Month: March 2025

  • Azərbaycan D-8-ə qoşuldu

    Azərbaycan Respublikası 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə (D-8-ə – red.) qoşulub.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı qanunu Azərbaycan Prezidenti İlham Əliyev təsdiqləyib.

  • В Баку закрыли элитный банкетный комплекс из-за серьезных нарушений – ВИДЕО

    Государственная служба пожарного надзора Министерства по чрезвычайным ситуациям Азербайджана продолжает принимать необходимые меры для обеспечения пожарной безопасности на территории страны в рамках своих полномочий.

    Как сообщили в ведомстве, в ходе проведенной госслужбой проверки в банкетных залах VIP и “Европейский зал” комплекса “Хамсе” (Xəmsə), расположенного на улице Микаила Алиева в Низаминском районе города Баку, были выявлены многочисленные недостатки в области пожарной безопасности, которые представляют непосредственную угрозу жизни и здоровью людей, окружающей среде и имущественным интересам государства.

    В частности:

    – эвакуационные пути объектов украшены горючими материалами;

    – не заключены договоры со специализированными организациями на проведение планового технического обслуживания устройств пожарной автоматики;

    – персонал объектов не проинструктирован по вопросам пожарной безопасности;

    – объекты не полностью оснащены первичными средствами пожаротушения;

    – в коридорах, лестничных клетках, вестибюлях и холлах поверхности конструкций отделаны горючими декоративными материалами;

    – на эвакуационных путях не установлены аварийные светильники;

    – результаты осмотра электрооборудования, выявленные неисправности и принятые меры не зафиксированы в оперативном журнале;

    – не обеспечено свободное открывание дверей эвакуационных выходов из помещений в сторону выхода;

    – территория объектов не содержится в чистоте;

    – проектная документация на капитальный ремонт и реконструкцию объектов не согласована с Государственной службой пожарного надзора.

    Таким образом, текущая ситуация показывает, что продолжение эксплуатации объектов может привести к быстрому распространению пожара в случае его возникновения, что сделает трагедию неизбежной.

    Учитывая вышеизложенное, в связи с выявлением фактов грубого нарушения норм и правил пожарной безопасности было принято решение о приостановлении деятельности зала VIP и “Европейского зала” комплекса “Хамсе”. Копия решения была вручена представителю объекта.

    Стоит отметить, что комплекс “Хамсе” является одним из самых популярных мест проведения свадеб, юбилеев и других торжественных мероприятий в Баку. Ежегодно здесь проводятся сотни праздников, на которых присутствуют тысячи гостей. Однако, как показала проверка, безопасность посетителей находится под большой угрозой из-за вопиющих нарушений правил пожарной безопасности.

  • “Xəmsə” şadlıq sarayının fəaliyyəti dayandırıldı – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Xəmsə” şadlıq evi kompleksinə məxsus VIP və “Avropa zalı” adlı obyektlərdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Belə ki:

    – obyektlərin təxliyə yolları yanar materialdan olan üzlüklərlə bəzədilib;

    – yanğın avtomatika qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmayıb;

    – obyektlərin şəxsi heyəti yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb;

    – obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

    – dəhlizlərdə, pilləkən qəfəslərində, vestibül və hollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkilib;

    – təxliyə yollarında qəza işıqları quraşdırılmayıb;

    – elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlər operativ jurnalda qeydə alınmayıb;

    – təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;

    – obyektlərin ərazisi təmiz saxlanılmayıb;

    – obyektlərin əsaslı təmiri və yenidən qurulması zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Xəmsə” şadlıq evi kompleksinə məxsus VIP və “Avropa zalı” adlı obyektlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.

  • Avstriya Ukraynaya 7 milyon avro ayıracaq

    Avstriya Ukraynaya 7 milyon avro ayıracaq, bunun 5 milyonu kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi, 2 milyonu isə taxılın Yaxın Şərq ölkələrinə çatdırılması üçün nəzərdə tutulub.

    “Report” “Die Presse”yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger martın 14-də Kiyevə səfəri zamanı bildirib.

    Səfər çərçivəsində Maynl-Rayzinger Ukraynanın Baş naziri Denis Şmıqalla görüşəcək.

    Daha əvvəl Ukrayna XİN başçısı ilə telefon danışığında o, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyib.

