Month: May 2025

  • Məhkəmə müğənni bacısını öldürən qardaşla bağlı qərar çıxardı

    Gəncə Apellyasiya Məhkəməsində müğənni Səbinə Abbasovanın qətlində təqsirləndirilən ögey qardaşı Hüseyn Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

    Prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

    Məhkəmə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

    Qeyd edək ki, Hüseyn Abbasov ağır qətl hadisəsi törədib. O, 15 il əvvəl anasını qətlə yetirib və 12 il azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra o, müğənni olan ögey bacısı Səbinə Abbasovanı öldürmək qərarına gəlib.

    2023-cü il noyabrın 2-də Hüseyn Abbasov bacısıgilə gələrək onu yaşadığı evin həyətində 14 bıçaq zərbəsi ilə qətlə yetirib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Abbasov 19 il azadlıqdan məhrum edilib. O, cəzasının beş ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • В некоторых частях Нахчывана не будет воды

    В Нахчыване 1 мая в ряде жилых массивов будет приостановлена подача питьевой воды.

    Это связано с устранением аварии на магистральном водопроводе, обеспечивающем водой жителей улицы Алигулу Гемкюсара, кварталов Бабек и Алинджа.

    Подача воды будет прекращена с 14:00. Возобновление водоснабжения планируется завершить в течение дня.

  • Bəzi ərazilərdə içməli su olmayacaq

    Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq.

    Naxçıvan şəhərinin Əliqulu Qəmküsar, Babək məhəlləsi, Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar mayın 1-də saat 14:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

    İşlər bu gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

  • Kamran Əliyevə səs verməyən deputatın kimliyi bilindi

    Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin yenidən Baş prokuror təyin olunması məsələsi müzakirə olunub.

    Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan 111 nəfər K.Əliyevin yenidən Baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bitərəf qalıb.

    Median.Az Teleqraf-a istinadla xəbər verir ki, səsvermədə bitərəf qalan deputat REAL Partiyasını parlamentdə təmsil edən Erkin Qədirlidir.

    E.Qədirli bunu təsdiqləyib. Lakin səbəbləri barədə danışmaq istəməyib.

    Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edi

  • Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verdi

    Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.

    Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.

    Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

    Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

    K.Əliyev ona yenidən etimad göstərib təyinatı ilə bağlı ali qanunverici orqana təqdimat göndərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.

  • Парламент Азербайджана утвердил ускоренную цифровую передачу решений органов опеки

    Милли Меджлис на пленарном заседании 1 мая принял в третьем, заключительном, чтении закон, обязывающий органы опеки и попечительства вносить свои решения в Электронную правительственную информационную систему (EHİS) в течение одного рабочего дня.

    Как сообщает Oxu.Az, проект предусматривает внесение поправок в Семейный и Гражданский кодексы, в законы “О регистрации по месту жительства и месту пребывания”, “О правах ребенка”, “О дорожном движении”, “О социальной защите детей, потерявших родителей и лишенных родительской опеки”, “О профилактике безнадзорности и правонарушений несовершеннолетних” и “О социальной адаптации лиц, освобожденных от отбывания наказания в пенитенциарных учреждениях”.

    Изменения касаются защиты прав детей и упрощения взаимодействия между госструктурами при предоставлении государственных услуг.

    Благодаря нововведению, органы, принимающие решения в интересах детей, будут обязаны оперативно передавать сведения в EHİS, что обеспечит другим учреждениям быстрый доступ к необходимой информации.

  • Uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına səlahiyyətlər verilib

    Ailə Məcəlləsində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

    Sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlarında təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, bu məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək. Belə sənədin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

    Bundan əlavə Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, bu məcəllənin 36.1-ci və 36.2-ci maddələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının icazəsi ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

    “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 5-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək və belə qərarlar bu maddənin beşinci hissəsinə uyğun olaraq əldə ediləcək.

    Bununla yanaşı “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

    Bu maddənin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları EHİS vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək. Belə sənədin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

    Həmçinin “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək və həmin qərarlar bu qanunun 27-ci maddəsinin VI-II hissəsinə uyğun olaraq əldə ediləcək.

    “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Bu qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək. Belə sənədin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

    “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, qəyyumluq və himayə orqanları bu qanunun 14.1-ci maddəsində nəzərdə tutulan məsələlərlə əlaqədar qəbul edilmiş qərarlarını bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edəcəklər.

