Month: February 2025

  • Məşhur filmlərdə rol alan britaniyalı aktyor vəfat etdi

    “Lock, Stock and Two Smoking Barrels” və “The Long Good Friday” filmlərindəki rolları ilə məşhurlaşan britaniyalı aktyor Pol Hyu Moriarti 86 yaşında vəfat edib.

    Bu barədə “Orchid Cancer” xeyriyyə təşkilatı məlumat yayıb.

    Qeyd olunur ki, sənətçi fevralın 2-də vəfat etsə də, onun ölümü yalnız indi məlum olub.

    Moriarti televiziyada debütünü 1978-ci ildə “Law&Order” serialında edib və “Chinese Detective” və “The Paradise Club” filmlərində rol alıb.

    Aktyor “The Long Good Friday” (1980) filmindəki “Razors” rolu ilə məşhurlaşıb. Moriarti daha sonra Qay Riçinin cinayət trilleri “Lock, Stock and Two Smoking Barrels” (1998) filmində “Balta Harri” rolunu oynayıb.

  • Xərçəngdən xilas – Xəstəliyin son mərhələsində 100 faiz effektiv olan peyvənd hazırlandı

    Massaçusetsdən (ABŞ) olan tədqiqatçılar qrupu onkologiya sahəsində böyük irəliləyiş əldə ediblər. Onlar böyrək xərçənginə qarşı hətta xəstəliyin III və IV mərhələlərində 100% effektivlik göstərən unikal peyvənd hazırlayıblar.

    Bu barədə “Dana Farber” Xərçəng İnstitutunun saytında xəbər verilib.

    Bildirilir ki, klinik sınaqlarda iştirak edən bütün xəstələr tam sağalıb və artıq 34 aydır ki, onlarda residiv müşahidə olunmur.

    Alimlərin sözlərinə görə, yeni peyvəndin effektivliyinin sirri fərdi yanaşmadadır. Preparat hər bir xəstənin şişi əsasında hazırlanır. Peyvənd vurulduqdan sonra orqanizmin güclü immun cavabını işə salır – xərçənglə mübarizə aparan “T-hüceyrələri”nin sayı 166 dəfə artır. Beləliklə, immunitet özü xərçəng hüceyrələrini məhv edir.

    Qeyd edək ki, böyrək xərçəngi ən aqressiv və müalicəsi çətin olan onkoloji xəstəliklərdən biridir.

    Hazırda preparat geniş beynəlxalq sınaqlardan keçir. Əgər onun effektivliyi təsdiqlənərsə, peyvənd kütləvi istehsala buraxılacaq və bu, onkologiya ilə bağlı vəziyyəti əbədi dəyişəcək.

  • Braziliya futbolunun əfsanəsi Antonio Lima vəfat edib

    “Santos”un və Braziliya millisinin sabiq futbolçusu Antonio Lima 84 yaşında vəfat edib.

    Lima 16 yaşında “Juventus San-Paulo” ilə ilk peşəkar müqaviləsini imzalayıb. Üç il sonra o, bir çox kuboklar qazandığı “Santos”un oyunçusu olub.

    Antonio Lima həm müdafiədə, həm də yarımmüdafiədə oynayan çoxyönlü futbolçu idi. Yunanıstanın “Panatinaikos” klubu ilə görüşdə onun meydanda beş mövqe dəyişdiyi məlum olub.

    A.Lima “Santos” ilə iki dəfə Libertadores Kubokunu qazanıb. 1963-cü ildə “Boka Xuniors”la final matçında Lima qələbə qolunu vurub və komandası 3-2 hesabı ilə qalib gəlib (cavab görüşü “Santos”un 2-1 hesablı qələbəsi ilə başa çatıb).

    O, həm də iki dəfə Qitələrarası Kubokun qalibi olub. 1962-ci il sentyabrın 19-da “Benfika”ya qarşı oyunda (3:2) qol vurub (ikinci görüşdə “Santos” 5:2 hesabı ilə qalib gəlib), bir il sonra isə “Milan”a (4:2) finalda qol vurub. Həmin final üç görüşdən ibarət idi: ilk oyunda italyanlar qalib gəlib (4:2), ikincidə “Santos” məğlubiyyətin əvəzini çıxıb, üçüncü həlledici görüş 1:0 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb.

    Lima 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunda iştirak edib və Braziliya yığması sensasiyalı şəkildə qrupdan çıxa bilməyib. Lima millinin heyətində ümumilikdə 13 oyun keçirib və 4 qol vurub.

    O, karyerasını Portuqaliyanın həvəskarlardan ibarət “Santista” komandasında başa vurub.

    Lima “Santos”un heyətində 696 oyun keçirib və 65 qola imza atıb.

  • В Турции закрылись сотни филиалов KFC и Pizza Hut: работники оказались в сложной ситуации

    Банкротство компании İş Gıda, оператора ведущих брендов в сфере фастфуда в Турции, поставило тысячи работников в тяжелое положение.