  • В Турции задержаны иранские шпионы

    В ходе совместной операции Национальной разведывательной организации (MİT) Турции и Главной прокуратуры Стамбула были пойманы пять шпионов, которые передавали информацию иранской разведке.

    Как сообщает Median.Az со ссылкой на Yeni Şafak, в ходе совместной операции, установлено, что подозреваемые, имевшие связи с сотрудниками разведки Корпуса стражей исламской революции, собирали информацию о военных базах и критических точках в Турции.

    В ходе операций трое подозреваемых были задержаны в Стамбуле, двое — в Мерсине и Анталье.

  • Türkiyədə İran kəşfiyyatına casusluqda şübhəli bilinən beş nəfər saxlanılıb

    Türkiyədə İran kəşfiyyat xidmətinə məlumat sızdırdıqları təsbit edilən beş şübhəli saxlanılıb.

    Məlumatı “Yeni Şafak” yayıb.

    Bildirilib ki, əməliyyatı İstanbul Prokuroluğu ilə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı) birlikdə həyata keçirib.

    Vurğulanıb ki, əməliyyat nəticəsində şübhəlilərdən üçü İstanbulda, ikisi isə Mersin və Antalyada saxlanılıb.

  • 74 yaşlı qadın sahibkarın ölkədən çıxışına “stop” qoyuldu

    Bakıda 74 yaşlı qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Qaynarinfo-nun məlumatına görə, “EFMİNŞAAT” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 194651,96 manat vergi borcu yaranıb.

    Aparılan araşdırma zamanı sözügedən şirkətin sahibi Həsənova Meyrənsə Əvəz qızının adına “Tur Topdansatış Komplektləşdirmə” MMC-nin ə olduğu aşkarlanıb.

    Məhkəmənin qərarı ilə 1951-ci il Salyan rayonunda doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küç,78 ünvanında qeydiyyatda olan qadın sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyulub.

  • Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

    Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələri açıqlanıb. İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

    Modern.az-ın məlumatın görə, imtahanda ən yüksək balı Fidan Babayeva toplayıb.

    O, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə 5-cü kurs tələbəsidir.

    Fidan Babayeva saytımıza açıqlamasında bildirib ki. imtahana çox yaxşı hazırlaşıb: “Yüksək nəticə əldə edəcəyimi gözləyirdim.Zəhmətimin qarşılığını aldığımı düşünürəm”.

    O, hələlik hansı universitetdə oxumağa qərar vermədiyini, lakin magistratura pilləsini kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istədiyini bildirib.

  • Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır

    Dövlət Gömrük Komitəsi itlər üçün quru yemin, həmçinin baxım ləvazimatları, aksesuarları və avadanlıqlarının satın alınması məqsədi ilə tender müsabiqəsi (Açıq tender) elan edib.

    Yeniavaz.com xəbr verir ki, Gömrük Komitəsi itlər üçün quru yem (21 249,6 kq), xalta üçün ip (88 ədəd), xalta (88 ədəd), oyuncaq top (176 ədəd), itlərin yemlənməsi və su içməsi üçün qab (176 ədəd) alacaq.

    Qeyd olunan məhsullar üçün Gömrük Komitəsi 223 min 237 manat 12 qəpik ödəməyi nəzərdə tutub (ehtimal olunan qiymət).

    Onu da bildirək ki, Gömrük Komitəsinin ötən il 8 min 96 manat ödəyərək quru it yemi istisna olmaqla adları qeyd olunan digər məhsulları Şahbazova Ülviyyə Natiq qızından (VÖEN – 1604111992) satın alıb.

  • Azərbaycannın valyuta ehtiyatı nə qədərdir?

    Hesabat ilinin sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları təxminən 11 mlrd. ABŞ dolları olub.

    Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

    Əlverişli xarici sektor göstəriciləri şəraitində ölkənin strateji valyuta ehtiyatları 2024-cü ildə 3,7% artaraq 71 mlrd. ABŞ dollarını ötüb və ÜDM-in 95,6%-i səviyyəsinə çatıb.

    Qeyd edilib ki , 2024-cü ilin dekabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət edib (2024-cü ilin 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,3 dəfə üstələyib (2025-ci il 1 yanvar tarixinə olan M2 pul aqreqatı götürülməklə).