Month: August 2025

  • Şanxayda həkimlər başı bədənindən demək olar ki, qopmuş xəstənin həyatını xilas ediblər

    Şanxayda həkimlər istehsalat zədəsi səbəbindən başı bədənindən demək olar ki, qopmuş adamın həyatını xilas ediblər.

    Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

    Qeyd olunub ki, şəhər sakini robot qolu ilə boyun nahiyəsindən aldığı zərbə nəticəsində xəsarət alıb.

    Həkimlər ona boyun fəqərələrinin “baş və bədənin ayrılmasına” bənzər ciddi yerdəyişməsi, sinir və qan strukturlarının qopması, həmçinin onurğa beyninin əzilməsi diaqnozu qoyublar.

    Kişi iflic keçirib və ürəyi dayanıb, lakin sonradan ürəyin fəaliyyəti bərpa edilib. Əməliyyat üç saat davam edib. Bu müddət ərzində həkimlər nəhəng hematomu çıxarıblar, kəsilmiş boyun fəqərələrini bərpa ediblər və xüsusi polad tutucu bağlayıblar.

    Xəstə artıq özünə gəlib və xəstəxanadan evə buraxılıb. Artıq kişi müstəqil olaraq çiyinlərini və biləklərini hərəkət etdirə bilir.
    //report

  • Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

    Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

    Hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

    Fərdi evdə baş vermiş yanğın zamanı 1959-cu il təvəllüdlü Q.Məmmədəliyev tüstüdən zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

    Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident və birinci xanım Gəncə şəhərində olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.

    Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

    Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.

  • Arif Əbdüloğlu vəfat etdi

    Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı ilə milli ruhu və vətən sevgisini qələmə alan şair, yazıçı və publisist Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) vəfat edib.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, o, ötən gün 86 yaşında dünyasını dəyişib.

    1939-cu ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində anadan olan Arif Əbdüloğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış, universitet qəzetində müxbir kimi fəaliyyətə başlayıb. İlk şeirləri 1960-cı ildə xalq şairi Bəxtiyar Vahabzadənin tərtib etdiyi “Aprel çiçəkləri” almanaxında çap olunub. 1963-cü ildə Zaqatalada çıxan rayonlararası “Qırmızı bayraq” qəzetində işə başlayıb, sonrakı illərdə “Sovet kəndi”, “Həyat” qəzetlərində çalışıb. Arif Əbdüloğlu Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı, cənab Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Uzun illər mətbuatda jurnalist kimi çalışan Arif Əbdüloğlu həm poeziya, həm də publisistika sahəsində özünəməxsus iz qoyub.

    Onun yaradıcılığında vətənə, doğma torpağa bağlılıq, milli dəyərlərə hörmət, insan duyğularının sadə və dərin təzahürləri əsas yer tutur. Xalqın gündəlik həyatını, Azərbaycanın tarixini və ənənələrini şeir və nəsr nümunələrində sevgi və ehtiramla əks etdirən şair, milli ruhun daşıyıcılarından biri kimi ədəbi ictimaiyyətin hörmətini qazanıb.

    Arif Əbdüloğlunun ədəbi irsində oçerklər, publisistik yazılarla yanaşı, poetik nümunələr də mühüm yer tutur. Onun 2019-cu ildə nəşr olunmuş “Vətəndir sevdiyim, sevildiyim yer”, eləcə də 2024-cü ildə işıq üzü görmüş “Bütövləşən vətənim” kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb, xüsusilə Vətən müharibəsi mövzusu, xalq qəhrəmanlarının igidliyi poetik duyğularla tərənnüm edilib.

    Onun yaradıcılığı sadə, anlaşıqlı dili ilə yanaşı, insanlıq, vətənpərvərlik və səmimiyyətin harmoniyasını əks etdirir. Arif Əbdüloğlu yalnız şair deyil, həm də xalqın səsi, milli-mənəvi dəyərlərin qoruyucusu kimi ədəbiyyat tarixində öz layiqli yerini tutub.

  • Задержаны граждане Бангладеш, пытавшиеся пересечь границу Азербайджана с Грузией

    Обеспечение надежной охраны государственной границы Азербайджана и борьба с нелегальной миграцией продолжаются успешно.

    Пресс-центр Государственной пограничной службы (ГПС) распространил соответствующую информацию.

