Month: August 2025

  • İranda son bir ayda azı 160 məhbus edam olunub

    İranda son bir ayda azı 160 məhbus edam olunub.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) aylıq hesabatına istinadla xəbər verib.

    Bildirilib ki, edam olunanlardan üçünün hökmü ictimaiyyətin gözü qarşısında icra olunub.

    Hesabatda bildirilib ki, bu müddətdə daha 16 nəfər ölümə məhkum edilib, İran Ali Məhkəməsi isə dörd məhbusun hökmünü qüvvədə saxlayıb.

    Qeyd olunub ki, ilin əvvəlindən bu günə qədər edam edilənlərin kimliyi bəlli olanların sayı 818 nəfərə çatıb, onlardan 21-i qadındır.

  • Ağstafada “Prado” aşdı – Ölən var

    Ağstafada minik maşını aşıb, sürücü ölüb.

    Hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Prado” markalı minik maşını aşıb.Qəza zamanı 2002-ci il təvəllüdlü A.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

    Fakt araşdırılır.
    //unikal.az

  • Вынесен приговор мужчине, принуждавшему сироту к попрошайничеству в Баку

    В Баку вынесен приговор мужчине, который на протяжении нескольких месяцев эксплуатировал ребенка, оставшегося без попечения родителей.

    Как передает Median.Az со ссылкой на modern.az, мужчина по имени Ильгар с сентября 2023-го по январь 2024 года удерживал под своим контролем Нихада (имя изменено, 2017 г.р.), лишенного родительской опеки, и принуждал его попрошайничать на улицах.

    По данным следствия, Ильгар забрал мальчика в сентябре 2023 года прямо с улицы в поселке Гарачухур. Преступник держал ребенка в своем доме и оказывал на него психологическое давление, угрожая и запугивая с целью принуждения к попрошайничеству.

    Он ежедневно требовал от ребенка приносить от 30 до 120 манатов. За невыполнение установленных “заданий” мальчик подвергался жестоким избиениям и пыткам – Ильгар неоднократно прижигал тело ребенка окурками сигарет.

    В своих показаниях в суде мальчик рассказал, что был вынужден отдавать все заработанные деньги Ильгару, а при любых попытках сопротивления подвергался физическому насилию. Свидетели происшествия подтвердили, что неоднократно видели, как ребенок подходил к автомобилям, просил деньги, а затем передавал их Ильгару. Некоторые водители в своих показаниях отметили, что мальчик просил о помощи, говоря: “Дядя Ильгар меня побьет”.

    Спасение пришло в январе 2024 года, когда Нихад, попрошайничавший у светофора возле магазина в поселке Забрат Сабунчинского района, умолял одного из водителей о помощи. Неравнодушный гражданин немедленно сообщил в полицию, после чего в результате оперативных мероприятий ребенок был помещен в приют.

    Обвиняемый не признал свою вину, утверждая, что просто жил на съемной квартире и его попросили присмотреть за ребенком. Однако суд, основываясь на показаниях свидетелей, результатах полицейского расследования и заключениях экспертизы, признал его вину полностью доказанной.

    Ильгар был приговорен к 7 годам и 6 месяцам лишения свободы по статье 144-2.2.3 (принудительный труд в отношении несовершеннолетнего) Уголовного кодекса Азербайджана.

  • Küçədən tapdığı səkkiz yaşlı uşağı zorla diləndirdi: Məhkəmədən AĞIR CƏZA

    Bakıda valideyn himayəsindən məhrum edilən azyaşlını zorla diləndirən şəxsə hökm oxunub.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, İlqar adlı şəxs 2017-ci il təvəllüdlü, valideyn himayəsindən məhrum qalan Nihadı (ad şərtidir – red.) 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək nəzarəti altında saxlayaraq küçələrdə dilənməyə məcbur edib.

    Məlumata görə, İlqar azyaşlını 2023-cü ilin sentyabrında Qaraçuxur qəsəbəsində küçədən apararaq evində saxlayıb və onu dilənçiliyə məcbur etmək üçün hədə-qorxu ilə psixoloji təzyiq göstərib.

    Uşaqdan gündə 30-120 manat arası pul tələb edən İlqar verdiyi “tapşırıqları” eləmədiyi üçün azyaşlını döyüb, siqaret kötüyü ilə yandıraraq işgəncə verib.

    Azyaşlı məhkəmədə ifadəsində bildirib ki, qazandığı bütün pulları İlqar əlindən alıb, müqavimət göstərdikdə isə döyülüb. Hadisənin şahidləri də uşağın dəfələrlə avtomobillərə yaxınlaşıb pul istədiyini, sonra isə həmin pulları İlqara verdiyini təsdiqləyiblər. Bəzi sürücülər isə uşağın “İlqar əmi məni döyəcək” deyə kömək istədiyini ifadələrində qeyd ediblər.

    2024-cü ilin yanvarında Sabunçu rayonu, Zabrat qəsəbəsində marketin qarşısındakı işıqforun yanında dilənən Nihad sürücülərdən birinə kömək üçün yalvarıb. Həmin şəxs dərhal polisə məlumat verib və bundan sonra əməliyyat tədbirləri nəticəsində azyaşlı sığınacağa yerləşdirilib.

    Tofiq isə ittihamı qəbul etməyərək, sadəcə kirayədə yaşadığını və uşağa nəzarət etməyi xahiş olunduğunu deyib. Lakin məhkəmə şahid ifadələri, polis araşdırması və ekspertiza rəylərini əsas götürərək onun günahını sübuta yetirilmiş hesab edib.

