Month: March 2025

  • Стали известны подробности отставки вице-президента Ирана по стратегическим вопросам

    Вице-президент Ирана по стратегическим вопросам Мохаммад Джавад Зариф заявил, что принял решение об отставке после своей встречи с главой судебной власти исламской республики Голям Хосейном Мохсени-Эджеи.

    Как передает Median.Az, об этом сообщает ТАСС.

    “Вчера меня на встречу пригласил многоуважаемый глава судебной власти. Отмечая текущую ситуацию в стране, он посоветовал мне вернуться [преподавать] в университет, чтобы избежать дальнейшего давления на правительство”, – написал он на своей странице в социальной сети X.

    “Я по-прежнему горжусь тем, что поддерживал [президента Масуда] Пезешкиана, и желаю ему и всем слугам народа всего наилучшего”, – добавил он. По словам Зарифа, за последние шесть месяцев он столкнулся с оскорблениями, клеветой и угрозами в свой адрес, но упорно продолжал служить своей стране.

    В воскресенье вечером агентство Fars со ссылкой на источники сообщило, что вице-президент Ирана по стратегическим вопросам подал в отставку, но его прошение еще не принято президентом. В иранских СМИ долгое время обсуждалась информация, что Зариф незаконно занимает свой пост из-за предполагаемого наличия у его детей гражданства США.

    Это уже второй раз с момента формирования текущего правительства Ирана, когда Мохаммад Джавад Зариф пытается уйти со своего поста. Первый раз он подал президенту прошение об отставке 11 августа, спустя всего десять дней работы в должности. Свое решение он объяснил “недовольством собственной работой” на посту главы консультационного совета, который был создан после избрания Пезешкиана на пост главы Исполнительной власти и отвечал за отбор кандидатов в новый Кабинет министров. В тот раз президент не принял его заявление и убедил остаться.

  • Cavad Zərifin istefasının detalları MƏLUM OLDU

    İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Məhəmməd Cavad Zərif, İslam Respublikasının məhkəmə hakimiyyətinin rəhbəri Qolam Hüseyn Möhseni-Əjhayi ilə görüşdən sonra istefa vermək qərarına gəldiyini açıqlayıb.

    Bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “Dünən məni çox hörmətli məhkəmə hakimiyyətinin rəhbəri görüşə dəvət etdi. O, ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, hökumətə qarşı təzyiqlərin artmasının qarşısını almaq üçün universitetə (müəllimliyə) qayıtmağı tövsiyə etdi”, – deyə Zərif bildirib.

    O, Prezident Məsud Pezeşkianı dəstəkləməkdən qürur duyduğunu və ona, eləcə də xalqın xidmətçilərinə uğurlar arzuladığını bildirib.

    Zərifin sözlərinə görə, son altı ay ərzində böhtan, təhqir və təhdidlərlə üzləşib, lakin ölkəsinə xidmət etməyə davam edib.

    Qeyd edək ki, bu, Zərifin hazırkı İran hökuməti dövründə ikinci istefa cəhdi olub. İlk dəfə o, avqustun 11-də – vəzifəyə təyin olunduqdan cəmi on gün sonra istefa ərizəsi təqdim edib. O zaman Zərif qərarını “öz işindən narazılığı” ilə izah etmişdi. O, Pezeşkianın prezident seçilməsindən sonra yaradılan və yeni Nazirlər Kabinetinə namizədləri seçməkdən məsul olan məsləhət şurasının rəhbəri kimi fəaliyyətindən narazı olduğunu bildirmişdi. Lakin həmin vaxt prezident onun istefasını qəbul etməmiş və onu vəzifədə qalmağa razı salmışdı.

  • Кабмин утвердил “Правило о разрешении на продолжение полета”

    Кабинет министров утвердил “Правила выдачи разрешения на продолжение полета после посадки воздушного судна, нарушившего правила полетов, и выяснения причин нарушения” в случаях, предусмотренных статьей 8.1 закона Азербайджанской Республики “Об авиации”.

