Month: July 2025

  • DYP yol hərəkəti iştirakçılarına müraciət edib

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

    İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

    “Yolda hərəkət zamanı təkcə sürətə, manevrlərə və qaydalara deyil, həm də ətraf mühitə olan münasibətimizə görə məsuliyyət daşıyırıq. Təəssüf ki, bəzi hallarda nəqliyyat vasitələrinin salonundan tullantılar birbaşa yola və ya yol kənarına atılır.

    Unutmaq olmaz ki, bu cür davranış aşağıdakı mənfi nəticələrə səbəb olur:

    – Yolun çirklənməsi – nəticədə təkcə görünüş yox, həm də yolun funksional təhlükəsizliyi pozulur.

    – Yanğın təhlükəsi – atılan siqaret kötüyü quru otluqda yanğına səbəb ola bilər. Bu isə ətraf üçün ciddi risk yaradır.

    – Avtomobil təhlükəsi – kiçik zibil parçaları (plastik, şüşə və s.) yol səthində sürüşkənlik və texniki nasazlıqlar doğura bilər.

    – Ekoloji zərər – atılan tullantıların bir çoxu (xüsusən plastik) uzun illər torpaqda parçalanmır və təbiətə zərər verir.

    – İctimai məsuliyyətsizlik – ətraf mühitə hörmətsizlik, cəmiyyət içində mədəni davranışlara zərbə vurur.

    Gəlin unutmayaq: Təmiz yol – təkcə gözəl mənzərə deyil, həm də mədəniyyətin, şüurun və məsuliyyətin göstəricisidir.

    Ətraf mühit bizim ortaq evimizdir. Onu birlikdə qoruyaq!”

  • Mixail Qusman işdən çıxarıldı

    Rusiyanın Baş naziri Mixail Mişustin TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanı tutduğu vəzifədən azad edib. 

    Median.Az Rusiya mediasına istinadən xəbər verir ki, müvafiq sərəncam hüquqi aktlar portalında dərc olunub.
    Qeyd edək ki, Mixail Qusman jurnalist, radio və televiziya aparıcısıdır, 1999-cu ildən TASS xəbər agentliyinin baş direktorunun birinci müavini vəzifəsini tutur.
    O Rusiyada Azərbaycanı ən çox müdafiə edən jurnalistlərdəndir.

  • Bu şagirdlər 700 bal topladı

    Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

    Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 4 nəfər – Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı, Şəki rayonu Orta Zəyzid kənd 1 saylı orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri oğlu, Bakı şəhəri 253 saylı orta məktəbin məzunu Abdullayeva Məryəm İlqar qızı, Bakı şəhəri 53 saylı orta məktəbin məzunu Ağaməmmədova Zeynəb Zaur qızı göstərib. Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir. Onlar imtahanın birinci mərhələsində 300 bal toplayıblar. Abdullayeva Məryəm İlqar qızı imtahanın birinci mərhələsində 289, Ağaməmmədova Zeynəb Zaur qızı isə 286.7 bal toplayıb.
    Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

  • Ağdam və Xocavənddə YANĞIN BAŞLAYIB

    Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumat verilib.

    Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə yanğınlarla bağlıməlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

    Xatırladaq ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.

  • Трамп заявил, что не станет разрушать бизнес Маска

    Президент США Дональд Трамп заявил, что не станет разрушать бизнес миллиардера Илона Маска, с которым у них произошел разлад.

    Об этом американский лидер написал в соцсети Truth Social.

    “Все заявляют, что я разрушу компании Илона тем, что заберу некоторые, если не все, масштабные субсидии правительства США. Это не так! Я хочу Илону и всем предпринимателям в нашей стране процветать как никогда ранее. Чем лучше у них дела, тем лучше у США”, – говорится в публикации.

    Напомним, что Маск 29 мая заявил, что запланированный срок его полномочий в качестве специального госслужащего в департаменте государственной эффективности США (DOGE) подходит к концу, и поблагодарил Трампа за “возможность сократить расточительные расходы” правительства.

    В июне между Маском и Трампом произошла публичная перепалка из-за предложенного президентом США масштабного законопроекта о сокращении федеральных расходов, который Маск назвал “отвратительной мерзостью”. В конце июня Маск на фоне разногласий с Трампом вновь предложил создать в США новую политическую партию, заявив, что сейчас страна – “однопартийная”. Трамп в ответ на критику предпринимателем законопроекта предупредил, что тому без субсидий придется “прикрыть лавочку и вернуться домой в ЮАР”.

    В начале июля Маск заявил о формировании своей политической партии, которую он назвал “Америка”. Как следует из реестра американского избиркома, он уже официально подал документы на ее регистрацию. Трамп заявил, что с грустью наблюдает, как бывший соратник “слетает с катушек”.

  • Tramp Maskın biznesini məhv etməyəcək

    ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın biznesini məhv etməyəcək.

    Bu barədə ABŞ lideri “Truth Social” şəbəkəsində yazıb.

    “Hamı deyir ki, mən ABŞ hökumətinin böyük həcmdə subsidiyalarının hamısını olmasa da, bir hissəsini geri almaqla İlonun şirkətlərini məhv edəcəyəm. Bu belə deyil! Mən İlonun və ölkəmizdəki bütün sahibkarların əvvəllər heç vaxt olmadığı qədər inkişaf etməsini istəyirəm. Onların işləri nə qədər yaxşı gedərsə, ABŞ-nin da işləri bir o qədər yaxşı olar”, – paylaşımda qeyd olunub.

  • Сотрудники Абшеронского РУП изъяли у двух задержанных 5 кг наркотиков

    Сотрудники отдела по борьбе с наркотиками Абшеронского районного управления полиции (РУП) задержали подозреваемых в обороте наркотических средств 38-летнего Руфата Гадирова и 26-летнего Гасана Мусаева.

    Об этом сообщили в Министерстве внутренних дел.

    При личном досмотре у Гадирова был изъят 1 кг героина и 3 кг 447 г марихуаны, у Мусаева – 495 г психотропного вещества метамфетамин. Задержанные признались, что были привлечены к наркоторговле гражданами Ирана, с которыми познакомились в соцсетях. Их личности сейчас устанавливает следствие. По фактам возбуждено уголовное дело, ведется расследование.

    В ведомстве отметили, что с начала года сотрудники Абшеронского РУП изъяли из оборота 51 кг наркотических средств.

  • Abşeronda saxlanılan 2 nəfərdən 5 kiloqram narkotik vasitə aşkarlanıb

    Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini 38 yaşlı Rüfət Qədirov və 26 yaşlı Həsən Musayev saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, R.Qədirovdan 1 kiloqram heroin və 3 kiloqram 447 qram marixuana, H.Musayevdən isə 495 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Qeyd edək, Abşeron RPİ əməkdaşlarının ilin əvvəlindən narkotiklərlə bağlı keçirdikləri əməliyyatlar zamanı 51 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

  • В Азербайджане в этом году 89 детей возвращены в семьи

    В этом году в Азербайджане 89 детей возвращены из государственных детских учреждений в свои семьи.

    Об этом сообщили в Министерстве труда и социальной защиты населения.

    За указанный период также предотвращена отправка 125 детей в соответствующие учреждения.

  • Nazirlik: Bu il 89 uşaq ailəsinə qaytarılıb

    Bu il 89 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu ilin ötən dövründə 125 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınaraq, onların öz ailələrində saxlanması təmin olunub.