Month: August 2025

  • Руководитель сайта задержан по подозрению в вымогательстве – ФОТО

    Задержан руководитель saat24.az Джошгун Абдуллаев.

    Ранее судимый Дж.Абдуллаев и житель Зардабского района Натиг Имамалиев были задержаны сотрудниками полиции по подозрению в вымогательстве у гражданина денежных средств путем угроз распространения порочащей его информации.

    По данному факту возбуждено уголовное дело, продолжаются следственные действия.

    Пострадавшие от противоправных действий указанных лиц могут сообщить об этом в полицию.

  • Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutuldu – FOTO

    “Saat24.az” saytının rəhbəri Coşqun Abdullayev tutulub.

    Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulublar.

    Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

    Bu şəxslərin əməllərindən zərərçəkənlər polisə məlumat verə bilərlər.

  • Трамп: Алиев и Пашинян – мои хорошие друзья – ФОТО

    Президент Азербайджана Ильхам Алиев и премьер-министр Армении Никол Пашинян – мои хорошие друзья.

    Об этом написал президент США Дональд Трамп в социальной сети Truth Social.

    “Для меня было большой честью находиться с премьер-министром Армении Николом Пашиняном и Президентом Азербайджана Ильхамом Алиевым, когда мы подписали мирный договор после десятилетий войны и человеческих жертв. Это два замечательных человека и великие лидеры. Теперь они мои хорошие друзья!” – говорится в публикации.

  • Donald Tramp: “İlham Əliyev və Nikol Paşinyan mənim yaxşı dostlarımdır” – FOTO

    “Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mənim yaxşı dostlarımdır”.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

    “Onillərlə davam edən müharibə və insan ölümündən sonra sülh müqaviləsi imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birlikdə olmaq mənim üçün böyük şərəf idi. Onlar həm möhtəşəm insanlar, həm də böyük liderlərdir. İndi onlar mənim yaxşı dostlarımdır!” – paylaşımda deyilir.

  • Ален Симонян обратился к молодому поколению в связи с мирным соглашением с Азербайджаном

    Спикер парламента Армении Ален Симонян обратился к молодому поколению с посланием, подчеркнув историческую важность подписанного мирного соглашения с Азербайджаном.

    Об этом он написал на своей странице в Facebook.

    “Мирное соглашение, подписанное между Арменией и Азербайджаном, открывает перед нашей страной большие возможности и широкие двери для укрепления экономики, развития образования и укрепления безопасности. Ваше поколение станет величайшим строителем и хранителем прочного мира. Верю, что вместе мы построим безопасную, справедливую и процветающую Армению, где вы сможете осуществить свои мечты без ограничений, неопределённости и страха”, – подчеркнул он.

  • Ermənistan parlamentinin sədri: “Azərbaycanla imzalanan sülh sazişi gənclər üçün geniş qapılar açır”

    Ermənistan parlamentinin spikeri Alen Simonyan gənc nəslə müraciət edərək Azərbaycanla imzalanmış sülh sazişinin tarixi əhəmiyyətini vurğulayıb.

    Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

    O, müqavilənin gənclər üçün yeni perspektivlər açdığını vurğulayıb.

    “Ermənistan və Azərbaycan arasında imzalanan sülh sazişi ölkəmiz üçün iqtisadiyyatın gücləndirilməsi, təhsilin inkişafı və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində böyük imkanlar və geniş qapılar açır. Sizin nəsliniz davamlı sülhün ən böyük qurucusu və qoruyucusu olacaq. İnanıram ki, birlikdə məhdudiyyətlər, qeyri-müəyyənlik və qorxu olmadan arzularınızı həyata keçirə biləcəyiniz təhlükəsiz, ədalətli və çiçəklənən Ermənistan quracağıq”, – deyə o bəyan edib.

  • В Баку арестована женщина-водитель, совершившая автохулиганство на мотоцикле – Видео

    В результате мероприятий, проведенных сотрудниками Управления Государственной дорожной полиции города Баку, была задержана водитель мотоцикла Фидан Багирли, которая систематически нарушала правила дорожного движения на территории столицы, создавая реальную угрозу для здоровья других участников движения.

    Об этом сообщили в управлении.

    В отношении водителя был составлен административный протокол по соответствующим статьям Кодекса Азербайджанской Республики об административных проступках и направлен в суд для рассмотрения.

    Решением суда право управления транспортным средством Ф.Багирли ограничено сроком на 1 год, и она подвергнута административному аресту на 15 суток.

  • Bakıda motosikletlə avtoxuliqanlıq edən xanım sürücü həbs edildi – Video

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Fidan Cəfər qızı Bağırlı saxlanılıb.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat yayıb.

    Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə F.Bağırlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

  • Пезешкиан поручил отменить запреты на тюркские имена – ФОТО

    Президент Ирана Масуд Пезешкиан отреагировал на кампанию “Имя моего ребёнка”, начатую в связи с ограничениями на тюркские имена в ИРИ.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    По информации, Пезешкиан, учитывая петицию с 15 761 подписью, дал распоряжение Управлению государственной регистрации граждан изучить и устранить запреты, связанные с именами.

    Напомним, что некоторое время назад среди азербайджанских тюрков возникла проблема с официальным признанием тюркских имён для детей. В связи с этим граждане запустили кампанию “Имя моего ребёнка” и направили открытое письмо президенту Масуду Пезешкиану, министру внутренних дел и спикеру парламента.

    Организаторы отмечают, что цель кампании – изменить статью 20 закона Ирана “О регистрации актов гражданского состояния”.

  • Pezeşkian türk adları ilə bağlı qadağaların aradan qaldırılmasını tapşırdı – FOTO

    İranda uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərlə bağlı başlanılan “Balamın adı” kampaniyasına İran Prezidenti Məsud Pezeşkian reaksiya verib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Məlumata görə, M.Pezeşkian 15 761 nəfərin imzaladığı petisiyanı nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı qoyulan qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.

    Xatırladaq ki, bir müddət öncə Azərbaycan türkləri arasında uşaqlara türk adlarının verilməsinin rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı. Bu səbəblə vətəndaşlar “Balamın adı” kampaniyasına start verərək, Prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.

    Təşkilatçılar bildirirlər ki, məqsəd İran qanunvericiliyinin “Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinin dəyişdirilməsidir.