Month: August 2025

  • Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı

    Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
    Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür.
    Məlumata görə, ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib. İmtina səbəbləri Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmayan “açık öğretim” təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır.

  • Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum EDİLDİ

    Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, FSB-nin qərarı ilə onun Rusiya pasportu ləğv olunub və ölkəyə girişinə qadağa qoyulub.

  • Kredit kartları azalır, əməliyyatların həcmi artır – Səbəb nədir?

    Son bir ildə ölkədə istifadədə olan kredit kartlarının sayı 6,9% və ya 156 567 ədəd azalaraq 2 118 498-a enib.

    Bu göstəricilər Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın verdiyi rəsmi açıqlamaya əsasən hazırladığı təhlildə öz əksini tapıb.

    Lakin bu kredit kartları ilə aparılan əməliyyatların həcmi isə cari ilin birinci yarısında rekord həddə çatıb. Cari ilin yanvar-iyun aylarında kredit kartları ilə aparılan əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% və ya 0,99 milyard manat artaraq 4,94 milyard manata çatıb. Qeyd edək ki, ötən ilin birinci yarısında bu göstərici 3,95 milyard manata bərabər olub.

    Aparılan təhlildən məlum olur ki, son bir ildə kredit kartlarının sayında azalma baş verib. Bu, hansı amillərlə bağlı ola bilər?

    Valyuta.az-ın sualını cavablandıran ekspert Əkrəm Həsənov bildirib ki, bunun əsas səbəbi insanların daha çox tək kredit kartından istifadə etməsidir:

    “Əvvəllər insanlar bir neçə bankdan kredit kartı götürürdü. İndi isə bir bankdan daha çox limiti olan kart götürməyə üstünlük verirlər. Bəzən isə bunu elə vətəndaşlara bank özü təklif edir. Bu zaman bank müştəriyə həm də kredit kartlarında daha çox limit, daha sərfəli faiz təklif edir. Buna görə də kredit məbləğləri artır, amma kredit kartlarının sayı azalır. Əsas səbəblərdən biri kimi bunu göstərmək olar”.

    “Banklar hansı müştəriyə daha çox limit ayırır?” sualına cavab olaraq isə ekspert bildirib ki, banklar sistemdən müştəri portfelinə baxırlar.

    Bir neçə kredit kartı olan, ödənişini gecikdirməyən müştərilərə daha çox limiti olan kredit kartı ayırırlar.

  • Tramp Zelenski və Avropa liderləri ilə görüşdən dərhal sonra Putinə zəng edəcək

    ABŞ administrasiyasının rəhbəri Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski və Avropa ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlərin nəticələri barədə məlumatlandırmaq niyyətindədir.

    Bunu Tramp ukraynalı həmkarı ilə Oval kabinetdə keçirilən görüş zamanı bildirib.

    “Bugünkü görüşlərdən dərhal sonra telefon danışığımız olacaq”, – Tramp jurnalistlərə Rusiya prezidenti ilə münasibətlərindən danışarkən qeyd edib.

    Trampın sözlərinə görə, Putin görüşdən sonra onun zəngini gözləyir.

  • Зеленский назвал условие для проведения выборов в Украине

    Украинский лидер Владимир Зеленский выразил готовность провести в стране президентские выборы.

    Как сообщает Median.Az, об этом он заявил на встрече с американским коллегой Дональдом Трампом в Белом доме.

    По словам Зеленского, для этого нужно прекращение боевых действий.

    “Надо сделать это в ситуации, когда у нас будет обеспечена безопасность. Нам нужно перемирие, чтобы провести открытые демократические выборы”, – подчеркнул президент Украины.

  • Zelenski Ukraynada prezident seçkisinin keçirilməsi şərtini açıqladı

    Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkisi keçirməyə hazır olduğunu bildirib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə danışıb.

    Zelenskinin fikrincə, seçkini təşkil etmək üçün döyüş əməliyyatlarının dayandırılması vacibdir.

    “Biz bunu təhlükəsiz şəraitdə etməliyik. Açıq və demokratik seçki keçirmək üçün atəşkəs olmalıdır”, – Ukrayna prezidenti vurğulayıb.

  • Azərbaycanın iki güləşçisi dünya çempionatında bürünc medal qazanıb

    Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

    70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.

    125 kq çəki dərəcəsində çıxış edən Yusuf Dursunov isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.

    Qeyd edək ki, mundial avqustun 24-də yekunlaşacaq.

  • В Азербайджане произошло землетрясение

    В Тертерском районе, в 32 км к северу от сейсмостанции “Барда”, произошло землетрясение магнитудой 3.1.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы.

    Согласно данным, очаг стихии залегал на глубине 3 км.

    Сила ощущавшихся толчков достигала 3 баллов.

  • Azərbaycanda zəlzələ oldu

    Bərdə stansiyasından 32 kilometr şimalda, Tərtər rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    3,1 maqnitudalı zəlzələ üç kilometr dərinlikdə baş verib.

    Yeraltı təkanlar 3 bala qədər hiss olunub.

  • Госагентство по туризму отреагировало на инцидент на Аллее шехидов – Видео

    Действия иностранцев, снимавших неэтичные видео на Аллее шехидов в Баку, вызвали широкие обсуждения в социальных сетях.

    Несмотря на то, что правоохранительные органы уже приняли необходимые меры в отношении этих лиц, подобные инциденты не только вызывают общественное недовольство, но и расцениваются как проявление неуважения к национально-духовным ценностям Азербайджана.

    В Государственном агентстве по туризму Азербайджана в связи распространенными кадрами заявили, что во время регулярно проводимых тренингов туристическим компаниям и гидам рекомендуется предоставлять иностранным гражданам, прибывающим в нашу страну, как туристическую информацию, так и подробные сведения о национально-духовных ценностях, местном законодательстве и правилах общественного поведения, которые требуют уважительного отношения.

    Подробнее – в сюжете Baku TV: