Month: July 2025

  • Azərbaycan və Vyetnam üçillik Fəaliyyət Planını qəbul ediblər

    Azərbaycanla Vyetnam arasında 2025–2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul olunub.

    Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

    “Hanoyda Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien ilə qarşılıqlı etimad və dostluq mühitində, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına dair səmərəli müzakirələr apardıq. Həmsədrliyimizlə keçirilən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası isə ticarət-iqtisadi əməkdaşlığımızın strateji tərəfdaşlıq əsasında möhkəmlənməsinə xidmət edəcək və 2025–2027-ci illəri əhatə edən, 17 istiqamət üzrə 58 tədbirin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planının qəbulu ilə məhsuldar şəkildə yekunlaşdı”, – deyə nazir qeyd edib.

  • Rusiyanın 18 qat çempionu 6 ay müddətinə diskvalifikasiya olunub

    Darts üzrə 18 qat Rusiya çempionu Boris Koltsov 6 ay müddətinə diskvalifikasiya olunub.

    “Report” Rusiya Darts Federasiyasının (RDF) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının Çinin Makao şəhərində keçirilən turnirdə icazəsiz iştirakı səbəb olub.

    RDF-nin vitse-prezidenti Nail Aksyanov isə bir il yarım müddətinə vəzifəsindən kənarlaşdırılıb. İyunun 13-dən 15-dək Makaoda keçirilən turnirdə Rusiya nümayəndələri ölkə bayrağı altında və dövlət rəmzləri ilə iştirak ediblər. Yarışa səfərin RDF və İdman Nazirliyinin razılığı olmadan təşkil edildiyi bildirilib.

    Qeyd edək ki, 36 yaşlı idmançı Peşəkar Darts Korporasiyası tərəfindən keçirilən dünya çempionatlarında iştirak edib.

  • Азербайджан увеличил расходы на импорт автомобилей более чем на 23%

    В первой половине текущего года Азербайджан импортировал 51 727 транспортных средств различного назначения на общую сумму 960,709 млн долларов США.

    Как сообщает Median.Az со ссылкой на Государственный таможенный комитет, это соответственно на 22,2% и 23,3% больше, чем за аналогичный период прошлого года.

    За год импорт моторных транспортных средств, предназначенных для перевозки 10 и более человек, включая водителя, увеличился в 2,4 раза – до 250 единиц (на сумму 20,245 млн долларов США), а импорт легковых автомобилей и прочих моторных транспортных средств, предназначенных преимущественно для перевозки людей, увеличился на 24,2% – до 47 199 единиц (865,347 млн долларов США).

    Из этих автомобилей 23 001 (472,963 млн долларов США) составляют транспортные средства с гибридным двигателем, сочетающим двигатель внутреннего сгорания и электрический двигатель, а 929 единиц (31,625 млн долларов США) – транспортные средства, приводимые в движение исключительно электрическим двигателем.

    Импорт гибридных автомобилей увеличился в 2,6 раза, тогда как импорт полностью электрических транспортных средств сократился на 38,3% по сравнению с годом ранее.

    Кроме того, импорт моторных транспортных средств для перевозки грузов увеличился на 0,2% – до 4 010 единиц (48,690 млн долларов США), а импорт моторных транспортных средств специального назначения вырос на 21,3% – до 268 единиц (26,427 млн долларов США).

  • Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb

    Bu ilin I yarısında Azərbaycan 960,709 milyon ABŞ dolları dəyərində 51 727 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,3 % çox və 22,2 % çoxdur.

    İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,4 dəfə artaraq 250 ədəd (20,245 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,2 % artaraq 47 199 ədəd (865,347 milyon ABŞ dolları dəyərində) təşkil edib.

    Bu avtomobillərin 23 001-si (472,963 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 929-u (31,625 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

    Bu isə birincinin 2,6 dəfə artması, ikincinin isə 38,3 % azalması deməkdir.

    Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 0,2 % artaraq 4 010 ədəd (48,690 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 21,3 % artaraq 268 ədəd (26,427 milyon ABŞ dolları dəyərində) olub.

  • У берегов Аляски произошло новое землетрясение магнитудой 5,7

    Еще одно землетрясение зафиксировано неподалеку от побережья Аляски, его магнитуда составила 5,7.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его информации, эпицентр находился в 94 км к югу-востоку от населенного пункта Санд-Пойнт. Очаг залегал на глубине 35 км.

    Информации о пострадавших, разрушениях и угрозе цунами не поступало.

    Ранее у берегов Аляски было зафиксировано землетрясение магнитудой 7,2, Национальное управление океанических и атмосферных исследований США (NOAA) объявляло угрозу образования цунами.

  • Alyaska sahillərində 5,7 maqnitudalı daha bir zəlzələ olub

    Alyaska sahilləri yaxınlığında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 94 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə olub.

    Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.

    Qeyd edək ki, bundan əvvəl Alyaska sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.

  • Лига Европы УЕФА: “Сабах” сыграет против “Селе” в Словении

    Азербайджанский футбольный клуб “Сабах” сегодня сыграет против словенской команды “Селе” в первом квалификационном раунде Лиги Европы УЕФА.

    Как сообщает Report, матч состоится на одноименном стадионе в словенском городе Селе в 22:00 по бакинскому времени.

    Матч обслужит судейская бригада из Болгарии.

    Отметим, что первый матч между командами состоялся в Баку и завершился победой словенской команды со счетом 3:2.

  • UEFA Avropa Liqası: “Sabah” Sloveniyada cavab matçına çıxacaq

    UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” bu gün Sloveniyanın “Sele” komandası ilə cavab matçına çıxacaq.

    Qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutacaq.

    Bakı vaxtı ilə 22:00-da start götürəcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər.

    UEFA Avropa Liqası

    I təsnifat mərhələsi, cavab görüşü

    17 iyul

    22:00. “Sele” (Sloveniya) – “Sabah” (Azərbaycan)

    İlk oyun – 3:2

    Baş hakim: Draqomir Draqanov (Bolqarıstan).

    Xatırladaq ki, komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

  • В Баку автомобиль насмерть сбил женщину

    В Баку автомобиль насмерть сбил женщину.

    Аббасов Рамин Мир оглу за рулем автомобиля марки Mercedes сбил пешехода Ширалиеву Арзу Абасгулу гызы (1985 г.р.).

    От полученных травм женщина скончалась на месте.

    По факту возбуждено уголовное дело.

  • Bakıda avtomobil qadını vuraraq öldürüb

    Bakıda avtomobil qadını vurub.

    Abbasov Ramin Mir oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən piyada 1985-ci il təvəllüdlü Şirəliyeva Arzu Abasqulu qızını vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.