Month: October 2025

  • Xankəndidə ƏMƏLİYYAT: Qayınata, qayın və kürəkən saxlanıldılar

    Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman “Mercedes-Benz” markalı avtomobildə sərnişin qismində olan A.Qəhrəmanovdan bir ədəd AK markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb.

    O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.

    Araşdırmalar zamanı A.Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə yerləşən restoranların birində çalışan qayınatası, 1959-cu il təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə etdiyi müəyyən olunub.

    Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən növbəti tədbirlərlə həmin şəxslərin işlədikləri restorandan əlavə bir ədəd AK markalı avtomat silah, iki ədəd “Makarov” markalı tapança və 30 ədəd patron aşkarlanaraq götürülüb.

    N.Həsənov və M.Həsənov ifadələrində qanunsuz saxladıqları odlu silah-sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər.

    Tədbirlərin davamı olaraq A.Qəhrəmanovun daha əvvəl M.Həsənovla birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb.

    Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi bir ədəd atəşə yararlı CZ markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb.

    Bundan başqa, A.Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə baxış zamanı bir ədəd pnevmatik tapança da aşkarlanıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

  • По факту смерти военнослужащего возбуждено уголовное дело

    По факту смерти военнослужащего возбуждено уголовное дело.

    Об этом сообщили в Военной прокуратуре.

    Согласно предоставленной информации, по факту смерти 5 октября 2025 года военнослужащего N-ской воинской части Министерства обороны Али Рамин оглу Ибрагимли сотрудниками Военной прокуратуры проведены соответствующие осмотры, назначена экспертиза с целью установления причины смерти, а также выполнены другие необходимые процессуальные действия.

    По данному факту возбуждено уголовное дело, в настоящее время ведется следствие.

  • Əsgərin ölüm faktı üzrə cinayət işi BAŞLANILDI

    Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb.

    Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

    Verilən məlumata əsasən, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əli Ramin oğlu İbrahimlinin 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında Hərbi Prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.

    Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.

  • BMT sülhməramlıların 25 faizini ixtisar edir

    BMT sülhməramlı əməliyyatlarda iştirak edən kontingenti təxminən 25 faizini azaltmağı planlaşdırır.

    Median.Az TASS-a istinadla məlumat verir ki, bu barədə təşkilatın yüksək vəzifəli rəsmisi bəyan edib.

    Onun sözlərinə görə, buna səbəb təşkilatın kifayət qədər maliyyələşdirilməməsidir.

    “Bəzi dövlətlər tərəfindən ödənişlərin gecikdirilməsi və olmaması sülhməramlı missiyaların öz fəaliyyətini həyata keçirmək qabiliyyətini birbaşa təhlükə altına alır”, – deyə mənbə bildirib.

    Təxmini hesablamalara görə ümumilikdə 13-14 min sülhməramlı missiya iştirakçısı ixtisara düşəcək.

    Qeyd edək ki, BMT bir sıra ölkələrin üzvlük haqlarını ödəməməsi səbəbindən ciddi büdcə kəsiri ilə üzləşib. Bu ölkələr arasında BMT-nin ən böyük donoru olan ABŞ da var, onun borcu 3 milyard dollar civarındadır.

  • İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

    “Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

    İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir.

    Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur.

    Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn edilmişlər.

    2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması böyük tarixi hadisə olmaqla, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün yeni imkanlar yaradır. Sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir.

    Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir. Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır.

    Əminəm ki, bu konfrans çərçivəsində keçiriləcək müzakirələr itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

    Bir daha sizi salamlayır və konfransın işinə uğurlar arzulayıram”.

  • 1988 ailə kirayə üsulu ilə mənzil sahibi olub

    2025-ci il oktyabrın 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 8245 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunların da 1988-i cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür.

    Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 58 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

    Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.

    Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb

  • Şimali koreyalı hakerlər 2025-ci ildə rekord vurdu: 2 milyardlıq kriptovalyuta oğurlandı

    “Elliptic” blokçeyn analiz şirkəti bildirib ki, Şimali Koreya hökuməti adından fəaliyyət göstərən haker qrupları təkcə 2025-ci ildə 2 milyard dollardan çox kriptovalyuta ələ keçirib.

    Bu göstərici indiyədək qeydə alınmış ən yüksək illik məbləğ hesab olunur və ilin bitməsinə hələ üç ay qalmış bu səviyyəyə çatılıb.

    Şirkətin hesabatına görə, bu məbləğ 2025 boyunca həyata keçirilən 30-dan çox kiberhücum nəticəsində formalaşıb.

    “Elliptic”in məlumatına əsasən, əvvəlki rekord 2022-ci ildə qeydə alınıb və həmin vaxt Şimali Koreyalı hakerlər 1,35 milyard dollar dəyərində kriptovalyuta oğurlamışdılar. Şirkət hesab edir ki, 2017-ci ildən bəri Pxenyan rejimi ümumilikdə azı 6 milyard dollarlıq rəqəmsal aktiv ələ keçirib.

