательной депортации лиц, которые должны покинуть страну”. План состоит из 5 пунктов. Он был предложен лидером партии Мерцем.

    29 января Бундестаг принял резолюцию фракции ХДС/ХСС об ужесточении миграционной политики, ее поддержала партия “Альтернатива для Германии”. Документ носил рекомендательный характер. 31 января парламент Германии отклонил законопроект ХДС/ХСС об ужесточении миграционной политики, который в случае одобрения носил бы уже обязательный характер. После этого участились акции против предвыборных мероприятий АдГ и миграционных предложений ХДС.