Month: November 2025

  • В Нахчыванской АР упразднен ряд госструктур

    Реорганизованы региональные отделения Министерства культуры Нахчыванской Автономной Республики.

    Как сообщает Median.Az со ссылкой на modern.az, упразднены районные (городские) управления и отделы ведомства.

    Согласно новому распоряжению, созданы региональные управления Минкультуры.

    Отныне у министерства будет всего три региональных управления культуры.

    Так, на базе Нахчыванского городского управления культуры, Бабекского и Шахбузского районных отделов культуры создано Нахчыванское региональное управление культуры, на базе Кенгерлинского и Садаракского районных отделов культуры – Шарурское региональное управление культуры, на базе Ордубадского и Джульфинского районных отделов культуры – Джульфинское региональное управление культуры.

  • Naxçıvanda bəzi dövlət qurumları LƏĞV EDİLDİ

    Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub.

    Yeni sərəncama əsasən, nazirliyin regional mədəniyyət idarələri yaradılıb.

    Bundan sonra nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq.

    Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək və Şahbuz Rayon Mədəniyyət şöbələrinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi, Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında isə Culfa Regional Mədəniyyət İdarəsi yaradılıb.

  • На шоссе Баку – Сумгайыт создается новая автобусная полоса – Видео (Обновлено)

    На участке Московского проспекта от спуска в направлении бакинского поселка Баладжары до улицы Хамдама Агаева создана специальная полоса движения, которая соединена с уже существующей выделенной полосой.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA).

    По данным структуры, ранее на этом участке регулярно наблюдались транспортные заторы.

    “Хотя автобусы регулярных маршрутов могли беспрепятственно двигаться по выделенной полосе от станции метро “20 Января” до участка дороги, известного как Шамахинка, на отрезке от Шамахинки до Баладжары автобусной полосы не существовало. Из-за этого возникали серьезные задержки и увеличивалось время в пути.

    По указанному участку дороги ежедневно будет перевозиться более 90 000 пассажиров. Благодаря специальной полосе движения будет обеспечено комфортное и беспрерывное движение недавно введенных в эксплуатацию 18-метровых крупногабаритных автобусов маршрута №500″.

    * * * * *

    На шоссе Баку – Сумгайыт создается новая автобусная полоса.

    Соответствующие кадры опубликованы в социальных сетях.

    Поделившийся видео пользователь отметил, что новая полоса охватывает участок дороги от территории, называемой “Шамахинка”, до поста экологического контроля Главного управления Государственной дорожной полиции.

    В связи с этим направлен запрос в соответствующую структуру.

  • Bakı-Sumqayıt yolunda çəkilən yeni avtobus zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA – Video (Yenilənib)

    Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılaraq mövcud zolaqla birləşdirilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu:

    “Müntəzəm marşrut avtobusları metronun “20 Yanvar” stansiyası istiqamətindən “Şamaxinka” adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, “Şamaxinka”dan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

    Sözügedən yol sahəsindən gündəlik 90 000-dən çox sərnişin daşınacaq. Xüsusi hərəkət zolağı sayəsində yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların rahat və fasiləsiz hərəkəti təmin ediləcək”.

    * * * * *

    Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkilir.

    Bu barədə görüntülər sosial mediada paylaşılıb.

    Paylaşımı edən şəxs bildirib ki, yeni zolaq “Şamaxinka” adlanan ərazidən Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postuna qədər olan yolu əhatə edir.

    Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

    Sözügedən görüntünü təqdim edirik:
    //oxu.az

  • VI Игры исламской солидарности: сегодня азербайджанские спортсмены выступят в шести видах спорта

    В столице Саудовской Аравии Эр-Рияде продолжаются VI Игры исламской солидарности. Сегодня представители Азербайджана выступят в шести видах спорта.

    Наши спортсмены продемонстрируют свое мастерство в карате, настольном теннисе, муай-тай, тяжелой атлетике, волейболе и плавании.

    Отметим, что Азербайджан на Играх представляют 179 спортсменов, соревнующихся в 20 видах спорта.

    Церемония закрытия Исламиады состоится 21 ноября.

  • VI İslam Həmrəyliyi Oyunları: İdmançılarımız bu gün altı növdə mübarizə aparacaqlar

    Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri altı idman növündə çıxış edəcəklər.

    Median.Az xəbər verir ki, idmançılarımız karate, stolüstü tennis, muaytay, ağırlıqqaldırma, voleybol və üzgüçülükdə qüvvələrini sınayacaqlar.

    Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

  • Azyaşlının ölümünə səbəb olan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR AÇIQLANDI

    Ali Məhkəmədə avtomobillə ana və oğlunu vurmaqda təqsirləndirilən Xızı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

    Xatırladaq ki, hadisə ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.

    Belə ki, Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimov idarə etdiyi “Ford Mustang” markalı avtomobili ilə 1990-cı il təvəllüdlü Qənirə Rasim qızı Əhmədovanı və onun 6 yaşlı övladı Murad Abbas oğlu Əhmədovu vurub. Nəticədə uşaq ölüb.

    Telman Kərimovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xətai Rayon Məhkəməsinin hökmü ilə polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs olunub. 28 yaşlı Telman Kərimovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib. Bakı Apellyasiya Məhkəməsi Telman Kərimovun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib və təmin olunmayıb.

    Qeyd edək ki, Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi “Ford Mustang” markalı avtomobil idman avtomobilidir. Telman Kərimov hadisədən sonra polis orqanlarından kənarlaşdırılıb.

  • Минздрав проверил стомклиники: в 72 выявлены недостатки

    Центр аналитической экспертизы (ЦАЭ) Министерства здравоохранения Азербайджана с января по октябрь текущего года провел проверки в 78 стоматологических клиниках, в 72 из них были выявлены недостатки.

    Об этом в ответ на запрос Report сообщили в ЦАЭ.

    Из вскрывшихся фактов нарушений 33 были связаны с условиями лицензирования, 15 – с работой и деятельностью без лицензии, восемь – с работой и деятельностью, выходящими за рамки лицензии, девять – с осуществлением частной медицинской деятельности без сертификата, два – с осуществлением частной медицинской деятельности без лицензии и сертификата, пять – с осуществлением частной медицинской деятельности без сертификата и вне рамок лицензии.

  • Bu ilin 10 ayında 78 stomatoloji klinikada yoxlama keçirilib, 72-sində nöqsanlar aşkarlanıb

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-sində müxtəlif nöqsanlar aşkar edilib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

    Bildirilib ki, nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, səkkizi lisenziyadan kənar iş və fəaliyyət, doqquzu sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, ikisi lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğulolma faktı, beşi isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğulolma faktı üzrə aşkarlanıb.

  • Внесены изменения в зарплаты военнослужащих Минобороны Азербайджана

    Внесены изменения в размеры ежемесячных должностных (тарифных) окладов военнослужащих Министерства обороны Азербайджана.

    Как сообщает Median.Az, соответствующее постановление подписал премьер-министр Али Асадов.