Month: March 2025

  • ABŞ-də daha bir hava gəmisi qəzaya uğrayıb, ölənlər var

    Missisipi Universitetinin tibbi helikopterinin ABŞ-nin Missisipi ştatının Medison dairəsindəki meşədə qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.

    Bu barədə “CBS 42” telekanalı məlumat yayıb.

    Telekanal bildirib ki, universitetin tibb mərkəzinin nümayəndələrinin açıqlamasına görə, helikopterin göyərtəsində iki əməkdaş və bir pilot olub.

    Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.

    Qeyd edək ki, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının verilənlərinə əsasən, cari ilin ilk iki ayında ümumilikdə 143 hava hadisəsi baş verib ki, onların 21-də ölüm qeydə alınıb. Ölümlə nəticələnmiş hadisələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən az olsa da, ölənlərin ümumi sayı daha çoxdur. Onlardan ən faciəvisi isə yanvarın 29-da axşam paytaxt Vaşinqtonda olub. Sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində ümumilikdə 67 nəfər ölmüşdü.

  • Ватикан заявил, что Папа Франциск преодолел критическую фазу

    Врачи, лечащие Папу Римского Франциска, который находится в больнице с восполнением легких с 14 февраля, дали положительный прогноз, зафиксировав стабильное улучшение его состояния.

    Об этом говорится в заявлении службы печати Святого престола.

    “Улучшение общего состояния, зафиксированное в предыдущие дни, стабильно продолжается, что подтверждают как анализы крови и общая объективная клиническая картина, так и хорошая реакция на лекарственную терапию. Прогноз врачей положительный. Однако, учитывая сложность клинической ситуации и изначально выраженную инфекцию, необходимо будет продолжать лечение в условиях стационара в течение последующих дней”, – говорится в сообщении.

    Отметим, что после нескольких острых респираторных приступов у Франциска врачи сохраняли сдержанный прогноз. Однако в последние дни сообщалось об общем улучшении состояния. Два последних дня, как сообщали в Ватикане, понтифик по видеосвязи участвовал в духовных размышлениях членов Римской курии, которые проходят во время поста перед Пасхой.

  • Vatikan: Papa kritik fazanı geridə qoyub

    Fevralın 14-dən ağciyər iltihabı ilə xəstəxanada olan Roma Papası Fransiskin müalicəsini aparan həkimlər onun vəziyyətində sabit yaxşılaşma qeydə alaraq müsbət proqnoz veriblər.

    Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında deyilib.

    “Əvvəlki günlərdə qeydə alınmış ümumi vəziyyətin yaxşılaşması sabit şəkildə davam edir, bu həm qan analizləri və ümumi obyektiv klinik mənzərə, həm də dərman terapiyasına yaxşı reaksiya ilə təsdiqlənir. Həkimlərin proqnozu müsbətdir. Lakin klinik vəziyyətin mürəkkəbliyini və ilkin olaraq ifadə olunan infeksiyanı nəzərə alaraq, növbəti günlərdə stasionar şəraitdə müalicəni davam etdirmək lazım olacaq”, – məlumatda deyilir.

    Qeyd edək ki, Fransiskin bir neçə kəskin respirator tutmadan sonra həkimlər ehtiyatlı proqnoz saxlayırdılar. Lakin son günlərdə ümumi vəziyyətin yaxşılaşması barədə məlumat verilirdi.

  • Üç min manata kollecə qəbul üstündə mübahisə qanla bitdi – Qaxdakı davanın DETALLARI

    Qaxda kollecə qəbul üstündə qonşusunu döyən şəxsə hökm oxunub.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin yanvar ayında baş verib.

    Belə ki, 1993-cü il təvəllüdlü Qax sakini Fərruxun (ad şərtidir) həyat yoldaşı Sevgili texnikuma qəbul olmaq istəyib, lakin topladığı bal kifayət etməyib.

    Bu zaman qonşusu Müşfiq (ad şərtidir) ona kömək edə biləcəyini bildirib və “işi yoluna qoymaq” üçün 3 000 manat istəyib.

    Fərrux isə yalnız 2500 manat verə biləcəyini bildirib və tərəflər razılığa gəliblər. Lakin Sevgili həmin kollecə qəbul ola bilməyib, topladığı balla başqa bir kollecə daxil olub. Bundan sonra Müşfiq dəfələrlə qonşusu Fərruxdan 3000 manatın tam ödənilməsini tələb edib. Fərrux isə “sən bu işi həll etməmisən, niyə pul istəyirsən?” – deyərək pulu verməkdən imtina edib.

    Bu məsələ onların arasında gərginliyə səbəb olub. Hadisə günü 12 yanvar 2024-cü ildə Müşfiq binanın girişində Fərruxu saxlayaraq ona – “mənim arvadımın adı hallanmasın”, – deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib, Fərrux Müşfiqi təpik və yumruqla döyüb. Ekspertizaya görə, onun alın sümüyü sınıb, baş-beyin silkələnməsi və digər zədələr qeydə alınıb. Fərrux isə məhkəmədə özünü müdafiə edərək bildirib ki, əslində Müşfiq onu boğmağa çalışıb və o, sadəcə özünü qorumaq üçün qarşı tərəfi itələyib.

