Month: February 2025

  • ОФИЦИАЛЬНАЯ РЕАКЦИЯ на прекращение выплаты пособия 19-летней девушке с синдромом дефицита йода (ВИДЕО)

    Министерство труда и социальной защиты населения прокомментировало вопрос прекращения выплаты пособия по инвалидности жительнице Агдашского района Вюсале Адиловой.

    Как заявили в ведомстве, хотя срок нетрудоспособности, назначенный жительнице Агдашского района Вюсале Турал гызы Адиловой 2006 года рождения, истек 27 декабря 2024 года, никаких обращений от нее по поводу продления срока нетрудоспособности не поступало.

    Было отмечено, что для этого гражданке необходимо обратиться в поликлинику, где она состоит на учете.

    “Медицинское учреждение должно повторно направить соответствующие документы (Форма 88), касающиеся данного лица, в электронную систему для оценки инвалидности”, – говорится в заявлении.

    В министерстве добавили, что об этом также проинформирована семья В.Адиловой.

    * * * * *

    Несмотря на свои 19 лет, Вюсала Адилова имеет рост и вес, соответствующие 4-5-летнему ребенку, и страдает от синдрома врожденного дефицита йода. Назначенное ей пособие в размере 300 манатов не выплачивается уже два месяца.

    Как сообщает Oxu.Az со ссылкой на телеканал Xəzər TV, девушка проживает с бабушкой и матерью в поселке Ченлибель Евлахского района.

    Гюльшан Керимова, бабушка Вюсалы, рассказала, что живет с дочерью после того, как та рассталась с мужем. От этого брака у нее остался единственный ребенок, который вот уже 19 лет не может ни говорить, ни ходить.

    Семья, проживающая ранее в селе Амирарх Агдашского района, была вынуждена переехать после того, как их дом сгорел. Г.Керимова утверждает, что они живут в трудных условиях, и просит восстановить выплаты средств.

    Подробнее – в сюжете:

  • 4-5 yaşlı uşaq boyunda olan 19 yaşlı gəncin müavinətinin kəsilməsi məsələsinə RƏSMİ REAKSİYA (VİDEO)

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş rayon sakini Vüsalə Ədilovanın əlilliyi ilə bağlı müavinətinin kəsilməsi məsələsinə münasibət bildirib.

    Qurumdan bildirilib ki, Ağdaş rayon sakini, 2006-cı il təvəllüdlü Vüsalə Tural qızı Ədilovaya təyin olunan əlillik müddəti 27.12.2024-cü il tarixdə başa çatsa da, onun əlillik müddətinin uzadılması üçün heç bir müraciəti olmayıb.

    Qeyd olunub ki, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir.

    “Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yenidən müvafiq sənədlər (forma-88) e-sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin”, – açıqlama deyilir.

    Qurumdan əlavə edilib ki, bu barədə Vüsalə Ədilovanın ailəsinə də məlumat verilib.

    * * * * *

    19 yaşı olsa da, 4-5 yaşlı uşaq boyunda və çəkisindədir. Vüsalə Ədilovada anadangəlmə yod çatışmazlığı sindromu var.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, o, hazırda nənəsi və anası ilə birgə Yevlax rayonunun Çənlibel qəsəbəsində yaşayır.

    Qızın təqaüdü 2 aydır ki, kəsilib. Nənəsi Gülşən Kərimova bildirir ki, qızı ailəsindən ayrıldıqdan sonra onunla birgə yaşayır. Onun yeganə övladı var ki, o da 19 ildir nə danışa, nə də yeriyə bilir. Ona təyin edilən 300 manat pensiya da 2 aydır ki, verilmir.

    Ağdaş rayonunun Əmirarx kəndində yaşayan ailə evləri yandıqdan sonra Yevlax rayonun Çənlibel kəndinə köçməli olublar. 19 yaşlı Vüsalə Ədilovanın nənəsi hazırda çətin durumda yaşadıqlarını deyir və pensiyanın bərpa edilməsini istəyir.