    İlqar Cinayət Məcəlləsinin müvafiq maddəsi (144-2.2.3 – məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Ramil Səfərovun həyat yoldaşı vəzifəsindən ayrıldı

    Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri Şəbnəm Səfərova işindən ayrılıb.

    Modern.az-ın məlumatına görə, polkovnik-leytenantı Ramil Səfərovun həyat yoldaşı universitetdəki fəaliyyətini sonlandırıb.

    O, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışırdı.

    Şəbnəm Səfərova işdən ayrılma səbəbi hələlik məlum deyil.

    Qeyd edək ki, Ş. Səfərova bu vəzifəyə 2023-cü il yanvar ayında təyin edilib.

  • Təhlükəli virus Avropaya yayılır

    Qərbi Nil virusu və çikungunya da daxil olmaqla ağcaqanadlarla ötürülən xəstəliklər Avropada arta bilər.

    Bu barədə “Euronews” məlumat yayıb.

    Qeyd olunub ki, iqlim dəyişikliyi riskləri artırır.

    Avropa səhiyyə orqanları xəbərdarlıq edib ki, 2025-ci ilin yayında ağcaqanadlarla yoluxan xəstəliklərin rekord artımı müşahidə oluna bilər. Qərbi Nil virusu və çikungunya ən çox narahatlıq doğurur.

    Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, Avropada ağcaqanad mövsümü daha uzun və daha intensiv xarakter alır. Bu, orta temperaturun yüksəlməsi, qışın mülayim keçməsi və yağıntıların dəyişməsi – ağcaqanadların çoxalması və daşıdıqları xəstəliklərin yayılması üçün əlverişli şərait yaradan amillərlə bağlıdır.

    Səhiyyə və iqlim ekspertləri deyirlər ki, iqlim dəyişikliyi ağcaqanadlarla yoluxan xəstəliklərin Avropada endemik halına gəlməsinə səbəb ola bilər.

    Agentlik bildirib ki, 2025-ci ildə Avropada 27 çikungunya epidemiyası qeydə alınıb ki, bu da qitə üçün rekord göstəricidir. Bundan əlavə, Qərbi Nil virusuna 335 yoluxma halı qeydə alınıb ki, bu da son üç ilin ən yüksək səviyyəsidir. Statistikaya həm Avropa İttifaqı, həm də kontinental Avropanın bir sıra digər ölkələri daxildir.
    //unikal.az

  • Qubada dağlıq ərazidə yanğın başlayıb

    Quba rayonu, Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

  • “Qalatasaray”la “Spartak” razılaşdı: Kolumbiyalı Moskvaya köçür

    “Qalatasaray”ın mərkəz müdafiəçisi Karlos Kuesta Moskva “Spartak”ına keçmək üzrədir.

    Median.Az “Atençao, Vascaínos” saytına istinadən xəbər verir ki, klubların nümayəndə heyətləri transferin bütün təfərrüatları ilə bağlı tam razılığa gəliblər və müqavilə bağlayıblar.

    Mənbənin məlumatına görə, futbolçunun transferi həll olunmuş hesab edilir. O, gələcəyini və Rusiyada oynamaq istəyini dəqiq müəyyən edib. O da bildirilir ki, indi kolumbiyalı ilə maraqlanan “Vasko da Qama” müdafiənin mərkəzini gücləndirmək üçün başqa namizədlər axtaracaq.

    Daha əvvəl mətbuatda Rusiya klubunun 26 yaşlı futbolçu üçün sabit məbləğ olaraq 6.5 milyon avro ödəyəcəyi, “Qalatasaray”ın isə daha 2 milyon avro mükafat ala biləcəyi barədə məlumatlar yayılmışdı.

  • BDU-ya qəbul olanların qeydiyyatı bu tarixdə başlayacaq

    Avqustun 28-də Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

    BDU-nun mətbuat xidmətindən bildirilib ki, abituriyentlər portal.edu.az platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

    Elektron sistem üzrə qeydiyyat sentyabrın 8-də saat 18:00-da başa çatacaq.

    Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan abituriyentlər tələbələr sırasına qəbul edilməyəcəklər.

  • Азербайджан, Туркменистан и Узбекистан укрепляют стратегическое партнерство

    Азербайджан, Туркменистан и Узбекистан подтверждают незыблемость долгосрочного курса на всемерное укрепление стратегического партнерства, которое служит обеспечению мира, стабильности и укреплению доверия и взаимопонимания в региональном и глобальном масштабах.

    Как сообщает Report, об этом говорится в совместном заявлении президентов Азербайджана Ильхама Алиева, Узбекистана Шавката Мирзиёева и председателя Халк Маслахаты Туркменистана Гурбангулы Бердымухамедова, принятого по итогам трехстороннего саммита в Туркменбаши 22 августа.

    В документе, опубликованном на сайте МИД Туркменистана, отмечается, что сотрудничество будет продолжено в духе уз многовековой дружбы, добрососедства и взаимной поддержки трех народов.

    Стороны подчеркнули важность поддержания тесных контактов на высшем и высоком уровнях, взаимодействия во внешнеполитической деятельности трех стран и углубления сотрудничества в области совместного противостояния современным вызовам и угрозам.

    Лидеры также согласились продолжить укреплять взаимодействие между государствами в рамках международных и региональной организаций, в частности ООН.