    Məhkəmə şahid ifadələri və ekspertiza nəticələrini araşdıraraq Fərruxu Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərərvurma) təqsirli bilərək ona 4 il azadlıqdan məhrumetmə cəzası verib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • В праздничные дни поезда на Абшеронской кольцевой линии будут курсировать по графику выходных дней

    С 20 по 31 марта 2025 года (праздничные дни) движение поездов на Абшеронской кольцевой железнодорожной линии будет осуществляться по графику выходного дня.

    Об этом сообщили в ЗАО “Азербайджанские железные дороги”.

    Отмечается, что согласно изменению, внесенному Кабинетом министров с целью обеспечения последовательности рабочих и выходных дней, 1 апреля поезда будут курсировать по графику рабочего дня.

  • Bayramda Abşeron dairəvi xəttində qatarlar qeyri-iş günləri qrafiki ilə çalışacaq

    Bu ilin 20-31 mart tarixlərində (bayram günləri) Abşeron dairəvi dəmiryol xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Bildirilib ki, iş və istirahət günlərinin ardıcıllığının təmin olunması məqsədilə Nazirlər Kabineti tərəfindən edilmiş dəyişikliyə əsasən, 1 aprel tarixində qatarlar iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.

  • FHN-in sabiq rəsmisi: “Tapşırdılar ki, işçilər işdən azad edilmə ərizəsini yazsınlar”

    Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun fəxri fərman və fərqlənmə diplomları ilə təltif etdiyi sabiq rəis qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, FHN-in Maddi-Texniki Təchizat İdarəsinin ümumi şöbəsinin sabiq rəisi Faiq Ağalarov özü və idarənin xeyli sayda əməkdaşının aldadılaraq işdən çıxarıldığını bildirib.

    “2009-cu ildən 2023-cü ilin sonlarınadək FHN-in Maddi-Texniki Təchizat İdarəsində işləyərək əmək fəaliyyəti ilə məşğul olmuşam. 30 iyul 2009-cu ildə idarənin ümumi şöbəsinin iş icraçısı vəzifəsinə, 2 oktyabr 2013-cü il tarixdə həmin şöbənin mütəxəssisi vəzifəsinə, 23 iyun 2014-cü il tarixdə şöbənin rəisi vəzifəsinə təyin edilmişəm. 30 oktyabr 2023-cü il tarixində FHN-lə bağlanmış əmək müqaviləmə xitam verilib və idarənin ümumi şöbəsinin rəisi vəzifəsindən azad edilmişəm.

    Maddi-Texniki Təchizat İdarəsində işlədiyim dövrdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmişəm, əksinə, dəfələrlə nazir Kəmaləddin Heydərov tərəfindən fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunmuşam. Maddi-Texniki Təchizat İdarəsi nazirliyin tərkibində olsa da, dövlət qulluğuna aid edilməyən mülki bir idarə olub. Artıq bir neçə il idi ki, nazirlik tərəfindən Maddi-Texniki Təchizat İdarəsinin də FHN-in digər idarə və şöbələri kimi dövlət qulluğuna keçirilməsi üçün lazımi sənədləşdirilmə işləri aparılırdı. Bu sahədə də idarənin ümumi şöbəsinin rəisi kimi fəal iştirak etmiş, tələb olunan sənədlərin hazırlanması prosesinə rəhbərlik etmişəm. 2023-cü ilin oktyabr ayından təmsil etdiyim idarənin əməkdaşları da dövlət qulluqçusu kimi qeydiyyata alınmağa başladı. Dövlət qulluğuna keçid reallaşdıqdan sonra nazirliyin aidiyyəti qurumlarının vəzifəli şəxsləri tapşırdılar ki, idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazsınlar”.

    O bildirib ki, həmin vaxt əksər işçilər öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazmaqdan ehtiyat edib, bu tələbi yerinə yetirməyiblər:

    “Belə olan halda, nazirliyin aidiyyəti idarəsinin vəzifəli əməkdaşları idarəyə gələrək, iclas keçirdilər və bir daha bildirdilər ki, Maddi-Texniki Təchizat İdarəsi nazirliyin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçdiyi üçün idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə, həmçinin yenidən dövlət qulluğu hesab edilən həmin işə qəbul edilmələri barədə ərizə yazmalıdırlar və nazirin tapşırığı ilə bütün işçilər əvvəlki iş yerləri və vəzifələrində qalaraq, əmək fəaliyyətlərini davam etdirəcəklər, heç kəs işdən kənarlaşdırılmayacaq. Bu iclasın gedişi idarəmizin əməkdaşları tərəfindən səs yazısı formasında qeydə alınıb və həmin səs yazısı da var”.

