Month: June 2025

  • Moskva Ukrayna ilə münaqişənin həlli üçün əsas tələblərini açıqlayıb

    Rusiya Prezidenti Vladimir Putin “Sky News Arabia” telekanalına müsahibəsində Moskvanın Ukrayna ilə münaqişənin həlli üçün əsas tələblərini açıqlayıb.

    O, bildirib ki, Kiyev Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərində keçirilmiş referendumların nəticələrini tanımalıdır.

    V.Putin həmçinin deyib ki, Ukrayna neytral ölkə olmalı, heç bir xarici alyansa qoşulmamalı və nüvə silahı ilə silahlandırılmamalıdır.

    “Kiyev Rusiyaya qarşı çıxan marionet rejimlərin deyil, milli maraqlarını əsas tutmalıdır”, – Rusiya lideri qeyd edib.

    Putin həmçinin ukraynalıların əksəriyyətinin Rusiya ilə dostluq münasibətlərinin qorunmasında maraqlı olduğuna əmindir.

    “Bütün bu məsələlər 2022-ci ildə İstanbulda müzakirə olunub və o zaman Moskva və Kiyev sazişin imzalanmasına yaxın idi”, – o əlavə edib.
    //report

  • В Азербайджане водятся новые требования для объявленных банкротами физлиц и юрлиц

    Физические лица, занимающиеся предпринимательской деятельностью без регистрации юридического лица, а также юридические лица в случае признания банкротом должны будут уведомлять налоговый орган в течение 15 дней с момента начала или завершения процедуры банкротства.

    Как сообщает Report, соответствующие поправки в Налоговый кодекс и закон “О государственной регистрации юридических лиц и государственного реестра” были утверждены сегодня на пленарном заседании Милли Меджлиса.

    Изменения направлены на повышение прозрачности и учета информации о банкротстве в налоговых и государственных реестрах. Также с 40 до 15 дней сокращается срок уведомления об изменениях в данных налогоплательщиков и уставных документах юридических лиц.

    Законопроект был вынесен на голосование и одобрен в третьем чтении.

  • Milli Məclis müflis elan olunan şəxslərə yeni tələb qoyulmasını təsdiqləyib

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib.

    Dəyişikliyə əsasən, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.

    Qanun layihəsi Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış şirkətlər və fərdi sahibkarlar barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb. Sənəddə həmçinin hüquqi şəxsin iflas prosesində olması faktının dövlət qeydiyyatının aparılması, bununla bağlı qeydiyyat orqanına 15 gündən gec olmayaraq ərizə ilə müraciət edilməsi nəzərdə tutulur. Bankların müflisləşmə və iflas prosesində olması dövlət qeydiyyatına alınarkən “Banklar haqqında” qanunun tələbləri nəzərə alınır.

    Qanun layihəsinin qəbul edilməsi nəticəsində barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaq.

    İflas prosesində olma barədə vergi orqanına məlumatın verilməsi (hüquqi şəxslərə münasibətdə bu barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması) iflas prosesində olan hüquqi və fiziki şəxsin fəaliyyətində şəffaflığın gücləndirilməsinə, risklərin düzgün idarə edilməsinə, eləcə də iflas prosesində olan şəxsin borclularının və kreditorlarının əmlak maraqlarının daha etibarlı qorunmasına xidmət edəcək.

    Bundan başqa, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna görə, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınır.

    Dəyişikliyə əsasən hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur. Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır. Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.
    //report

  • МВД: Минувшим днем в Азербайджане обнаружено более 52 кг наркотиков

    Минувшим днем в Азербайджане обнаружено и изъято более 52 кг наркотиков.

    Об этом сообщили в Министерстве внутренних дел (МВД).

    20 июня в ходе оперативных мероприятий, проведенных сотрудниками полиции, было изъято более 52 кг наркотиков, 299 психотропных таблеток и 769 кустов культивируемой конопли, а также обнаружено и уничтожено 20 359 кустов дикорастущей конопли общим весом более 13,4 тонны.

  • Ötən gün ölkədə 52 kiloqramdan çox narkotik aşkarlanıb

    Azərbaycanda iyunun 20-də 52 kiloqramdan çox narkotik aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 52 kiloqramdan artıq narkotik vasitə, 299 ədəd psixotrop tərkibli həb və 769 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 13,4 tondan artıq 20359 ədəd çənətə kolu isə aşkar olunaraq məhv edilib.

  • “Qarabağ” rəsmiləri Türkiyənin idman nazirinin müavini ilə görüşüblər

    “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci ilə görüşüblər.

    Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

    Tədbir qonaqların Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarəti çərçivəsində baş tutub.

    Görüşdə TÜİB-in sədri Hüseyin Büyükfırat, idarə heyətinin üzvləri, Milli Məclisin deputatı Naqif Həmzəyev də iştirak ediblər. Müxtəlif mövzuları müzakirə edən tədbir iştirakçıları qarşılıqlı əməkdaşlıq imkanları və digər proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

    Enes Eminoğluna Ağdam klubunun forması hədiyyə olunub.

  • Yanıq xəsarətləri alan Tovuz sakini ölüb

    Yanıq xəsarətləri alan Tovuz sakini ölüb.

    1991-ci il təvəllüdlü Zabil İbrahimov yanıq xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • ЦАХАЛ заявила о ликвидации командира бригады БПЛА ВВС КСИР Ирана

    Армия обороны Израиля (ЦАХАЛ) заявила о ликвидации военно-воздушными силами страны командира второй бригады БПЛА ВВС Корпуса стражей исламской революции (КСИР) Ирана Аминпура Джудаки.

    Об этом сообщается в Telegram-канале ЦАХАЛ.

    “ВВС Израиля нанесли удар и уничтожили Аминпура Джудаки, командира второй бригады БПЛА ВВС КСИР”, – гласит заявление ЦАХАЛ.

    Отмечается, что Джудаки занял должность после ликвидации силами ЦАХАЛ бывшего командира второй бригады БПЛА ВВС КСИР Тахера Пура 13 июня и курировал “сотни” атак БПЛА на израильскую территорию из района Ахваза на юго-западе Ирана.

  • İsrail Müdafiə Qüvvələri “Sepah”ın komandirini öldürüb

    İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Hava Qüvvələrinin (HHQ) ikinci PUA briqadasının komandiri Aminpur Cudakinin öldürüldüyünü bildirib.

    Bu barədə IDF-in “Telegram” kanalında məlumat verilib.

    Qeyd olunub ki, Cudaki IDF qüvvələri tərəfindən ikinci PUA briqadasının əvvəlki komandiri Tahir Purun iyunun 13-də öldürülməsindən sonra bu vəzifəyə təyin edilib və İranın cənub-qərbindəki Əhvaz bölgəsindən İsrail ərazisinə yüzlərlə PUA hücumuna rəhbərlik edib.

  • В Баку в результате автонаезда погиб пешеход

    В Баку в результате автонаезда погиб пешеход.

    Абдуллаев Туран Садиг оглу за рулем автомобиля марки Changan сбил пешехода Сулейманова Намига Али оглу (1981 г.р.).

    Пострадавший был госпитализирован с травмами различной степени тяжести, однако, несмотря на усилия врачей, спасти его не удалось.

    По факту возбуждено уголовное дело.