    Премьер-министр Али Асадов подписал соответствующее постановление.

    Правила разработаны в соответствии с законом “Об авиации”, а вопросы, не урегулированные им, реализуются в соответствии с указанным законом, Конвенцией “О международной гражданской авиации” от 7 декабря 1944 года, а также международными стандартами и рекомендуемой практикой Международной организации гражданской авиации, установленными Приложением №2 “Правила полетов” и Приложением №13 “Расследование авиационных происшествий и инцидентов” к конвенции.

  • “Uçuşun davamına icazə verilməsi Qaydası” təsdiqlənib

    Nazirlər Kabineti “Aviasiya haqqında” qanunda nəzərdə tutulmuş hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra, uçuşun davamına icazə verilməsi Qaydası”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adıçəkilən qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya iki nömrəli Əlavə – “Uçuşların qaydaları” və 13 nömrəli Əlavə – “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına, eləcə də tövsiyə olunan təcrübəsinə uyğun həyata keçirilir.

    Qaydada istifadə edilən anlayışlar adıçəkilən qanunla və digər normativ hüquqi aktlarla müəyyən olunmuş mənaları ifadə edir.

  • Президент Азербайджана Ильхам Алиев принял премьер-министра Казахстана Олжаса Бектенова

    3 марта Президент Азербайджанской Республики Ильхам Алиев принял премьер-министра Республики Казахстан Олжаса Бектенова.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib (YENİLƏNİB)

    Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu bildirərək, Prezident Kasım-Jomart Tokayevlə həm Azərbaycanda, həm də Qazaxıstanda mütəmadi görüşlərini xatırlayıb. Qazaxıstan prezidentinin ötən il Azərbaycanda keçirilən COP29-da iştirakına görə bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, bu, Qazaxıstanın ölkəmizlə həmrəyliyini nümayiş etdirib, həmçinin konfransın uğurla yekunlaşmasına öz töhfəsini verib.

    Dövlətimizin başçısı COP29-da bir sıra vacib məsələlərin razılaşdırıldığını, eyni zamanda, ölkələrimizi daha da yaxınlaşdıracaq layihələrin formalaşdırıldığını qeyd edib.

    Prezident İlham Əliyev Qazaxıstanın baş nazirinin ölkəmizə səfəri zamanı vacib layihələrin ətraflı müzakirə olunacağına, əldə edilmiş razılıqların həyata keçiriləcəyinə və bütün istiqamətlər üzrə gələcəkdə də sıx əməkdaşlığın aparılacağına ümidvarlığını bildirib.

    Xalqlarımızın qardaş xalqlar olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, bu, qarşılıqlı münasibətlərimizin tarixi boyu dəfələrlə sübut olunub.

    Azərbaycanın və Qazaxıstanın sosial-iqtisadi inkişaf sahəsində yaxşı göstəricilər nümayiş etdirən qardaş dövlətlər olduğunu söyləyən Prezident İlham Əliyev beynəlxalq arenada, bölgəmizdə və daha geniş regionda ölkələrimizin vacib roluna toxunub.

    Qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Oljas Bektenov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

    Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.

    Qazaxıstanın baş naziri deyib ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, ölkələrimiz arasında əlaqələr inkişaf edir və o, bu məsələdə Azərbaycan və Qazaxıstan prezidentlərinin etimada əsaslanan münasibətlərinin rolunu qeyd etdi.

    Əlaqələrimizin potensialına toxunan Oljas Bektenov bildirib ki, Qazaxıstan və Azərbaycan hökumətləri hər iki ölkənin prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün səy göstərirlər. O, bu xüsusda dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, Trans-Xəzər multimodal nəqliyyat marşrutunun inkişafı üzrə fəal iş apardıqlarını deyib və bu marşrutla yük axınının ötən il 60 faiz artdığını diqqətə çatdırıb.

