Month: March 2025

  • Evlərinə qonaq gələn şəxsi bıçaqlayan sərxoş kişi azadlığa buraxıldı

    Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sahib Səfərlinin (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayətləri təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və S.Səfərliyə şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

    İttihama görə, hadisə 30 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Atabəy kəndində qeydə alınıb.

    Belə ki, 1955-ci il təvəllüdlü Sahib Səfərli bir neçə gün əvvəl kənd təsərrüfatı işlərində köməklik göstərməsi üçün yaşadıqları evə qonaq gəlmiş, oğlunun qaynı, zərərçəkmiş Rahib Bəkirovla (soyadı şərti) birlikdə 2 litr araq içib. Sonra o, sərxoş vəziyyətdə olanda evin həyətində yerləşən yarımtikilinin içərisində mobil telefon vasitəsilə danışaraq yüksək səslə nalayiq ifadələr işlədib. Zərərçəkmiş şəxs isə evdə bacısının olduğunu deyib. Sahib bu səbəbdən Rahibin ona irad bildirməyindən əsəbiləşərək onunla sözlə mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs bıçaqla qonağın qarın boşluğuna bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

    Hadisədən sonra Sahib Səfərli saxlanılaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

  • Paulo Dibala millinin heyətindən çıxarıldı

    “Roma” klubunun ulduzu Paulo Dibala Argentina millisinin heyətindən çıxarılıb.

    Paulo Dibala İtaliya A Seriyasının 29-cu turunda “Kalyari” (1:0) ilə oyunda zədələnib.

    64-cü dəqiqədə meydana daxil olan 31 yaşlı hücumçu cəmi 11 dəqiqə sonra əvəzlənib. Dibalanın təxminən 1 ay yaşıl sahələrdən kənarda qalacağı açıqlanıb. Nəticədə o, Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya komandalarına qarşı oyunlarda forma geyinə bilməyəcək.

    Qeyd edək ki, Paulo Argentina yığmasının heyətində DÇ-2022-nin qalibi olub.

  • В Уджарском районе сгорел продуктовый магазин с 17 холодильниками

    В селе Алпоут Уджарского района в магазине площадью 500 кв.м сгорели воспламеняющиеся конструкции на площади 440 кв.м, а также находившиеся внутри продовольственные товары, одежда и 17 холодильников.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС).

    Под воздействием высокой температуры частично расплавились передняя фара и зеркало грузовика ГАЗ, припаркованного перед магазином.

    Остальная часть объекта и автомобиль были защищены от огня. Возгорание было ликвидировано подразделениями пожарной охраны.

  • Ucarda içərisində 17 ədəd soyuducu olan ərzaq mağazası yanıb

    Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 kvadratmetr olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Qeyd olunub ki, yüksək temperaturdan mağazanın qarşısında dayanan QAZ markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib.

    Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Долг Google перед российскими телеканалами составил 91.5 квинтиллиона рублей

    Задолженность российского подразделения Google – ООО “Гугл” – перед отечественными телеканалами составила более 91.5 квинтиллиона руб.

    Об этом сообщил конкурсный управляющий “Гугла” Валерий Таляровский. Квинтиллион – это единица с 18 нулями. Речь идет о неустойке, которую компания обязана выплатить российским телевещателям за блокировку их каналов на YouTube.

    “Всего в этом реестре 18 требований 16 кредиторов на общую сумму 91 квинтиллион 511 квадриллионов 687 трлн 138 млрд 260 млн 100 тыс. рублей”,- рассказал Таляровский в беседе с РИА Новости. Он уточнил, что, в отличие от обязательств американского Google, которые продолжают расти, долг российского подразделения зафиксирован на момент признания его банкротом.

    Как пояснил управляющий, текущие кредиторы могут рассчитывать в основном на конвертацию астрентного обязательства в требование из субсидиарной ответственности. Астрент – это судебная неустойка, которая начисляется за каждый день неисполнения судебного решения. При этом долг увеличивается в геометрической прогрессии, то есть с каждым днем сумма растет.

    Однако даже в этом случае они смогут претендовать только на активы Google в юрисдикции по месту признания банкротства. “И установленный на основании российских судебных актов размер требований будет иметь значение прежде всего для определения пропорции доли соответствующего канала в отношении того или иного объема взысканных средств”, – добавил он.

    На заседании Арбитражного суда Москвы по делу о банкротстве “Гугла” 17 февраля заявлялось, что долг для американской Google достиг 2.8 дуодециллиона руб. Дуодециллион – это единица с 39 нулями. При этом суд указал, что начисление неустойки в отношении российского “Гугла” прекратилось в день признания его банкротом.

  • “Google”un Rusiya telekanallarına borcu 91.5 kvintilyon rubl dəyərindədir

    “Google”un Rusiya bölməsinin yerli televiziya kanallarına borcu 91.5 kvintilyon rubldan çox olub.

    Bu barədə “Google” şirkətinin müflisləşmə üzrə müvəkkili Valeri Talyarovski “RİA Novosti”yə müsahibəsində məlumat verib.