    Faiq Ağalarov əlavə edib ki, bundan sonra idarənin bütün əməkdaşları 2023-cü ilin oktyabr ayının sonlarında öz xahişləri ilə işdən azad edilmək barədə birinci və yenidən həmin işə qəbul edilmə barədə ikinci ərizəni yazaraq, nazirliyin kadrlar şöbəsinə təqdim ediblər:

    “Bu əsasla da, idarənin əməkdaşlarının işdən azad edilməsinə və dekabr ayından başlayaraq, təxminən 120 əməkdaşdan əksəriyyətinin elə həmin ay, yəni bir neçə gün ərzində yenidən işə qaytarılmasına başlanıldı. Qalan hissəsi isə sonrakı aylarda əvvəlki və ya öz arzuları ilə nazirliyin tərkibində başqa işlə təmin edildilər. Bu proseslər bir neçə ay davam etdiyindən aldadılaraq işdən azad edilən əməkdaşlar nazirliyin yeni təyinatlarını gözləyirdilər və vaxtaşırı xatırlatma ərizəsi ilə müraciət edirdilər. Buna baxmayaraq, idarənin bir necə əməkdaşının, o cümlədən ümumi şöbəsinin rəisi kimi mənim də FHN-də vəzifəmizə geri qaytarılmamız təmin edilməyib”.

    Keçmiş rəis bildirib ki, dəfələrlə ərizə və teleqramlarla nazirliyin rəhbərliyinə müraciət etsələr də, hər qəbulda işlə təmin ediləcəkləri bildirilsə də, tələbləri icra edilməyib. O, işdən azad edilməsindən bir ilə yaxın müddət keçdikdən sonra hesab edir ki, nazirlik onu yeni işlə təmin etmək istəmir. Belə olan halda rəsmi ərizə ilə FHN-ə müraciət edərək, bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının ona verilməsini tələb edib. 2024-cü ilin noyabr ayının 29-da əmək kitabçası nazirliyin Kadrlar İdarəsi tərəfindən ona qaytarılsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin verilməsi təmin edilməyib.

    Sabiq rəis bu barədə məhkəməyə müraciət edib. Bir neçə gün əvvəl keçirilən prosesdə onun iddiası tələb edilməyib. Səbəb kimi isə işdən çıxarılması ilə bağlı müddətin keçməsi göstərilib.

    Qeyd edək ki, FHN-in Kadr siyasəti Baş İdarəsinin rəisi general Sevda Şirinova və Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovdur.

  • İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar

    Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, martın 9-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran vətəndaşları – 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılıblar.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Azərbaycanda “Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar” təsdiqlənib

    Nazirlər Kabineti “Sazişlərin Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarlar”nı təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, meyarlar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları müəyyən edir. Meyarlarda istifadə olunan anlayışlar məcəllədə və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

    Qərara əsasən, istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər və uyğunlaşdırılmış hərəkətlər aşağıdakı meyarlardan ən azı üçünə cavab verdikdə məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraq istisna edilir:

    – saziş nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və sazişin olmadığı vəziyyətlə müqayisədə ən azı bir il ərzində müvafiq bazarda məhsul istehsalının 30 faiz artması;

    – saziş nəticəsində sazişin bağlanıldığı müvafiq bazara aid olmayan yeni bir məhsulun istehsalının mümkün olması;

    – saziş nəticəsində müvafiq bazarda məhsul başına düşən xərclərin 3-6 ay ərzində 15% və daha çox azalması;

    – saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində ən azı 1 il ərzində investisiyaların əvvəlki il ilə müqayisədə 20% artması;

    – saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində əhəmiyyətli nou-haunun yaranması;

    – texniki imkanların məhdud olması səbəbi ilə bir təsərrüfat subyektinin yalnız saziş iştirakçısı olmaqla müvafiq bazarda fəaliyyət göstərməsinin, məhsul istehsalı və ya istifadəsini həyata keçirməsinin mümkün olması;

    – müvafiq bazarın məhsul sərhədində fəaliyyət göstərməklə əlaqədar olaraq dövlət təhlükəsizliyi, istehlakçıların sağlamlığının qorunması, ictimai asayiş və sosial öhdəliklərin prioritet olması nəticəsində məhsulun saziş olmadan istehsalının və ya istifadəsinin həmin prioritetlərə zərər vurma ehtimalının olması;

    – məhsulun istehsalı və ya istifadəsi ilə əlaqədar olaraq xüsusi keyfiyyət və lisenziya meyarlarının müəyyən edilməsi nəticəsində onun saziş olmadan istehsalının və ya istifadəsinin qeyri-effektiv nəticələrə səbəb olması.

  • Dövlət xidmətinin vəzifələri artırıldı – FƏRMAN

    “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

    Fərmanla əsasnaməyə aşağıdakı məzmunda 3.0.17-1-ci yarımbənd əlavə edilir:

    “3.0.17-1. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək”.