Month: June 2025

  • İsraildə nazirlərə “WhatsApp”dan istifadə qadağan olundu

    İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) ölkə nazirlərinə ictimai yerlərdə görünməyi və “WhatsApp” tətbiqindən istifadəni qadağan edib.

    Median.Az-ın RT-yə istinadla verdiyi məlumata görə, bu barədə yerli jurnalist Süleyman Əhməd məlumat verib.

    Qadağanın səbəbi kimi təhlükəsizlik riskləri və mümkün hücum təhlükəsi göstərilir.

    Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri öldürülüblər.

  • Azərbaycan Türkiyə ilə Qarabağda tingçilik mərkəz tikir

    “Qarabağda müasir texnologiyalar əsasında yeni tingçilik təsərrüfatı yaradılır. İşğal dövründə ermənilər tərəfindən məhv edilmiş yaşıllıq sahələrinin bərpasında bu tinglərdən istifadə ediləcək. Məhv edilmiş yaşıllıq sahələrini sürətli şəkildə bərpa etmək üçün yaradılan ağıllı ting təsərrüfatında, müxtəlif növ ağac və gül kollarından ibarət tinglər yetişdiriləcək”.

    Bu fikirləri Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib:

    “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bir il ərzində bu təsərrüfatda 2 milyona yaxın ting yetişdiriləcək. Türkiyə və Azərbaycanla birgə Cəbrayıl rayonu ərazisində yeni tingçilik təsərrüfatı mərkəzi də tikilir. Bu mərkəzin ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Türkiyə, erməni işğalı zamanı məhv edilmiş meşə örtüyünün bərpasına da mühüm töhfə verəcək”.

  • Beynəlxalq axtarışa verilmiş üç nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

    Beynəlxalq axtarışa verilmiş daha üç şəxs Azərbaycana ekstradisiya edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Amal Səxavət oğlu İbadov, Rizvan Kamil oğlu Məhərrəmli və Samir Yusif oğlu İsmayılovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

    Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

  • Суд в Баку: всплыли видеокадры секретного совещания армянских командиров в школе в ходе 44-й войны

    На продолжающемся судебном процессе в Бакинском военном суде обвиняемый Левон Мнацаканян заявил, что в 2020 году во время 44-дневной Отечественной войны занимался несколькими направлениями по просьбе т.н. “президента” самопровозглашенного режима Араика Арутюняна.

    Как сообщает Report, он заявил, что в то время не занимал никакой должности и был на пенсии.

    Арутюнян дважды обращался к нему – 14 октября и 3 или 4 ноября (точную дату не помнит – ред.), прося помочь местным т.н. “органам власти” по вопросам безопасности, гражданской обороны и проверить состояние артиллерии. Мнацаканян, в свою очередь, был в направлениях Гадрута, Суговушана и других по его поручению.

    Далее на заседании было изучено следующее доказательство. На видеокадрах, снятых во время 44-дневной войны, видно, как в классной комнате школы в Шушакенде (Ходжалинский район) проводится военное совещание.

    На видеокадрах также виден Левон Мнацаканян.

    Совещание проводит Самвел Бабаян (т.н. бывший “министр обороны” самопровозглашенного режима, бывший “секретарь совета безопасности” – ред.). На видеокадрах обсуждается нападение на азербайджанских военнослужащих. Самвел Бабаян заявляет: “Там на карте есть заминированная территория, не проходите через эту заминированную территорию, взорвется”. Затем он говорит: “От укрытия до церкви примерно 1-1.5 км. Оттуда есть дорога через “карьер”. Эта дорога должна быть закрыта. Итак, задача – окружить врага в Шуше. Наши завтрашние действия решат судьбу всего Карабаха. Судьба Карабаха зависит от наших завтрашних действий. Судьба Карабаха зависит. Понимаете, что я говорю…

    … Кто какое задание получает, тот его и выполняет. То есть мы должны закрыть тыловую дорогу врага, его выход. Мы должны быстро занять нужные нам позиции. В 6 утра мы там. Никто не опаздывает. Сидим 1 час, наблюдаем, смотрим. В 7 часов уже начинается прорыв. Артиллерия работает примерно 15 минут. Потому что мы перейдем в наступление. Мы поняли друг друга, сможем найти друг друга? Телефоны, все друг другу дали?”.

    После изучения кадров Левон Мнацаканян утверждал, что не участвовал в обсуждениях на совещании, и заявил, что запланированное на следующий день наступление не состоялось.

  • Levon Mnatsakanyan: “Arayik Arutyunyanın istəyi ilə Hadrut və Suqovuşan istiqamətlərində olmuşam”

    İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun “prezident”i Arayik Arutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.

    O, həmin vaxt heç bir vəzifə tutmadığını, təqaüddə olduğunu söyləyib.

    A.Arutyunyan ona iki dəfə – oktyabrın 14-də və noyabrın 3-də, yaxud 4-də (dəqiq günü xatırlamır – red.) müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli “hakimiyyət orqanları”na kömək etməyi və artilleriyanın vəziyyətini yoxlamağı tapşırıb. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.

    Bu zaman məhkəmədə növbəti sübut tədqiq olunub. 44 günlük müharibə zamanı çəkilmiş videokadrlarda Şuşakənddə məktəbin sinif otağında hərbi müşavirə keçirildiyi görünür.

    Videokadrlarda Levon Mnatsakanyan da görünür.

    Müşavirəni Samvel Babayan (qondarma rejimin keçmiş “müdafiə naziri”, keçmiş “təhlükəsizlik şurasının katibi” – red.) keçirir. Videokadrlarda Azərbaycan hərbçilərinə qarşı hücum müzakirə edilir. Samvel Babayan bildirir ki, “orada xəritədə minalanmış sahə var, həmin o minalanmış sahə ilə keçməyin, partlayar”. O, daha sonra deyir: “Sığnağın altı ilə oradan bura kilsə tərəf 1-1.5 kilometrdir. Oradan “karyer”lə yol var. Həmin yol bağlanmalıdır. Deməli, tapşırıq düşməni Şuşada mühasirəyə almaqdır. Bizim sabahkı fəaliyyətimiz bütün Qarabağın taleyini həll edəcək. Qarabağın taleyi bizim sabahkı fəaliyyətimizdən asılıdır. Qarabağın taleyi asılıdır. Nə dediyimi başa düşürsünüz…

    …Kim hansı tapşırığı alırsa, o tapşırığı da icra etməlidir. Yəni ki, biz düşmənin arxa yolunu, çıxışını bağlamalıyıq. Bizə lazım olan mövqeləri sürətli şəkildə tutmalıyıq. Səhər saat 6-da biz orada oluruq. Heç kim geçikmir. Otururuq bir saat nəzarət edirik, baxırıq. Saat 7-də artıq yarılma başlayır. Artilleriya təxminən 15 dəqiqə işləyir. Çünki biz hücuma keçəcəyik. Bir-birimizi başa düşdük, bir-birimizi tapa biləcəyik? Telefonları, hər şeyi bir-birinizə vermisiniz?”.

    Sübutun tədqiqindən sonra Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən müşavirədəki müzakirələrdə iştirak etmədiyini iddia edib, səhəri günə planlaşdırılan hücumun baş tutmadığını bildirib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • В Азербайджане стартуют вступительные экзамены в детские музыкальные, художественные школы и центры – ФОТО

    С 17 июня 2025 года начнутся вступительные экзамены в первые классы детских музыкальных и художественных школ и центров, подведомственных Министерству культуры Азербайджанской Республики, на 2025/26 учебный год.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство культуры.

    По данным ведомства, для приема в школы зарегистрировались в общей сложности 18 665 кандидатов. Из них 16 548 подали заявки на музыкальное, 1 427 – художественное, 690 – хореографическое направления.

    Тестирование будет проводиться централизованно в районах и городах в экзаменационных центрах.

    О дате и месте проведения экзаменов кандидаты будут уведомлены в течение сегодняшнего дня через личный кабинет, электронную почту и СМС.

    Отметим, что процесс приема организован Министерством культуры на основе принципов прозрачности и объективности, с использованием цифровых технологий.

  • Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır – FOTO

    17 iyun 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları başlayır.

    Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məktəblərə qəbul üçün ümumilikdə 18 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

    İmtahanlar rayon və şəhərlərdə mərkəzləşdirilmiş formada, aidiyyəti üzrə təşkil olunmuş imtahan mərkəzlərində aparılacaq.

    Namizədlərə imtahan tarixi və yeri barədə bildirişlər bu gün ərzində şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə təqdim olunacaq.

    Qeyd edək ki, qəbul prosesi Mədəniyyət Nazirliyi tərəfindən şəffaflıq və obyektivlik prinsipləri əsasında rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.

  • МИД Армении осудил нападение Израиля на Иран

    Одностороннее нападение на Иран вызывает серьёзную обеспокоенность. То, что эта атака была совершена накануне нового раунда переговоров, ставит под угрозу усилия по достижению мира, а также региональную стабильность и глобальный мир.

    Как сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”, об этом говорится в заявлении Министерства иностранных дел Армении на официальной странице в X.

    МИД Армении добавил, что Ереван осуждает эту акцию и призывает немедленно прекратить военные действия и соблюдать нормы международного права.

  • Ermənistan XİN İsrailin İrana hücumunu pislədi

    Ermənistan XİN İsrailin İrana hücumunu pisləyib.

    “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə qurum özünün “X” hesabında paylaşım edib.

    “İrana birtərəfli hücum çox narahatlıq doğurur. Bu hücumun xüsusilə danışıqların növbəti raundu öncəsi həyata keçirilməsi sülh səylərini, eləcə də regional sabitlik və qlobal sülhü təhlükə altına qoyur”, – deyə bəyanatda bildirilib.

    O da qeyd olunub ki, İrəvan bu addımları pisləyir, hərbi əməliyyatları dərhal dayandırmağa və beynəlxalq hüquqa riayət etməyə çağırır.

  • Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb

    Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb:

    “Araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib”.

    Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.