Month: July 2025

  • Rusiya Azərbaycanın iki müəssisəsinin süd məhsullarının idxalına qadağa qoydu

    Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) iyulun 11-dən etibarən Azərbaycan istehsalçıları olan “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC-nin bütün növ süd məhsullarının idxalını qadağan edib.

    Median.Az bu barədə “Rosselxoznadzor”un saytına istinadla xəbər verir.

    Qərar Azərbaycan müəssisələrinin Rusiya tərəfinin yoxlamalarını qəbul etməkdən imtina etməsi və onların öz məhsullarını gələcəkdə Rusiyaya tədarük etməkdə maraqlı olmaması ilə bağlıdır.

  • İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşü olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı.

    Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlandı, həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliyimizlə bağlı geniş müzakirələrin aparıldığı qeyd olundu.

    Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və bu istiqamətdə perspektiv layihələr müzakirə edildi.

    SOCAR-la ADNOC, həmçinin ölkəmizlə “Masdar” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirildi.

    Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunuldu və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edildi.

    Sonra Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalandı.

    Görüşün sonunda dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.

  • Naxçıvan üzrə iyul ayının pensiyaları ödənilib

    Naxçıvan Muxtar Respublikası (MR) üzrə iyul ayının pensiya ödənişləri yekunlaşdırılıb.

    Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayının pensiya ödənişi başa çatdırılıb.

  • Арестованных азербайджанцев подозревают в поджоге иномарки в Екатеринбурге – ВИДЕО

    Братья Сафаровы из Азербайджана, которых арестовали по подозрению в убийствах прошлых лет в Екатеринбурге, могут быть причастны к поджогу машины предпринимателя-конкурента.

    Подробности истории ura.ru рассказал источник в силовых структурах.

    По его данным, инцидент произошел ночью 20 ноября 2020 года в Кировском районе. Как видно на кадрах, мужчины в масках облили горючей смесью Toyota Land Cruiser и подожгли. На следующий день полицейские возбудили уголовное дело по ч. 2 ст. 167 (умышленное уничтожение или повреждение имущества) УК РФ.

    “В отделе полиции потерпевший бизнесмен сразу заявил, что к преступлению могут быть причастны Сафаровы. У него с ними давний конфликт. Ранее он жаловался на них из-за возможной причастности к продаже контрафактного спиртного”, – рассказал собеседник агентства.

    Ущерб составил свыше 1.8 млн рублей (почти 39 000 манатов – ред.). Но раскрыть уголовное дело не получилось до сих пор. Связаться с защитой арестованных братьев Сафаровых не удалось.

    Утром 27 июня в Екатеринбурге прошли массовые задержания уроженцев Азербайджана. Пятерых братьев Сафаровых, Гянджиева, Лалаева и Абасова арестовали. Их подозревают в убийстве торговца Пашаева в 2001-м, покушении на Фехруза в 2010-м и расправе над их товарищем в 2011 году. По данным СК России, один из фигурантов дал признательные показания и обличил группу.

  • Yekaterinburqda həbs edilən azərbaycanlılar avtomobili yandırmaqda şübhəli bilinirlər – Video

    Rusiyanın Yekaterinburq şəhərində əvvəlki illərdə qətl törətməkdə şübhəli bilinərək həbs edilən azərbaycanlı Səfərov qardaşlarının rəqibi olan sahibkarın avtomobilini yandırılmasında əlləri olduğu ehtimal edilir.

    Bu barədə ura.ru saytına Rusiyanın təhlükəsizlik qüvvələrindəki mənbə məlumat verib.

    Onun sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirov rayonunda baş verib. Kadrlardan da göründüyü kimi maskalı şəxslər “Toyota Land Cruiser” markalı avtomobili yandırıblar. Ertəsi gün polis Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi (əmlakı qəsdən məhv etmə və ya zədələmə) ilə cinayət işi açıb.

    “Polis şöbəsində zərərçəkmiş iş adamı dərhal bildirib ki, Səfərovların cinayətdə əli ola bilər. Onun onlarla uzun müddətdir münaqişəsi var. Daha əvvəl o, Səfərovların saxta spirtli içkilərin satışı ilə məşğul olduğu ehtimalı ilə onlardan şikayət edib”, – agentliyin mənbəsi bildirib.

    Dəyən ziyan 1.8 milyon rubldan çox olub (təxminən 39 min manat – red.). Lakin cinayət işinin üstünü açmaq hələ mümkün olmayıb. Həbsdə olan Səfərov qardaşlarının müdafiəçisi ilə əlaqə saxlamaq mümkün olmayıb.

    Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlılar kütləvi şəkildə həbs ediliblər. Ayaz, Akif, Məzahir, Kamal və Bəkir Səfərovlar, Əhliman Gənciyev, Şahin Lalayev və Əziz Abbasov həbs ediliblər. Onlar 2001-ci ildə ticarətçi Yunis Paşayevi öldürməkdə, 2010-cu ildə Fehruz adlı şəxsi öldürməyə cəhddə və 2011-ci ildə onu öldürməkdə şübhəli bilinirlər.

  • Bakıda iş adamının iki villası qarət edildi: Yarım milyon manatdan artıq oğurluq

    Bakıda iş adamına məxsus iki villa qarət olunub.

    Hadisə Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ədalət Alışova məxsus iki ədəd ikimərtəbəli villa tanışı tərəfindən qarət edilib.