    Kvintilyon – 18 sıfırı olan vahiddir. Söhbət şirkətin Rusiya televiziya yayımçılarına “YouTube”da kanallarının bloklanmasına görə ödəməli olduğu cəzadan gedir.

    “Ümumilikdə bu reyestrdə 16 kreditorun ümumi məbləği 91 kvintilyon 511 kvadrilyon 687 trilyon 138 milyard 260 milyon 100 min rubl olan 18 tələbindən gedir”, – deyə Talyarovski bildirib.

    Onun sözlərinə görə, “Google” şirkətinin artmaqda davam edən öhdəliklərindən fərqli olaraq, Rusiya bölməsinin borcu onun müflis elan edildiyi vaxtdan müəyyən edilib.

    Menecerin izah etdiyi kimi, cari kreditorlar əsasən astrent öhdəliyinin subsidiar məsuliyyətdən tələbə konvertasiya olmasına arxalana bilərlər.

    Astrent məhkəmə qərarının yerinə yetirilmədiyi hər gün üçün tutulan məhkəmə cəzasıdır. Eyni zamanda, borc həndəsi proqressiya ilə yüksəlir, yəni məbləğ hər gün artır.

    Lakin bu halda belə, onlar yalnız müflis elan olunduğu yurisdiksiyada “Google”un aktivlərinə iddia edə bilərlər.

    “Və Rusiya məhkəmə aktları əsasında müəyyən edilmiş iddiaların məbləği, ilk növbədə, toplanmış vəsaitin müəyyən həcminə münasibətdə müvafiq kanalın payının nisbətini müəyyən edilməsi üçün vacib olacaq”, – deyə o əlavə edib.

    Fevralın 17-də Moskva Arbitraj Məhkəməsində “Google”un iflas işi ilə bağlı keçirilən iclasda bildirilib ki, ABŞ-nin “Google”a olan borcu 2.8 duodesillion rubla çatıb. Duodesillion 39 sıfırı olan vahiddir.

    Eyni zamanda, məhkəmə qeyd edib ki, Rusiya “Google”una qarşı cərimələrin hesablanması onun müflis elan edildiyi gün dayandırılıb.

  • Свиную почку успешно пересадили человеку в Китае

    69-летней женщине, страдающей почечной недостаточностью в терминальной стадии, успешно пересадили генетически отредактированную свиную почку. Операция была выполнена специалистами госпиталя “Сицзин” Медицинского университета ВВС Народно-освободительной армии Китая.

    Об этом сообщает издание Xinhua.

    По словам руководителя группы медиков Доу Кефэна, межвидовая трансплантация может стать важным решением проблемы нехватки донорских органов и подарить новую надежду многим пациентам. У пациентки, ранее проходившей диализ (фильтрацию крови) три раза в неделю, болезнь прогрессировала из-за отсутствия донорских органов.

    Операция была проведена 6 марта, и уже после подключения кровотока пересаженная почка приняла естественный розовый оттенок и начала выполнять свою функцию – вырабатывать мочу. Через шесть дней после трансплантации состояние пациентки стабилизировалось, и обе ее почки начали функционировать нормально. Объем выделяемой мочи составил 5 468 мм за сутки, а уровень креатинина – ключевого показателя почечной функции – вернулся к норме на третий день.

    Этот случай стал первым успешным примером пересадки свиной почки живому пациенту в Китае, хотя ранее подобные операции проводились в США. В Китае ученые уже проводили трансплантации свиных органов животным и пациентам с необратимыми повреждениями мозга.

  • Çində xəstəyə donuz böyrəyi köçürüldü

    Çində böyrək çatışmazlığından əziyyət çəkən 68 yaşlı qadına genetik olaraq dəyişdirilmiş donuz böyrəyi uğurla transplantasiya edilib.

    Bu barədə Median.Az “Xinhua” nəşrinə istinadla xəbər verir.

    Əməliyyat Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin Tibb Universitetinin “Sitszin” hospitalının mütəxəssisləri tərəfindən həyata keçirilib.

    Transplantasiyadan altı gün sonra xəstənin vəziyyəti sabitləşib və hər iki böyrəyi normal fəaliyyət göstərməyə başlayıb.

    Xəstədə bir gün ərzində ifraz olunan sidiyin həcmi 5 468 mm təşkil edib, böyrək funksiyasının əsas göstəricisi olan kreatinin səviyyəsi isə əməliyyatdan sonrakı üçüncü gündə normala qayıdıb.

  • Qəfil arıqlamaq hansı insanlar üçün təhlükəlidir?

    Qəfil arıqlama ürək və damar xəstəlikləri olan insanlarda ölüm riskini 54% artırır.

    Median.Az-ın “Gazeta.ru”ya istinadən xəbərinə görə, İngiltərənin Raskin Universitetinin alimləri bu qənaətə gəliblər.

    Elmi araşdırmanın nəticələri “Heart” jurnalında dərc olunub.