    Ətraflı süjetdə:

  • Эльтадж Сафарли стал победителем международного турнира по шахматам в Индонезии

    Азербайджанский шахматист Эльтадж Сафарли стал победителем международного турнира в Индонезии.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Федерации шахмат Азербайджана, наш гроссмейстер превзошел всех своих соперников в соревновании, проходившем по круговой системе в 11 туров.

    После победы в последнем туре Э.Сафарли, увеличив свой результат до 8.5 очков, обеспечил себе первое место.

  • Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub

    Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.

    Median.Az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini üstələyib.

    Son turdakı qələbənin ardınca E.Səfərli xalını 8,5-ə çatdırmaqla birinci pilləni təmin edib.

  • Ильхам Алиев и Мехрибан Алиева посетили памятник жертвам Ходжалинского геноцида – ФОТО

    В связи с 33-й годовщиной кровавой трагедии, вошедшей в историю человечества ХХ века как Ходжалинский геноцид, 26 февраля Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева посетили установленный в Хатаинском районе Баку памятник жертвам геноцида.

    Как сообщает АЗЕРТАДЖ, глава государства возложил венок к памятнику, почтил память жертв Ходжалинской трагедии.

    Первая леди Мехрибан Алиева возложила цветы к памятнику, почтила память жертв геноцида.






  • İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər – FOTO

    XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

    Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

    Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə bir etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1 275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

    Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

    Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl addımlar atılır.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

    Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub.

    Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.






  • Голы Месси и Суареса помогли “Интер Майами” победить “Спортинг КС” в КЧ КОНКАКАФ

    Сегодня, в ночь с 25 на 26 февраля, на стадионе “Ди-Эр-Ви Пи-Эн-Ка Стэдиум” в Форт-Лодердейле (США, штат Флорида) прошёл ответный матч первого раунда Кубка чемпионов КОНКАКАФ (Конфедерация футбола Северной и Центральной Америки и стран Карибского бассейна – ред.) между командами “Интер Майами” и “Спортинг Канзас-Сити”.

    Встреча завершилась победой команды из Майами со счётом 3:1.

    Голами в составе победителей отметились звёздные форварды Лионель Месси и Луис Суарес (1+1), а также полузащитник Тадео Альенде. Российский вингер “Спортинга” Магомед-Шапи Сулейманов вышел на поле в стартовом составе и сыграл 58 минут, не отметившись результативными действиями.

    Первая встреча также завершилась победой “цапель”. Счёт в том матче был 1:0. Единственный мяч забил Месси. Таким образом, “Интер Майами” вышел в следующий раунд турнира – 1/8 финала, где встретится с ямайской командой “Кавалер”.

  • Lionel Messi və Luis Suaresin qolları “İnter Mayami”ni 1/8 finala çıxardı

    KONKAKAF-ın (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Çempionlar Kubokunun 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

    “İnter Mayami” “Sportinq Kanzas Siti”ni qonaq edib.

    Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Xavyer Maskeranonun baş məşqçisi olduğu komandanın qollarını Lionel Messi, Luis Suares və Tadeo Alyende vurublar. Qonaqlardan isə Memo Rodriges fərqlənib.

    Messi meydanda 68 dəqiqə, Suares və Serxio Buskets isə 80 dəqiqə keçiriblər. “Barselona”nın daha bir sabiq futbolçusu Xordi Alba isə oyunu əvəz olunmadan başa çatdırıb. Suares və Alba hərəyə bir məhsuldar ötürmə ediblər.

    Qeyd edək ki, “İnter Mayami”nin 1/8 final mərhələsindəki rəqibi Yamayka təmsilçisi “Kavalyer” olacaq.

  • Джейхун Байрамов отправился в Саудовскую Аравию

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов отправился с официальным визитом в Саудовскую Аравию.

    Об этом Median.Az сообщили в пресс-службе МИД АР.

    В рамках визита запланирована встреча Джейхуна Байрамова с министром иностранных дел королевства принцем Фейсалом бин Фарханом Аль Саудом.

  • Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb

    Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.

    Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşü nəzərdə tutulub.