Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırılıb.
Month: July 2025
-
Bu ərazidə qazlar kəsildi – Nə vaxt bərpa olunacağı məlum deyil
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Əmili kəndi ünvanında yol kənarından keçən D-159 mm-lik yerüstü qaz xəttinin üzərindəki qapı keçidinin yer altına salınması məqsədi ilə bu gün saat 10:00-dan işlər yekunlaşanadək Əmili kəndində 285 abonentin qaz təchizatı daxildən dayandırılıb.İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır. -
Fərqanə xanım Nigara niyə söz atır? – Tolikdən sərt ismarış
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) “Dream Fest” festivalında baş verənlərlə bağlı səslənən tənqidlərə münasibət bildirib.
Tolik bu barədə sosial mediada Nigarla bağlı paylaşıma rəy bildirib.
O qeyd edib ki, bir çoxları festivalın mahiyyətini düzgün başa düşmür:
“Məncə, həm bir çox izləyicilər, həm də şou-biznes cameəsində olan insanlar “DreamFest”in necə keçdiyini tam anlamırlar. Bu bir festivaldır, musiqi bayramıdır. Tədbir dəniz kənarında keçirildiyinə görə, insanlar rahat geyinə bilərlər. Hətta bəzi tanınmışların komanda üzvləri şortikdə də gəlmişdilər. Buradakı geyimləri hansısa möhtəbər saray tədbiri ilə müqayisə etmək düzgün deyil – bu yay festivalıdır. İnsanlar oraya əylənmək, istirahət etmək üçün gəlirlər”.
Tolik muğam ifaçısı Fərqanə Qasımovanın “Dream Fest”lə bağlı səsləndirdiyi tənqidlərə də cavab verib:
“Nigar isə, mənim fikrimcə, Azərbaycan mədəniyyətində bir çox özünü “bir nömrə” sayan, Youtube, TikTok, Instagram izləyicilərinin sayı ilə özünü böyük sima kimi təqdim edən “bozbaş müğənnilər”dən min qat artıq müğənnidir. Onun sənətdə adı var, izi var. Bu gün mən düşünürəm ki, Fərqanə xanım muğam sənətində öz sözünü demiş bir sənətkardır, sənətkarımızın da qızıdır. Ancaq Fərqanə xanımın bu gün qışqıra-qışqıra oxuyub, “muğam ifaçısıyam” deyib, əslində isə muğamdan bixəbər olan, mersiyə üslubunda ifalar edən müğənnilərə irad bildirməsi daha yerinə düşərdi. Toylarda yüz manat alıb, kimin isə anasına tərif oxuyan, “mənim səsim var, çünki muğam oxuyuram” deyən bəzi müğənnilərə söz deməsi daha düzgün olardı. Çünki Fərqanə xanımın sənəti buna layiqdir, irad bildirməyə haqqı çatır”.
Aparıcı qeyd edib ki, Nigar Camal Azərbaycanın mədəniyyətində xüsusi yerə malik sənətçidir:
“Nigar, məncə, şou-biznesin ən parlaq simalarından biridir. Əgər onun geyimi ona yaraşıbsa və özü belə istəyibsə, biz azad ölkədə yaşayırıq, hər kəs öz seçiminə görə yaşaya bilər. Nigar heç vaxt TikTok, Instagram və Youtube vasitəsilə özünü önə çıxarmağa çalışmayıb. Əri ola-ola başqa kişilərin hesabına irəliləyən bəzi sosial media məşhurlarından tam fərqli olaraq, Nigar Azərbaycanı rəsmi olaraq Avroviziyada təmsil edib və ölkəmizə birinciliyi qazandıran ilk qadın ifaçıdır. Fikrimcə, belə bir insanı oturduğu yerdə hədəfə almaq düzgün deyil. Nigar da, Aysel də Avropa səhnəsində Azərbaycan bayrağını ucaldan sənətçilərdir. Niyə onları bu cür tənqid edirlər? Niyə bundan sonra ora muğam oxuyanları göndərmirlər? Bu gün burada haqlı olan Nigardır”. (Yenisabah.az) -
Araz Ağalarov Bakıya gəldi- VİDEO

Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyarder Araz Ağalarov Bakıdadır.
Bu barədə onun oğlu, Xalq artisti Emin Ağalarov paylaşım edib.Emin Ağalarov qeyd edib ki, ilk dəfə atasına “Sea Breeze”i gəzdirib və ona şəhərciklə bağlı detallı məlumat verib.E.Ağalarovun sözlərinə görə, atası buraya 7 il əvvəl gəlib, lakin o zaman indiki geniş infrastruktur olmayıb.Sənətçi görüntüləri özünün “Ata” mahnısını ilə paylaşıb və xatirə fotolarını da əlavə edib.Ağalarovların “Sea Breeze” gəzintisini təqdim edirik: -
İrəvanda atışma: keçmiş polkovnikin oğlu saxlanıldı

Ermənistanın paytaxtı İrəvanda atışma olub.
Bu barədə erməni mətbuatı məlumat yayıb.Məlumata görə, qonşular arasında mübahisə yaşanıb və 28 yaşlı Aşot Şahnazaryan tapançadan atəş açıb. Şahnazaryan Arabkir saxlanılıb. Hadisə zamanı xəsarət alan olmayıb.Qeyd olunur ki, saxlanılan şəxsin atası Ermənistan Yol Polisində rəhbər vəzifələrdə çalışmış keçmiş polis polkovnikidir. Saxlanılanın babası, onunla eyni ad-soyadı daşıyan Aşot Şahnazaryan isə vaxtilə İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasına rəhbərlik edib. -
Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib
Tailand və Kamboca arasındakı sərhəd bölgəsində 5 gün davam edən hərbi toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.
