Month: March 2025

  • В бакинском магазине обнаружен контрафактный алкоголь

    Сотрудники Агентства продовольственной безопасности Азербайджана провели проверку в принадлежащем физическому лицу Гюльсафе Фируддин гызы Аббасовой магазине Star на улице У.Гаджибекова в Сабаильском района Баку.

    Об этом сообщает Median.Az со ссылкой на агентство.

    В ходе проверки было установлено, что торговый объект функционировал без регистрации безопасности пищевых продуктов. Также были обнаружены алкогольные напитки с признаками контрафакта, без гигиенического сертификата и этикеток с информацией на азербайджанском языке.

    В связи с выявленными фактами в отношении физического лица был составлен административный протокол, продукция изъята из оборота, а деятельность торгового объекта ограничена.

  • Bakıda fəaliyyət göstərən marketdə saxta alkoqollu içkilər aşkarlandı

    Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Gülsəfa Firuddin qızı Abbasovaya məxsus “Star” marketdə Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin, saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb.

    Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

  • Импортируются ли в Азербайджан куры по цене 0.65 маната?

    Распространяемая информация о ввозе в Азербайджан кур по цене 0.65 маната за штуку далека от действительности и является полностью ложной. В течение 2024 года в нашу страну не импортировались живые куры, за исключением суточных цыплят.

    Об этом сообщили в Агентстве продовольственной безопасности Азербайджана (АПБА).

    Отмечается, что с учетом официальной информации Всемирной организации по охране здоровья животных о напряженной ситуации с высокопатогенным птичьим гриппом в мире и эпизоотологической ситуации, с 1 февраля 2022 года введены ограничения на импорт живых кур в Азербайджан, за исключением суточных цыплят.

    “В статистических данных наименование товара указано как “Живые домашние куры весом не более 185 г”. Это международное название определено по коду товарной номенклатуры внешнеэкономической деятельности 010511. Как видно из названия продукта, речь идет о суточных цыплятах весом менее 185 г, импортируемых птицеводческими хозяйствами для племенных целей. Отметим, что суточные цыплята ввозятся только для разведения на фермах”, – говорится в информации.

    Напомним, что вчера на различных сайтах со ссылкой на данные Государственного комитета статистики была распространена информация об импорте Азербайджаном в 2024 году 16.5 млн домашних кур на сумму 12.9 млн долларов. В информации отмечалось, что наибольшее количество птиц было завезено из Турции (11.8 млн), наименьшее – из Испании (17.3 тысячи). При этом первые стоят 0.65 маната, а вторые – 11.87 маната за штуку.

  • Azərbaycana qiyməti 65 qəpiyə olan toyuqlar idxal edilir? – RƏSMİ AÇIQLAMA

    “Biri 65 qəpiyə olan toyuqların Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatlar reallıqdan uzaq və tamamilə yanlış xəbərlərdir. 2024-cü il ərzində ölkəmizə xaricdən birgünlük cücələr istisna olmaqla diri toyuq idxal olunmayıb”.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında qeyd olunub.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dünyada yüksək patogen quş qripi ilə bağlı vəziyyətin gərgin olması barədə rəsmi məlumatları və epizootoloji vəziyyət nəzərə alınaraq, 1 fevral 2022-ci il tarixindən ölkəmizə birgünlük cücələr istisna olmaqla diri toyuqların idxalına məhdudiyyət tətbiq olunub:

    “Statistik məlumatda malın adı “Diri ev toyuqları, çəkisi 185 qramdan artıq olmayan” kimi qeyd olunub. Bu 010511 xarici iqtisadi fəaliyyətin mal nomenklatura kodu üzrə müəyyənləşmiş beynəlxalq addır. Məhsulun adından da göründüyü kimi, məlumatda 185 qramdan az çəkiyə malik və quşçuluq təsərrüfatları tərəfindən damazlıq məqsədilə gətirilmiş birgünlük cücələrdən bəhs olunur. Qeyd edək ki, birgünlük cücələr yalnız təsərrüfatlarda yetişdirilmək üçün gətirilir”.

    Xatırladaq ki, ötən gün müxtəlif saytlarda Dövlət Statistika Komitəsinin məlumatına istinad edilərək 2024-cü ildə Azərbaycanın xaricdən 12,9 milyon dollar dəyərində 16,5 milyon ədəd ev toyuğu idxal etməsi ilə bağlı xəbər yayılmışdı. Məlumatda ən çox toyuğun Türkiyədən (11,8 milyon ədəd), ən az isə İspaniyadan (17,3 min ədəd) gətirildiyi qeyd olunub. Bunun əksinə ən baha qiymətə İspaniyadan (11,87 manat), ən aşağı qiymətə isə Türkiyədən (65 qəpik) idxal olunduğu vurğulanıb.

  • İstanbuldan qayıdan şəxsdə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda siqaret aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

    Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadanlara stasionar rentgen qurğusunda baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunub.

    Yoxlama zamanı çamadanlardan gömrük orqanlarına bəyan edilməyən, məcburi nişanlama ilə nişanlanmayan 27 640 ədəd siqaret aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Üzərinə həbs qoyulmuş əmlaklarla bağlı dəyişiklik TƏSDİQLƏNDİ

    Prezident İlham Əliyev Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    Bununla bağlı President.az məlumat yayıb.

    Yenilənmiş qanuna əsasən, üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər.

    Qanun üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.

  • Prezident “BakuBus” MMC-yə 33,4 milyon manat ayırdı

    Prezident İlham Əliyev Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci abzasında nəzərdə tutulmuş vəsait hesabına nizamnamə kapitalının artırılması yolu ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 449 000 manat vəsait ayrılır.

  • Ахмед Велиев назначен первым заместителем главы ИВ Нахчывана

    Ахмед Велиев назначен первым заместителем главы Исполнительной власти (ИВ) Нахчывана.

    Глава ИВ Нахчывана подписал соответствующее распоряжение.

    Ахмед Велиев ранее занимал должность заместителя генерального директора – начальника Департамента анализа и прогнозирования социально-экономического развития.

  • Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

    Əhməd Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

    Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

    Qeyd edək ki, Ə.Vəliyev bundan əvvəl icra başçısının müavini, eyni zamanda Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

  • Mərhum arvadını söyən həmkəndlisini bıçaqlayan şəxs həbs edildi

    Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Tariyel Babazadənin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbsə alınıb.

    İttihama görə, hadisə 30 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Tovuz rayonu, Hunanlar kəndinin mərkəzində yerləşən mağazanın yaxınlığında qeydə alınıb.

    Belə ki, Tariyel Babazadəyə həmkəndlisi olan qonşusu, zərərçəkmiş Zöhrab Hacıyev (soyadı şərti) yaxınlaşıb, mağazadan ona siqaret almasını bildirib. Təqsirləndirilən şəxs isə pulunun olmadığını deyib. Sonra onların arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Bu zaman Zöhrab hər iki əli ilə onun boyun nahiyəsindən tutub fiziki zorakılıq hərəkətləri edib, habelə Tariyelin vəfat etmiş həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Tariyel üzərindəki bıçaqla həmkəndlisinin döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona xəsarətlər yetirib.

    Hadisədən sonra Tariyel Babazadə saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.