Month: July 2025

  • Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? – VİDEO

    Qohum evlilikləri tarixə qovuşur. Dəyişikliyə əsasən, nikahın bağlanmasına mane olan halların sırasına qardaş və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi, dayı və qardaş, bacıqızı, həmçinin bibi, xala və qardaş, bacıoğlu daxil edilib.

    Bəs bu dəyişiklik əvvəlcədən nişanlı olanlar üçün də keçərlidir?

    Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, qanun 2024-cü ildə qəbul edildiyindən nişanlı olan şəxslərin də nikaha daxil olması mümkün olmayacaq:

    “Əgər cütlük nikahlarını rəsmiləşdirmədən birgə faktiki ailə münasibətlərində yaşayırlarsa, bu halda onlara qanunvericiliklə hər hansı cəza nəzərdə tutulmayıb. Lakin onlar bir sıra hüquq və imtiyazlardan yararlana bilməyəcəklər. Məsələn, əmlak bölgüsü, aliment öhdəliyi və miras hüququ kimi məsələlərdə məhdudiyyətlərlə üzləşəcəklər”.

    Qeyd edək ki nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması öncədən yoxlanılacaq.

    Ətraflı Baku TV-nin süjetində:

  • Убийца “Курда Амо” получил 17 лет строгого режима

    В Гянджинском суде по тяжким преступлениям завершилось судебное следствие по делу Тарзана Шамилова, обвиняемого в убийстве члена криминального мира Ахмеда Арабова (известного как “Курд Амо”) в Гёранбойском районе.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Натига Алиева был зачитан приговор.

    Согласно решению суда, подсудимый приговорен к 17 годам лишения свободы с отбыванием наказания в исправительном учреждении строгого режима.

    Напомним, что 16 июля прошлого года на участке автодороги Хиндарх – Борсунлу, проходящем через территорию села Вейисли, 38-летний А.Арабов получил тяжелые травмы в результате наезда автомобиля. От полученных ранений он скончался в больнице на следующий день.

    По данному факту было возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса Азербайджанской Республики (УК АР), квалифицированное по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего).

    В ходе следствия возникли обоснованные подозрения в том, что 35-летний Тарзан Шамилов, находясь за рулем автомобиля, сначала протаранил машину Ахмеда Арабова, двигавшуюся в том же направлении, а затем, когда потерпевший вышел из своего транспортного средства, умышленно совершил наезд, нанеся ему множественные телесные повреждения.

    Т.Шамилову было предъявлено обвинение по вышеуказанной статье УК АР, и на основании ходатайства следователя и представления прокурора, осуществляющего процессуальное руководство предварительным расследованием, решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

    Впоследствии обвинение было переквалифицировано на статью 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом) УК АР.

    Стоит отметить, что Ахмед Арабов был известен в криминальных кругах как “Курд Амо” или “Курд Ахмед”. Он являлся одним из близких соратников покойного криминального авторитета “Лоту Гули”.

  • Goranboyda “Kürd Amo”nu xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda kriminal aləm üzvünü qətlə yetirməkdə təqsirləndirilən Tarzan Şamilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Tarzan Şamilov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, ötən il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

    İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çox sayda bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, Əhməd Ərəbov kriminal aləmdə “Kürd Amo”, “Kürd Əhməd” kimi tanınıb. Onun mərhum kriminal avtoritet “Lotu Quli”nin yaxın adamlarından biri olduğu qeyd olunurdu.

  • Захарова: Для России и Азербайджана отношения дружбы чрезвычайно важны

    Отношения дружбы между Россией и Азербайджаном чрезвычайно важны.

    Об этом заявила официальный представитель МИД РФ Мария Захарова в эфире радио Sputnik.

    Отметим, что в последние дни отношения между двумя странами обострились из-за массовых задержаний российскими правоохранителями азербайджанцев, сопровождавшихся пытками и убийствами наших соотечественников.

  • Zaxarova: “Rusiya və Azərbaycan üçün dostluq münasibətləri son dərəcə önəmlidir”

    “Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir”.

    Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.

    Qeyd edək ki, son günlər iki ölkə arasında münasibətlər Rusiya OMON qüvvələri tərəfindən azərbaycanlıların saxlanılan zaman öldürülməsinə görə gərginləşib.

  • İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Məlumata əsasən, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

  • Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır

    Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

    Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının bu cür davranışı, xüsusilə də ortada şəffaf, inandırıcı hüquqi əsas olmadan həyata keçirdiyi həbslər etnik və siyasi motivli təzyiq aktı kimi qiymətləndirilməlidir:

    “Rusiyada son günlər azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların ard-arda həbsi təkcə hüquqi məsələ deyil, bu, eyni zamanda açıq-aşkar siyasi xarakter daşıyan, milli ayrı-seçkilik təəssüratı yaradan, qərəzli bir prosesdir.