    Söhbət zamanı hərtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq ifadə olunub, son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən üç dəfə artdığı, nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında artımın davam etdiyi vurğulanıb. Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə investisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin yaşıl enerji sahəsində COP29 çərçivəsində imzalanmış sualtı kabel xətti ilə Azərbaycan və Qazaxıstan energetika sisteminin birləşdirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Следствие по теракту в “Крокус Сити Холле” завершено

    Расследование теракта в концертном зале “Крокус Сити Холл” завершено в рекордные сроки – менее чем за год.

    Об этом заявил председатель Следственного комитета России Александр Бастрыкин в беседе с ТАСС.

    “По уголовному делу о нападении на “Крокус Сити Холл” все следственные действия завершены. Сейчас обвиняемые и их адвокаты приступили к изучению материалов”, – пояснил глава ведомства.

    Теракт в концертном зале “Крокус Сити Холл” в подмосковном Красногорске произошел вечером 22 марта 2024 года. Перед выступлением группы “Пикник” в зал ворвались вооруженные люди и открыли огонь по зрителям. После этого прогремели взрывы, возник пожар. Следственный комитет России возбудил уголовное дело о теракте (ст. 205 УК РФ). Задержаны более 10 человек.

    27 февраля текущего года президент компании Agalarov Development Эмин Агаларов заявил, что дальнейшая судьба “Крокус Сити Холла” остается неопределенной. Он отметил, что концертный зал находится в полуразрушенном состоянии и, насколько ему известно, губернатор Московской области Андрей Воробьев заявил, что восстанавливать здание не будут.

  • “Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb

    “Crocus City Hall” konsert zalında baş verən terror aktı ilə bağlı istintaq rekord müddətə – bir ildən az vaxta tamamlanıb.

    Bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a müsahibəsində bildirib.

    “Crocus City Hall”a hücumla bağlı cinayət işi üzrə bütün istintaq hərəkətləri yekunlaşıb. Hazırda təqsirləndirilən şəxslər və onların vəkilləri işin materialları ilə tanış olmağa başlayıblar”, – deyə o qeyd edib.

    Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında baş verib. “Piknik” qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi üzrə cinayət işi açıb. Hadisə ilə bağlı 10-dan çox şəxs saxlanılıb.

    2025-ci il fevralın 27-də “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Crocus City Hall”un gələcək taleyinin hələ də qeyri-müəyyən olduğunu bildirib. O qeyd edib ki, konsert zalı yararsız vəziyyətdədir və onun bildiyinə görə, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov binanın bərpa edilməyəcəyini bəyan edib.

  • В Азербайджане утверждены правила контроля на территории аэродромов

    Кабинет министров Азербайджана утвердил “Правила осуществления контроля за использованием земельных участков и недвижимого имущества в пределах аэродромных зон, а также за экономической и иной деятельностью в этих зонах в целях обеспечения безопасности полетов”.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Документ подготовлен в соответствии с законом “Об авиации” и учитывает нормы Конвенции о международной гражданской авиации от 7 декабря 1944 года, а также международные стандарты и рекомендации ICAO (Международной организации гражданской авиации).

    Контроль за соблюдением правил будет осуществлять Агентство гражданской авиации при Министерстве цифрового развития и транспорта (в отношении гражданской авиации) и Министерство обороны (в отношении государственной авиации).

  • “Aerodromyanı ərazi hüdudlarında nəzarətin həyata keçirilməsi Qaydası” TƏSDİQLƏNDİ

    Nazirlər Kabineti “Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qayda “Aviasiya haqqında” qanuna uyğun hazırlanıb, onunla tənzimlənməyən məsələlər adıçəkilən qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, habelə Konvensiyaya 14 nömrəli Əlavə – “Aerodromlar”la müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9137, altıncı hissə, maneələrə nəzarət” sənədinin tələblərinə uyğun həyata keçirilir.

    Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarəti mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi həyata keçirir. Qaydada istifadə olunan anlayışlar adı çəkilən qanunla, Şəhərsalma və Tikinti Məcəlləsi, eləcə də digər normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.