Month: February 2025

  • Qarlı hava şəraitinə görə baş verən yol-nəqliyyat hadisələrinin SAYI AÇIQLANDI

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-nəqliyyat hadisələri ilə bağlı açıqlama yayıb.

    İdarənin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata əsasən, ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

    Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir. Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

    Sürücülərə tövsiyələr:

    Yol və hava şəraitinə uyğun hərəkət sürətini seçin.

    Qış təkərlərindən istifadə edin və nəqliyyat vasitənizi texniki cəhətdən saz vəziyyətdə saxlayın.

    Yol hərəkəti qaydalarına riayət edin və təhlükəli manevrlərdən çəkinin.

    Piyadalara tövsiyələr:

    Yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə edin.

    Görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinin.

    Yollarda ehtiyatlı olun və nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirin.

    Unutmayaq ki, yol hərəkətinin təhlükəsizliyi hamımızın məsuliyyətidir!

  • Ильхам Алиев принял Хулуси Акара

    21 февраля Президент Азербайджанской Республики Ильхам Алиев принял депутата Великого национального собрания Турции, председателя Комиссии по национальной обороне парламента, бывшего министра национальной обороны Турецкой Республики Хулуси Акара.

    Как сообщает АЗЕРТАДЖ, в ходе беседы было подчеркнуто, что братские, дружеские отношения и стратегическое союзничество между нашими странами успешно развиваются во всех сферах, с удовлетворением отмечено еще большее расширение межпарламентского сотрудничества.

    Хулуси Акар вручил главе государства памятный подарок.

  • İlham Əliyev Hulusi Akarı qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.

    Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

  • Госслужба информационной безопасности заблокировала фейковый домен govaz.am

    Государственная служба специальной связи и информационной безопасности заблокировала домен govaz.am.

    Как передает Report, об этом заявил начальник управления госслужбы Турал Мамедов на V саммите IT-руководителей государственных структур в Баку.

    По его словам, домен является фейковым и был обнаружен месяц назад. Госслужба незамедлительно приняла меры и заблокировала его.

  • Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklanıb

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am adlı saxta domeni bloklayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.

    Onun sözlərinə görə, həmin saxta domen 1 ay bundan əvvəl aşkarlanıb.

  • Güclü külək səbəbindən Bakıda 5 ağac sınıb

    Havanın qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar paytaxtda bir neçə yerdə ağac və budaqlar sınıb.

    Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən cavab olaraq bildirilib ki, şiddətli külək nəticəsində sınmış və zədələnmiş 5 ədəd ağac Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ərazidən təmizlənib:

    “Paytaxtda havanın qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin digər qurumları kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.

    Gecə saatlarında şiddətli külək nəticəsində sınmış və zədələnmiş 5 ədəd ağac birliyin mobil qrupları tərəfindən operativ şəkildə götürülüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib”, – deyə cavabda qeyd olunub.

  • Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları gücləndirilmiş iş rejiminə KEÇİB

    Axşam saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    BŞİH-dən verilən məlumata görə, xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.

    Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

    Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2 000-ə yaxın işçi qüvvəsi cəlb edilib.

  • Qəbələdə qar fəsad TÖRƏTDİ: Avtomobillər yoldan ÇIXDI – VİDEO

    Qəbələdə yağan qar bir sıra fəsadlar törədib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

    Belə ki, axşam saatlarında güclənən qar hərəkətdə olan avtomobilləri yoldan çıxarıb.

    Nəticədə sürücülər çətinliklərlə üzləşiblər.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? – FOTOLAR

    Bakıda hərraca çıxarılacaq “Rolls Royce”un sahibi bəlli olub.

    Məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil Azərbaycanlı iş adamı, “Eurohome” ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova aiddir. Dövlət nömrə nişanındakı “AF” hərfləri bunu ifadə edir.

    Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin, “AF Hotel Aqua Park”ın, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.

    Qeyd edək ki, ötən gün Bakıda “Rolls Royce Ghost” avtomobili hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli “Rolls Royce Ghost” 75 min kilometr yürüş edib.

    Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək.

    Xatırladaq ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.


    Mənbə: “Yeni Sabah”

  • Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

    “Əgər ayı, maral, dovşan və s. kimi heyvanların əti biznesə çevrilirsə, bu heyvanların qanundankənar ovlanması baş verirsə, belə olan halda hökumət ciddi tədbirlər görməlidir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli Bakıda ayı, dovşan, maral ətindən hazırlanan məhsulların satışından danışarkən deyib.

    O bildirib ki, ayrı-ayrı ölkələrdə dovşan, ayı, maral və digər heyvanlar ovçular cəmiyyətinin üzvləri tərəfindən ovlanılır və emal olunur:

    “Bunlar müəyyən kvotalarla həyata keçirilir. Belə hallar əvəllər Rusiyada olub və sovet dövründə də vardı. Pis heç nə yoxdur. Əsas odur ki, sanitar qaydalara əməl olunsun. Əgər dovşan, ayı, maral və s. heyvanların ovuna icazə verlibsə, baytar həkimin rəyi varsa, burada problem də olmayacaq. Kimsə dovşan, kimsə ayı, kimi də maral ətini xoşlayır. Bu, problem deyil, amma bir şərtlə ki, hamısı qanunauyğun şəkildə olsun”.

    Vahid Məhərrəmli Azərbaycanda dovşan saxlayan ailələrin çox olduğunu bildirib:

    “Ümumiyyətlə, bütün dünyada dovşan saxlayırlar və müəyyən bir etapdan sonra kəsimə verirlər. Emalı da mümkündür. Söhbət çöl deyil, fermalarda saxlanılan dövşanlardan gedir. Bu, digər ölkələrdə normal qəbul edilir”.

    Qiymətlərə gəlincə, ekspert bunların fərqli olduğunu qeyd edib:

    “Dovşan əti bütün dünyada ucuzdur. Ayı və maral ətinin qiyməti də fərqli ola bilər, çünki bazar iqtisadiyyatıdır. Tələbat varsa, bu ətlər yüksək qiymətə satılacaq, tələbat yoxdursa, məcbur olub aşağı qiymətə satacaqlar”.

    Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları plandankənar yoxlama zamanı paytaxtın Nərimanov rayonundakı mağazaların birində ayı, dovşan, maral ətindən hazırlanmış konservlər aşkarlayıb.