Month: March 2025

  • Из-за остановки сердца скончался трехкратный олимпийский чемпион по борьбе Бувайсар Сайтиев

    Трехкратный олимпийский чемпион по вольной борьбе из РФ Бувайсар Сайтиев скончался из-за остановки сердца.

    Как передает Median.Az, об этом ТАСС сообщил исполнительный директор Федерации вольной борьбы Республики Дагестан Махмуд Магомедов.

    Сайтиев умер на 50-м году жизни.

    “У него были проблемы с легкими. В итоге причина смерти – остановка сердца. Он принимал лекарства, которые дали осложнения. Вся его семья была с ним в Москве, в больнице”, – сказал Магомедов.

    Сайтиев является победителем Олимпийских игр 1996, 2004 и 2008 годов в весовой категории до 74 кг. Он шесть раз выигрывал чемпионат мира, шесть раз – чемпионат Европы. В 1995 году ему присвоили звание заслуженного мастера спорта России, Сайтиев был награжден орденами “За заслуги перед Отечеством” IV степени, Почета и Дружбы.

  • Güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev ürək tutmasından ölüb

    Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev ürək tutmasından ölüb.

    Bu barədə TASS-a Dağıstan Respublikası Sərbəst Güləş Federasiyasının icraçı direktoru Mahmud Maqomedov məlumat verib.

    Rusiyalı idmançı 50 yaşında vəfat edib.

    “Onun ağciyərlərində problemlər olub. Ölümün səbəbi ürəyinin dayanması olub. Fəsadlar yaradan dərmanlar qəbul edib. Bütün ailəsi onunla Moskvada, xəstəxanada olub”, – Maqomedov bildirib.

    Saytiyev 74 kq çəki dərəcəsində 1996, 2004 və 2008-ci il Olimpiya Oyunlarının qalibidir. O, altı dəfə dünya çempionatının, altı dəfə isə Avropa çempionatının qalibi olub. 1995-ci ildə Rusiyanın əməkdar idman ustası adına layiq görülüb, Saytiyev 4-cü dərəcəli Vətən qarşısında xidmətlərinə görə, Şərəf və Dostluq ordenləri ilə təltif edilib.

  • Rüfət özünü imtahandan az bal topladığı üçün öldürübmüş – Şagirdin intiharının TƏFƏRRÜATI

    Yevlax rayonunun R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Rüfət Şirinli yaşadığı evin həyətində özünü asıb.

    Median.Az xəbər verir ki, adıçəkilən kəndin icra nümayəndəsi Elxan Səfərov “Teleqraf”a bildirib ki, şagirdin intiharına səbəb buraxılış imtahanında az bal toplaması olub.

    Onun sözlərinə görə, şagird Polis Akademiyasına qəbul olmaq istəyirmiş: “Martın 2-də buraxılış imtahanı verib və 100-dən çox bal toplayıb. Amma qarşısına daha çox bal yığmağı məqsəd qoymuşdu. Çünki istədiyi ali məktəbə qəbul olmaq üçün yüksək bal lazım idi. Təəssüf ki, az bal topladığına görə özünə qəsd edib”.

    İcra nümayəndəsi söyləyib ki, Rüfət sakit təbiətli, mədəni bir gənc idi:

    “Yaxşı uşaq idi, dərslərini də yaxşı oxuyurdu. Anası da müəllimdir. Ona ailəsindən heç bir təzyiq olmayıb. Ailədə iki qız, bir oğlan olublar”.

  • К сведению граждан: на некоторых территориях не будет газа

    Завтра в Сабунчинском и Хазарском районах Баку возникнут перебои в газоснабжении.

    Об этом сообщает Median.Az со ссылкой на ПО “Азеригаз” Государственной нефтяной компании Азербайджанской Республики (SOCAR).

    Отмечается, что 4 марта с 10:00 до завершения ремонтно-монтажных работ будет приостановлена подача голубого топлива на улицах 2-я Промысловая, Э.Мехтиева, И.Асланова, Н.Байбакова, Ю.Саратова, Ю.Алиева, Г.Мусабекова, М.Айдынбекова, Т.Буньядова, М.Ибрагимова, Д.Бедного, С.Дадашова, Ш.И.Хатаи, М.А.Расулзаде, Г.Зардаби и Зевина в Сабунчинском районе, а также в поселке Шувелан и на территории под названием “Маяк баглары” в Хазарском районе столицы.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Sabunçu rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin “Sabunçu-əhali” ortatəzyiqli qaz kəmərinə qoşulması, Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Mayak bağları ünvanında ortatəzyiqli qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 4-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə 2-ci Mədən, E.Mehdiyev, İ.Aslanov, N.Baybakov, Şəhər şosesi, Y.Saratov, Y.Əliyev, Q.Musabəyov, M. Aydınbəyov, T.Bümyadov, M.İbrahimov, D.Bedniy, S.Dadaşov, Ş.İ.Xətai, M.Ə.Rəsulzadə, H.Zərdabi və Zevin küçələrinin, Xəzər rayonu üzrə isə Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər saxlanılıb

    Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar.

    Onların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib.

    R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.

  • Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb

    Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Sonuncu əməliyyat nəticəsində Ruhin Mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

    Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

    Xəbərdarlıqda deyilir:

    “Dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur”.

    Sinoptiklərin məlumatına görə, martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.

  • Bakıda 45 yaşlı kişi dəm qazından ÖLDÜ

    Bakıda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, F.Qasımov küçəsi, ev 27 ünvanında qeydə alınıb.

    Həmin mənzildə kirayə yaşayan, 1980-ci il təvəllüdlü kişi dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Проблема приема на работу без трудового договора все еще не решена полностью

    В Азербайджане проблема устройства на работу без заключения трудового договора все еще не нашла окончательного решения.

    Как сообщает Oxu.Az, данный факт нашел свое отражение в докладе уполномоченного по правам человека (омбудсмена) Азербайджанской Республики за 2024 год, который был обсужден на сегодняшнем заседании комитета Милли Меджлиса по правам человека.

    В докладе отмечено, что для решения проблемы необходимо усилить меры контроля.