    Məlumata görə, Ə.Alışov özü orada yaşamadığı üçün həmin villaları əvvəlcədən tanıdığı şəxsə həvalə edib.

    2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər olan müddətdə Ə.Alışov tanışına inanaraq evləri ona yaşamaq üçün həvalə edib. Həmin şəxs isə bu müddət ərzində villaların daxilində olan bütün əşyaları oğurlayaraq satıb.

    Belə ki, evdə yaşayan şəxs oradan dəyəri 11 000 manat olan yeddi ədəd kondisioner, bir evdən 5 760 manat, digər evdən 2 560 manatlıq laminat, 6 500 manatlıq yeddi ədəd televizor, digər evdən 4 000 manatlıq dörd ədəd televizor, 68 000 manatlıq 40 ədəd çilçıraq, 14 000 manat dəyərində 20 ədəd vaza və digər bahalı əşyaları oğurlayıb. Həmin şəxs ümumilikdə mənzillərdən 292 min 574 manatlıq əşya oğurlayıb.

    Bununla yanaşı o evdən ümumi dəyəri 213 min manat olan mebel və digər məişət əşyalarını söküb daşımağa cəhd edərkən yaxalanıb.

    Ev sahibinin müraciətindən sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı evə nəzarət edən şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı cinayət işi başlanılıb.
    //oxu.az

  • В Россию приедет 1 млн трудовых мигрантов из Индии из-за нехватки кадров

    В Россию планируется привлечь 1 млн трудовых мигрантов из Индии для компенсации дефицита высококвалифицированных кадров.

    Как передает Median.Az, об этом заявил глава Уральской торгово-промышленной палаты Андрей Беседин.

    “Насколько я слышал от своих индийских коллег, до конца года в Россию, в том числе и Свердловскую область, приедет 1 млн специалистов из Индии. В Екатеринбурге открывается новое Генконсульство этой страны, которое будет заниматься этими вопросами”, – пояснил он в интервью агентству ЕАН.

    По его словам, российским промышленным предприятиям нужно наращивать производственные мощности, однако регион испытывает острую нехватку рабочей силы. Часть сотрудников задействована в спецоперации на Украине, а молодые люди не стремятся работать на заводах, что, по мнению Беседина, связано с “идеологической ошибкой, допущенной до этого в стране”.

    Кроме Индии, работа ведется также со Шри-Ланкой и Северной Кореей. Однако, как отметил глава палаты, сотрудничество с трудовыми мигрантами из этих государств может оказаться сложным.

    Новые работники будут направлены преимущественно в металлургическую и машиностроительную отрасли, где требуются высококвалифицированные специалисты.

    В свою очередь, председатель комитета Госдумы РФ по труду, социальной политике и делам ветеранов Ярослав Нилов заявил NEWS.ru, что планы главы Уральской торгово-промышленной палаты Андрея Беседина привезти в Свердловскую область миллион граждан Индии, Шри-Ланки и Северной Кореи для решения проблемы нехватки высококвалифицированных кадров являются странными. По его словам, квоты на привлечение внешних трудовых ресурсов существенно меньше 1 млн.

    При этом он уточнил, что в России большая потребность в обеспечении рынка труда внешними ресурсами.

  • Hindistandan Rusiyaya bir milyon əmək miqrantı köçəcək

    Rusiya yüksək ixtisaslı kadr çatışmazlığını kompensasiya etmək üçün Hindistandan bir milyon əmək miqrantı cəlb etməyi planlaşdırır.

    Median.Az-ın EAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin bildirib.

    “Hindistanlı həmkarlarımdan eşitdiyimə görə, ilin sonuna qədər bu ölkədən Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə bir milyon mütəxəssis gələcək. Yekaterinburqda bu ölkənin yeni baş konsulluğu açılır ki, o da bu məsələlərlə məşğul olacaq”, – deyə o, müsahibəsində qeyd edib.

    Onun sözlərinə görə, Rusiya sənaye müəssisələri istehsal gücünü artırmalıdır, lakin regionda kəskin işçi qüvvəsi çatışmazlığı yaşanır. Bəzi işçilər Ukraynada müharibəyə cəlb olunub, gənclər isə fabriklərdə işləməyə həvəs göstərmirlər ki, bu da Besedinin fikrincə, ölkədə əvvəllər yol verilmiş ideoloji səhvlə bağlıdır.

    Hindistanla yanaşı, Şri-Lanka və Şimali Koreya ilə də iş aparılır.

    Yeni işçilər ilk növbədə yüksək ixtisaslı mütəxəssislər tələb olunan metallurgiya və maşınqayırma sənayesinə göndəriləcək.

  • “Sumqayıt” azarkeşlərinə ŞAD XƏBƏR

    “Sumqayıt” futbol klubu yaxın müddətdə azarkeşlərini sevindirəcək.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin fan-şopu açılacaq.

    Mağaza Sumqayıt şəhərinin mərkəzi küçələrinin birində fəaliyyət göstərəcək.

    Fan-şopda yerli azarkeşlər “Sumqayıt”ın yeni mövsüm formalarını və atributlarını əldə edə biləcəklər.

  • Hacıqabul şəhərinin bir hissəsi QAZSIZ QALACAQ

    Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

    Diametri 315 mm PE orta təzyiqli “Şəhər dairəvi” yeraltı daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar 10.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    Qaz təchizatının məhdudlaşdırılması ilə bağlı bu qərar Hacıqabul şəhərində ümumilikdə 2 919 abonentə şamil ediləcək.