Asiya ölkələri arasında atəşkəs barədə bundan əvvəl Malayziya hökumətinin başçısı Ənvər İbrahim Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında Kuala-Lumpurda keçirilən danışıqların yekunu üzrə elan edib.Xatırladaq ki, Tailand-Kamboca münaqişəsinin mərkəzində iki ölkənin sərhədində və ona bitişik ərazilərdə yerləşən Preah Vihear məbədinin mülkiyyət məsələsi dayanır./report -
Во Франции снова вызван на допрос Павел Дуров
Парижский суд провел допрос основателя Telegram Павла Дурова.
Об этом сообщает AFP со ссылкой на источники.По их данным, его снова допросили о “возможной причастности платформы к преступной деятельности”. Отмечается, что Дуров в сопровождении четырех адвокатов прибыл в парижский суд около 10 утра по местному времени (к полудню по бакинскому времени – ред.). Сам основатель соцсети и его адвокаты отказались комментировать эту информацию.
Напомним, что в августе 2024 года Павла Дурова задержали в аэропорту Парижа. Ему предъявили обвинения по шести пунктам из-за отказа сотрудничать с властями Франции. Господина Дурова отпустили под подписку о невыезде с обязательством внести залог €5 млн. В декабре парижский суд впервые допросил его по существу дела.
-
Pavel Durov Fransada yenidən dindirilib
“Telegram”ın təsisçisi Pavel Durov Paris məhkəməsində dindirilib.
Bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.Bildirilib ki, o, “platformanın cinayət fəaliyyətində mümkün iştirakı” ilə bağlı yenidən dindirilib.
Məlumata görə, P.Durov dörd vəkilin müşayiəti ilə yerli vaxtla səhər saat 10 radələrində (Bakı vaxtı ilə günorta – red.) Paris məhkəməsinə gəlib.
Sosial şəbəkənin qurucusu və onun vəkilləri bu məlumatı şərh etməkdən imtina ediblər.
Xatırladaq ki, 2024-cü ilin avqustunda P.Durov Paris hava limanında saxlanılıb. Ona qarşı Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etdiyi üçün altı maddə ilə ittiham irəli sürülüb. P.Durov 5 milyon avro məbləğində girov ödəmək və ölkəni tərk etməmək öhdəliyi ilə sərbəst buraxılıb. Dekabrda Paris məhkəməsi onu ilk dəfə işin mahiyyəti üzrə dindirib.
-
МИД Эстонии вызвал временного поверенного в делах России
МИД Эстонии вызвал временного поверенного в делах РФ Ленара Салимуллина в связи с нарушением эстонской морской границы российским судном.
Об этом сообщила пресс-служба эстонского внешнеполитического ведомства.“Сегодня, 28 июля, МИД Эстонии вызвал временного поверенного в делах посольства России для выражения протеста и вручения официальной ноты в связи с нарушением морской границы Эстонии”, – говорится в сообщении.
По данным телерадиокомпании ERR со ссылкой на главный штаб сил обороны Эстонии, утром 26 июля к востоку от острова Вайндлоо в территориальные воды Эстонии вошел российский пограничный корабль, который находился в эстонских водах около 35 минут. Телерадиокомпания утверждает, что корабль не уведомил МИД Эстонии за 48 часов, что он собирается осуществить мирный проход через территориальные воды этой страны, как этого требует местное законодательство.
-
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
Rusiya gəmisinin Estoniyanın dəniz sərhədini pozması ilə əlaqədar bu ölkənin müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Estoniya XİN-in mətbuat xidməti məlumat yayıb.“Estoniyanın dəniz sərhədinin pozulması ilə əlaqədar etiraz bildirmək və rəsmi nota təqdim etmək üçün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili bu gün Estoniya XİN-ə çağırılıb”, – məlumatda qeyd olunub.
ERR teleradio şirkətinin Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, iyulun 26-sı səhər saatlarında Rusiyanın sərhəd gəmisi Vayndloo adasının şərqində Estoniyanın ərazi sularına daxil olub. Teleradio şirkəti iddia edir ki, gəmi yerli qanunvericiliyin tələb etdiyi kimi, bu ölkənin ərazi sularından dinc keçid həyata keçirməyi planlaşdırdığı barədə Estoniya XİN-i 48 saat əvvəl xəbərdar etməyib.
-
Arif Alışanovun qardaşı oğlunun məhkəməsində şirkət nümayəndəsi məhkəmədə dindiriləcək
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Nəqliyyat və Rabitə Nazirliyinin mütəxəssisi ifadə verib.Ona təqsirləndirilən şəxsin xaricdə fəaliyyət göstərən saytda profilinin olması, həmin profilə daxil ola bilməməsi bağlı suallar verilib.
Daha sonra mobil operatora ünvanlanan sorğunun cavabı elan olunub. Sorğuda Nizami Alışanın 2024-cü il aprelin 9-da harada olması ilə bağlı anten dairələri müəyyən edilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Samir İsayev vəsatət verib. O, investisiya şirkətinin idarə heyətinin üzvü Ceyhun İbrahimovun əlavə şahid qismində dindirilməsini istəyib.
Təqsirləndirilən şəxs bildirib ki, Ceyhun İbrahimovla 20 ilə yaxındır tanışlığı var. Onun sözlərinə, həm Ceyhun, həm də Rövşənlə əlaqəsi olub:
“Mənim kuratorum Rövşən müəllim olub. Pulların Yeni Zelandiyaya göndərilməsindən onların xəbəri var. Ceyhun müəllim həmin investisiya şirkətinin vasitəsilə pulların göndərilməsini təsdiqləyə bilər”.
Məhkəmə vəsatəti təmin edib.
Növbəti proses iyulun 31-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
//report