    Lakin hesabatda qeyd olunur ki, bu rəqəm böyük ehtimalla daha yüksəkdir, çünki bəzi hücumların Şimali Koreya ilə birbaşa əlaqəsini sübut etmək çətindir və bir çox hadisə hələ də rəsmi şəkildə qeydə alınmayıb.

    Əvvəllər əsasən kriptovalyuta birjalarına yönələn hücumlar, indi yüksək məbləğdə rəqəmsal sərvətə sahib fərdi istifadəçiləri də hədəfə alır.

    “Elliptic” bildirir ki, 2025-ci ildəki hücumların böyük hissəsi sosial mühəndislik üsulları ilə həyata keçirilib: “Hakerlər texnoloji boşluqlardan çox, insanları aldatmaq və manipulyasiya etmək yolu ilə hesab məlumatlarına daxil olurlar”.

    Bu da kripto təhlükəsizliyində ən zəif halqanın artıq texnologiya deyil, insan amili olduğunu göstərir.

    “Elliptic”in təxminləri digər beynəlxalq hesabatlarla da üst-üstə düşür. BMT Təhlükəsizlik Şurası 2017–2023-cü illər arasında Şimali Koreyalı hakerlərin ümumilikdə 3 milyard dollarlıq kriptovalyuta oğurladığını açıqlamışdı.

    2024-cü ildəki 742,8 milyon dollarlıq və 2025-ci ildəki 2 milyard dollarlıq oğurluqlar da əlavə olunduqda, ümumi məbləğ təxminən 6 milyard dollara çatır.

    Yaponiya, Cənubi Koreya və ABŞ hökumətləri də 2024-cü ildə Şimali Koreya mənşəli hakerlərin 659 milyon dollardan artıq kriptovalyuta oğurladığını açıqlamışdı.

    BMT-nin hesabatına görə, Kim Çen In rəhbərliyindəki rejim bu qeyri-qanuni qazancı nüvə silahı proqramının maliyyələşdirilməsi üçün istifadə edir.

    2025-ci ildəki rekordun əsas səbəbi “Bybit” adlı kriptobirjadan oğurlanan 1,4 milyard dollarlıq vəsaitdir. ABŞ Federal Təhqiqat Bürosu (FBI) və müstəqil blokçeyn tədqiqatçıları bu hücumun da arxasında Şimali Koreyanın olduğunu təsdiqləyiblər.

    Eyni haker qrupları daha əvvəl də “Axie Infinity” (625 milyon dollar, 2022), “Harmony” (100 milyon dollar, 2022) və “WazirX” (235 milyon dollar, 2024) kimi platformalara hücum etmişdi.
    //valyuta.az

  • “WhatsApp” statuslarına sual-cavab funksiyası gəlir – Necə işləyəcək?

    “WhatsApp” statuslarına sual-cavab funksiyası gəlir.

    “WhatsApp” Android üçün təqdim etdiyi yeni yeniləmə ilə “Status Questions” funksiyasını istifadəyə verib. Bu xüsusiyyət sayəsində istifadəçilər statuslarına sual qutusu əlavə edə və izləyicilərdən cavablar ala biləcəklər.

    Hər statusda yalnız bir sual yerləşdirmək mümkündür, cavablar isə yalnız statusu paylaşan şəxsə görünəcək. Cavablar ayrıca “sual-cavab” bölməsində toplanacaq və istifadəçi onları yeni status kimi paylaşa və ya silə biləcək.

    Şirkət bildirib ki, bütün cavablar end-to-end şifrələmə ilə qorunur, yəni cavab verənin kimliyi gizli qalır. Yeni funksiya WhatsApp statuslarını daha interaktiv və dinamik edir.
    //valyuta.az

  • Polkovnik-leytenantın oğlunu öldürməkdə şübhəli bilinən şəxs polisə təslim oldu

    Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.

    Oxu.Az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R.Cəfərov polisə gedərək ifadə verib.

    Qeyd edək ki, Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.

    Öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb

  • “Şahdağ Mehmanxana”da yoxlama: Qanunsuzluqlar aşkarlandı, sanksiyalar tətbiq edildi

    “Şahdağ Mehmanxana” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) operativ vergi nəzarəti keçirilib.

    Qaynarinfo-nun məlumatına görə, yoxlama zamanı POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi barədə iki AKT-a əsasən, 2000 manat maliyyə sanksiyası tətbiq edilib.

    Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən, 126.94 manat maliyyə sanksiyası tətbiq olunub.

    “Şahdağ Mehmanxana”sında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında AKT-a əsasən isə 2000 manat maliyyə sanksiyası tətbiq edilib.

    Qeyd edək ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə vergi uçotuna alınan şirkətin qanuni təmsilçisi Rəhmanlı Qəmbər Aydın oğludur. Rəhman Qəmbərov “Baku Holiday” MMC, “Bright Solutions” MMC, “Aqrolayn Qrup” MMC, “A ənd J Holding” MMC-nin də qanuni təmsilçisidir.