    По данным ведомства, благодаря бдительности пограничного наряда в зоне ответственности пограничного отряда “Загатала” Пограничных войск ГПС были задержаны двое граждан Народной Республики Бангладеш при попытке нарушения государственной границы в направлении Грузии. Нарушителями оказались Мон Пабон Чандра (1985 г.р.) и МД Раджу (2001 г.р.).

    По данному факту продолжаются следственно-оперативные мероприятия.

  • Dövlət sərhədimizi pozmağa cəhd göstərən Banqladeş vətəndaşları SAXLANILDILAR

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində iki nəfər Banqladeş Xalq Respublikası vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Çandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Tramp Meksika ilə sərhəddəki divarın qara rəngə boyanmasını əmr etdi – SƏBƏB

    ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddəki divarın qara rəngə boyanmasını əmr edib ki, o, günəşdə qızsın və qeyri-qanuni mühacirlərin onun üzərinə dırmaşmasının qarşısını alsın.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem məlumat verib.

    Onun sözlərinə görə, Konqres tərəfindən bu yaxınlarda qəbul edilmiş büdcə qanunları sərhəddə tikinti işlərinə əhəmiyyətli maliyyə vəsaiti ayırır. Hər gün qoruyucu sədd demək olar ki, bir kilometr artır.

    Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-də 2016-cı il seçkisində Trampın prezidentlik kampaniyası zamanı verdiyi əsas vədlərdən biridir. Mart ayında vitse-prezident Ceyms Devid Vens onun tikintisinin 2029-cu ildə Trampın ikinci müddətinin sonuna qədər tamamlanacağını bildirib.

  • В Азербайджане за год от пневмонии скончались 425 человек

    В Азербайджане в прошлом году зафиксирован рост заболеваемости пневмонией.

    В ответ на запрос Report в Госкомстате сообщили, что число пациентов, у которых в 2024 году впервые диагностировали пневмонию, составило 64 227 (в 2013 году – 58 507).

    Среди них 32 234 – мужчины и 31 993 – женщины. При этом 13 362 пациента находились в возрасте от 3 до 13 лет, 484 – от 14 до 17 лет, а 11 498 – от 18 до 29 лет, 35 283 человека – 30 лет и старше.

    Число смертей от пневмонии в стране в прошлом году составило 425 (224 – в городской местности, 201 – в сельской) против 445 в 2023 году.

  • Ötən il Azərbaycanda pnevmoniyadan ölən şəxslərin SAYI AÇIQLANIB

    Ötən il Azərbaycanda pnevmoniyaya yoluxmada artım müşahidə olunub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən qeyd edilib.

    Bildirilib ki, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qeydə alınan xəstələrin sayı 64 227 (2023-cü ildə 58 min 507 nəfər) nəfər olub.

    Bundan başqa, həmin şəxslərdən 32 234-ü kişi, 31 993-ü isə qadın olub. Eyni zamanda, xəstələrdən 13 362-si 3-13 yaş, 4 084-ü 14-17 yaş, 11 498-i isə 18-29 yaş aralığında olub. Həmçinin 30 və yuxarı yaşda isə 35 283 nəfər ötən il pnevmoniyaya yoluxub.

    Həmin müddətdə ölkə üzrə pnevmoniyalardan ölənlərin sayı 425 (şəhər yerləri üzrə 224, kənd yerləri üzrə 201) nəfər təşkil edib.

    2023-cü ildə isə ölkə üzrə bütün səbəblərdən ölənlərin ümumi sayı 60 150 nəfər təşkil edib ki, onlardan da 445 nəfəri pnevmoniya xəstəlikləri (ölənlərin ümumi sayına nisbətən 0.7 faiz) səbəbindən olub.

  • Еще один азербайджанец погиб в российско-украинском конфликте – ФОТО

    Еще один азербайджанец погиб в ходе российско-украинского конфликта.

    Как сообщает Unikal, им оказался Руслан Джамалов (1986 г.р.), участвовавший в боевых действиях на стороне России.

    Тело Р.Джамалова было доставлено на родину и похоронено в селе Дашдатюк Лянкяранского района.

    Следует отметить, что родственники разыскивали Руслана Джамалова в течение восьми месяцев. По информации близких, он пропал без вести во время боев в Донецке.

    Напомним, ранее военнослужащий Вооруженных сил Украины азербайджанского происхождения Руслан Алиев (1990 г.р.), погиб 3 мая 2025 года в Волчанске на территории Харьковской области.