    Tədqiqatda Böyük Britaniyadan piylənmə və ürək-damar xəstəliklərindən əziyyət çəkən 8297 könüllü iştirak edib. 14 il ərzində sınaqda iştirak edənlər müşahidə edilib, zaman ərzində onların çəkilərindəki dəyişikliklər izlənilib.

    Nəticələr göstərib ki, tədqiqat dövründə çəkisi 10 kq-dan çox artanlarda ürək-damar xəstəliklərindən ölüm riski üç dəfə, bütün səbəblərdən ölüm riski isə təxminən iki dəfə yüksək olub və bu da sabit çəki saxlayanlara nisbətən iki dəfə çoxdur.

    Alimlərin sözlərinə görə, ürək və damarların sağlamlığının qorunmasında çəki sabitliyi əsas rol oynayır. Çəkini azaltmaq zərurəti yaranarsa, proses yavaş templə getməlidir.

    Tədqiqatçılar həmçinin arıqlama üçün inyeksiya preparatlarının istifadəsi barədə də xəbərdarlıq ediblər, çünki məhz bu preparatlar adətən potensial dərəcədə təhlükəli sürətli çəki itkisinə səbəb olur.

  • Həddindən artıq enerji içkisi içməyin təhlükələri: Türkiyəli mütəxəssis xəbərdarlıq etdi

    Elmi araşdırmalar enerji içkilərinin həddindən artıq qəbulunun sağlamlığa olduqca mənfi təsir etdiyini ortaya çıxarıb.

    Enerji içkiləri stres, aqressiv davranışlar, alkoqol və siqaretdən istifadənin artması, yüksək qan təzyiqi, piylənmə və 2-ci tip diabet riski, keyfiyyətsiz yuxu və mədə qıcıqlanması kimi hallara gətirib çıxarır.

    Bu içkilərin zərərləri barədə türkiyəli mütəxəssis, daxili xəstəliklər üzrə həkim Burak Can İHA-ya müsahibəsində danışıb.

    “İnsanlar enerji içkilərindən əsasən performanslarını artırmaq üçün istifadə edirlər, lakin bu, bəzi risklər daşıyır. Xüsusilə uşaq və yeniyetmələrin bu içkilərdən istifadəsini tövsiyə etmirik. Tərkibində insanları oyaq saxlayan və güc verən bir maddə – kofein var. Həmçinin şəkər, taurin, B vitaminləri mövcuddur. ABŞ Qida Məhsulları və Dərman Vasitələrinə Nəzarət İdarəsi (FDA) gündə 4 milliqramdan artıq kofein istehlak edilməsini tövsiyə etmir”, – deyə Burak Can bildirib.

    Onun sözlərinə görə, enerji içkiləri həddindən artıq istehlak edilməməlidir.

    “Bu içkiləri insanlara tövsiyə etmirik. Kofein səbəbi ilə aritmiya (ürək döyüntüsünün pozulması) və həzm pozğunluqları kimi şikayətlər ortaya çıxa bilər. Xüsusilə ürək, böyrək və şəkər xəstələrinin bu içkilərdən uzaq durması lazımdır”, – deyə mütəxəssis qeyd edib.

    Burak Can enerji içkilərinin yayda sərinləmək üçün istehlak edildiyinə baxmayaraq, sərinləşdirici təsirinin olmadığını vurğulayıb.

    “Enerji içkilərinin sərinləşdirici təsiri olduğu düşünülür. Ancaq bu məhsullar maye itkisinə səbəb olduğu üçün sərinlik gətirmir. Enerji içkiləri suyun yerini tuta bilməz. Əksinə, enerji içkisini qəbul etdiyiniz zaman maye itkisinə səbəb olduğu üçün daha çox su içmə ehtiyacı yaranır”, – deyə o əlavə edib.

    Həkimin sözlərinə görə, həmçinin enerji içkilərinin alkoqollu içkilərlə birlikdə qəbul edilməsi də doğru deyil.

    “Alkoqol yuxugətirici, enerji içkisi isə stimullaşdırıcı təsir göstərir. Bu halda da fərqində olmadan həddindən artıq alkoqol qəbul edilə bilər. Müntəzəm olaraq və ya hər gün istifadə edildikdə enerji içkiləri asılılıq yaradır. Performansı artırmaq və ya oyaq qalmaq üçün enerji içkiləri yerinə mineral su və qəhvə istehlak edilə bilər. Lakin hər içkidə olduğu kimi, onların da həcminə diqqət edilməlidir. Bir fincan türk qəhvəsində təxminən 60-65 milliqram kofein, 1 böyük fincan filtrlənmiş qəhvədə isə təxminən 115-175 milliqram kofein var. Buna uyğun olaraq nə qədər içməli olduğunuzu hesablaya bilərsiniz. Mineral su gündə 1-2 şüşə olmaqla istehlak edilə bilər. Bu tövsiyələr sağlam yetişkin insanlar üçündür. Xroniki xəstəlikləri olanlara, hamilə qadınlara və uşaqlara həkimləri ilə məsləhətləşdikdən sonra istifadə etmələrini tövsiyə edirik”, – deyə Burak Can bildirib.