    Bu cür həbslər Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və haqlı qəzəb doğurur. Bu, nə beynəlxalq hüquq normalarına, nə də dövlətlərarası dostluq münasibətlərinə uyğun gəlir.

    Azərbaycanlı sahibkarlar və diaspor təşkilatlarının nümayəndələri uzun illər Rusiya cəmiyyətində dinc şəkildə fəaliyyət göstərib, iqtisadiyyata töhfə verib, Azərbaycanla Rusiya arasında körpü rolunu oynayıb. İndi həmin insanlara qarşı məqsədli basqı kampaniyasının aparılması qətiyyətlə pislənməlidir”.

    Deputat bildirib ki, bu cür siyasi motivli həbslər Azərbaycan ictimaiyyətində onsuz da reputasiyası çox aşağı olan Rusiya dövlətinə qarşı inamsızlıq və qəzəb yaradır:

    “Azərbaycan bu məsələyə biganə qala bilməz. Ölkəmizin aidiyyəti qurumları və diplomatik nümayəndəlikləri haqlı və düzgün olaraq dərhal bu məsələyə müdaxilə edib. Hüquqları pozulan azərbaycanlıların müdafiəsi təmin edilməli, məsələ beynəlxalq müstəviyə çıxarılmalıdır.

    Eyni zamanda, iki dövlət arasında dostluq münasibətləri birtərəfli təzyiq və təqib əsasında davam edə bilməz. Heç bir dövlət Azərbaycanla təhdid və təzyiq dilində danışa bilməz. Rusiya da bunu anlamalı və öz siyasətini buna uyğun qurmalıdır. Azərbaycan xalqı və dövləti bu cür haqsızlıqları heç vaxt susqun qarşılamayıb və bu gün də öz həmvətənlərinə qarşı edilən ədalətsizliklərə biganə qalmayacaq”.

  • Ксения Собчак осудила убийства азербайджанцев в Екатеринбурге

    Российская журналистка и общественный деятель Ксения Собчак прокомментировала рост напряжённости между РФ и Азербайджаном, поводом для которого стал рейд силовиков в Екатеринбурге, в ходе которого погибли двое азербайджанцев.

    В своем Telegram-канале она обратила внимание на появившиеся в азербайджанских СМИ кадры вскрытия тел погибших, на которых “буквально нет живого места”. При этом Следственный комитет России официально называет причиной смерти одного из братьев Сафаровых сердечную недостаточность.

    Собчак подчеркнула, что даже если человек является подозреваемым, его вина еще должна быть доказана в суде, и это не может служить оправданием пыток. “Неважно, какой они национальности, какое у них гражданство или в чем их подозревают”, – отметила журналистка.

    По мнению Собчак, действия отдельных сотрудников правоохранительных органов привели к международному скандалу. “А потом мы будем удивляться, почему нас “там” не любят, не ждут, и почему нас задерживают. А все потому, что кто-то слишком сильно поверил в свою безнаказанность”, – написала она.

  • Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu

    Kseniya Sobçak Yekaterinburqda güc strukturları əməkdaşlarının reydi zamanı iki azərbaycanlının ölməsindən sonra Rusiya ilə Azərbaycan arasında qızışan ixtilafı şərh edib.

    Rusiyalı jurnalist və ictimai xadim öz “Telegram” kanalında Azərbaycan mətbuatında mərhumların meyitlərinin yarılması ilə bağlı yayılan görüntülərə diqqət çəkib.

    Halbuki Rusiyanın İstintaq Komitəsi Səfərov qardaşlarından birinin ölüm səbəbi kimi ürək çatışmazlığını göstərir.

    Sobçak vurğulayıb ki, şəxs şübhəli olsa belə, onun günahı məhkəmədə sübuta yetirilməlidir və bu, işgəncələrə bəraət qazandıra bilməz:

    “Onların hansı millətdən olmasının, hansı vətəndaşlığa sahib olmasının və ya nədə şübhəli bilinmələrinin fərqi yoxdur”.

    Sobçakın sözlərinə görə, hüquq-mühafizə orqanlarının ayrı-ayrı əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala gətirib çıxarıb:

    “Və sonra təəccüblənəcəyik ki, niyə bizi “orada” bəyənmirlər, bizi gözləmirlər və niyə bizi saxlayırlar. Bütün bunlar ona görədir ki, kimsə öz cəzasızlığına həddindən artıq inanıb”.

  • Mingəçevirdə 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

    Mingəçevirdə 34 yaşlı kişini ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Samir Nəbiyev iş görən zaman ehtiyatsızlıqdan elektrik naqilinə toxunub.

    Bu zaman elektrik cərəyanı onu vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.