    Как сообщает Median.Az со ссылкой на TRGT, по всей стране было закрыто 283 филиала KFC и 254 филиала Pizza Hut. В целом около 7 000 сотрудников остались без зарплаты и компенсаций.

    Работники собрались перед центральным офисом компании в Стамбуле, пытаясь привлечь внимание к своей ситуации.

    “Мы действительно находимся в очень тяжелом положении. У нас есть долги перед банками, нам оттуда звонят. Вероятно, мы не получим и компенсацию”, – рассказал один из оставшихся без работы граждан.

  • Türkiyədə KFC və “Pizza Hut”ın yüzlərlə filialı bağlandı: İşçilər maaşsız və təzminatsız qaldılar

    Türkiyədə “fast-food” sektorunun aparıcı brendlərindən olan KFC və “Pizza Hut”ın operatoru “İş Gıda” şirkətinin müflis elan olunması minlərlə işçini pis vəziyyətdə qoyub.

    Median.Az TRGT-yə istinadən xəbər verir ki, ölkə üzrə 283 KFC və 254 “Pizza Hut” filialı bağlanıb, təxminən 7 min işçi nə maaş, nə də təzminat ala bilib.

    “İş Gıda”nın İstanbuldakı mərkəzi ofisi qarşısına toplaşan işçilər səslərini eşitdirməyə çalışıblar.

    “Həqiqətən çox çətin vəziyyətdəyik. Banklara borcumuz var, bizə zəng vururlar. Yəqin ki, təzminatımız da verilməyəcək”, – işçilərdən biri deyib.

  • Qarabağ Universitetinin Klinikası yaradılır

    Prezident İlham Əliyev “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmanla “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs Qarabağ Universitetinin tabeliyində yaradılır.

    Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxs olacaq.

    Klinikanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

    – Azərbaycan Respublikasının Prezidentinə;

    – Klinikanın yenidən təşkili və ləğv edilməsi.

    Fərmanla Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təsisçilik səlahiyyəti, klinikanın yenidən təşkili və ləğv edilməsi istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılır.

    Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunur.

    ETN klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etməli, klinikanın dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu fərmandan irəli gələn digər məsələlərin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi klinikanın 2025-ci ildə saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.5.5.7-ci (Səhiyyə sahəsi üzrə sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi) abzasında nəzərdə tutulmuş vəsaitdən 5 (beş) milyon manatı Qarabağ Universitetinə ayırmalı, klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulmasını təmin etməlidir.

  • DeepSeek предупредила о распространении фейков о компании

    Китайская компания DeepSeek предупредила пользователей о распространении фейковых аккаунтов и ложной информации о компании.

    Как передает Median.Az, об этом сообщает РИА Новости.

    В своей социальной сети WeChat компания отметила, что это вводит в заблуждение общественность и вызывает беспокойство, в связи с чем рекомендовала пользоваться официальными ресурсами.

    Кроме того, компания привела список официальных аккаунтов компании в социальных сетях.

  • “DeepSeek” şirkəti saxta məlumatlarla bağlı xəbərdarlıq etdi

    Süni intellekt sistemlərinin inkişafında ixtisaslaşan Çinin “DeepSeek” texnologiya nəhəngi sosial şəbəkədə şirkət haqqında yayılan saxta hesablar və yanlış məlumatlar barədə istifadəçiləri xəbərdar edən rəsmi bəyanatla çıxış edib.

    Şirkət bu barədə Çinin “WeChat” sosial şəbəkəsində müraciət dərc edib.

    “DeepSeek” nümayəndələri qeyd ediblər ki, bu cür dezinformasiya ictimaiyyəti çaşdırır və narahatlıq yaradır.

    Şirkət istifadəçilərə dəqiq məlumat əldə etmək üçün yalnız “DeepSeek”in rəsmi resurslarına müraciət etməyi tövsiyə edir.

    Bundan əlavə, şirkət sosial şəbəkələrdəki rəsmi hesablarının siyahısını təqdim edib.

  • Глава МО Сирии Мурхаф Абу Касра назвал условия сохранения военных баз РФ

    Сирия сохранит на своей территории российские военные базы в Тартусе и Хмеймиме, если это будет ей выгодно.

    Об этом заявил министр обороны сирийского правительства переходного периода Мурхаф Абу Касра.

    “Если мы извлечем выгоду для Сирии, то да”, – ответил он на соответствующий вопрос газеты The Washington Post.

  • Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var

    Suriya ölkə ərazisindəki Rusiya hərbi bazalarının saxlanılmasının şərtini açıqlayıb.

    Rəsmi Dəməşqin məsələ üzrə mövqeyinə ölkənin keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Qasra “The Washington Post” qəzetinin müxbirinin müvafiq sualını cavablandıranda aydınlıq gətirib.

    O bildirib ki, Rusiyanın Tartus və Hmeymimdəki hərbi bazalarının mövcudluğu Suriya üçün faydalı olarsa, onlar ölkə ərazisində saxlanılacaqlar:

    “Suriya üçün fayda götürsək, o zaman bəli”.