    Bununla yanaşı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 10.1-ci maddəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

    Məlumat üçün bildirək ki, dəyişiklik təklif olunan qanunlarda uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilib. Bu səlahiyyətlər çərçivəsində qəyyumluq və himayə orqanı uşaq maraqlarının, o cümlədən üzərində qəyyumluq və himayə təyin edilmiş uşaqların əmlak və digər hüquqlarının qorunması məqsədilə qərarlar qəbul edəcək. Təklif olunan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.

    Beləliklə, qanunda qəyyumluq və himayəçilik orqanlarının razılığının (icazəsinin) verilməsi nəzərdə tutulduqda, bununla bağlı həmin orqan qərarlar qəbul edir və bu qərarı bir iş günü ərzində EHİS-ə daxil edilir. Nəticədə, dövlət xidmətlərinin göstərilməsi zamanı digər dövlət qurumlarının həmin qərarları EHİS vasitəsilə əldə etmək imkanı yaranır.

    Bu xüsusda dövlət xidmətlərinin göstərilməsi zamanı qəyyumluq və himayəçilik orqanlarının qərarlarının vətəndaşlardan tələb edilmədən informasiya sistemindən operativ qaydada əldə edilməsi əhaliyə göstərilən dövlət xidmətlərinin təkmilləşdirilməsinə, vətəndaşların həmin xidmətlərdən operativ və rahat formada istifadəsinə şərait yaradacaq.

    Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
    //oxu.az

  • Расширяется список госпошлин за услуги в сфере гражданской авиации

    Расширяется список государственных пошлин, взимаемых за услуги или юридические действия в сфере гражданской авиации.

    Как сообщает Oxu.Az, данный вопрос нашел свое отражение в проекте о внесении изменений в некоторые законы в связи с исполнением закона “Об авиации”, который был вынесен на обсуждение на сегодняшнем пленарном заседании парламента.

    Предлагается внести в законодательство следующие пошлины:

    – выдача сертификата эксплуатанта операторам беспилотных летательных аппаратов – 15 манатов;

    – выдача свидетельств, удостоверений или сертификатов авиационному персоналу – 15 манатов;

    – выдача регистрационного сертификата на беспилотные летательные аппараты – 10 манатов;

    – выдача разрешения на эксплуатацию операторам беспилотных летательных аппаратов – 10 манатов;

    – выдача свидетельств дистанционно управляющим пилотам (операторам) – 10 манатов;

    – выдача разрешений клубам или ассоциациям моделей беспилотных летательных аппаратов – 10 манатов.

    Вопрос был вынесен на голосование и принят.

  • Mülki aviasiya sahəsində xidmətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir

    Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.

    Sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə layihədə əksini tapıb.

    Aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:

    – Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi – 15 manat;

    – Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi – 15 manat;

    – Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi – 10 manat;

    – Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi – 10 manat;

    – Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi – 10 manat;

    – Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi – 10 manat;

    Məsələ səsə qoyularaq qəbul olunub.
    //oxu.az

  • Bakıda məktəblini oğurlamaq cəhdi: “Əllərində dəsmal vardı, məni tutub maşına soxmaq istəyirdilər”

    Bu gün səhər saatlarında Xırdalan şəhərində yerləşən 1 nömrəli məktəbdə qorxulu hadisə baş verib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə valideyn məlumat verib.

    Onun sözlərinə görə, dərsdən çıxan 13 yaşlı oğlunu naməlum şəxs oğurlamağa cəhd edib.

    Valideyn bildirib ki, hadisə səhər saatlarında məktəbin yaxınlığında baş verib. Uşaq dərsdən çıxıb evə gedərkən bir avtomobil ona yaxınlaşıb. Avtomobildə olan şəxs onu zorla maşına mindirməyə çalışıb. Lakin yeniyetmə çevik tərpənərək təcavüzkarın əlindən qaçıb.

    “Uşağım dedi ki, əllərində dəsmal kimi bir şey vardı, məni tutub maşına soxmaq istəyirdilər”, – deyə ana bildirib. O qeyd edib ki, oğlunun qolunda və əlində təzyiq izləri var.

    Valideyn hadisə barədə dərhal polisə məlumat verdiyini bildirib. O, ərazidə təhlükəsizlik kameralarının olduğunu və görüntülərin araşdırılacağını deyib.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, son günlər sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı bir sıra videolar və məlumatlar yayılıb. Polis orqanları isə həmin görüntülərin köhnə olduğunu və real vəziyyəti əks etdirmədiyini bildirib.