Month: December 2025

  • Masazırda ölümlə nəticələnən qəzada avtomobilin YANDIĞI GÖRÜNTÜLƏR – Yenilənib (Video)

    Masazırda ölümlə nəticələnən qəzanın bəzi təfərrüatı məlum olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı BMW və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın qısa müddətdə söndürülüb.

    Digər avtomobil yanğından mühafizə olunub”, – deyə məlumatda qeyd edilib.

    * * * * *

    Abşeronda avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

    Median.Az “Report”a istinadən məlumat verir ki, hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

    BMW markalı minik avtomobili anidən alovlanıb.

    Nəticədə, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.

    Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.

    Hadisənin baş vermə səbəbi araşdırılır.

  • Keçmiş arvadını döyən şəxsə hökm oxundu

    Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Xəki Babaşovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Turanə Cəfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.

    İttiham sənədinə görə, hadisə 2025-ci il noyabrın 6-da, saat 7 radələrində paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

    Belə ki, Xəki Babaşov keçmiş həyat yoldaşı, zərərçəkmiş Maya Bəşirovanın (adı və soyadı şərtidir) yaşadığı evdə qonaq otağında olarkən qadının mobil telefonunu əlindən alıb. Bu səbəbdən onların arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən zərərçəkmişi ağız nahiyəsindən sağ əli ilə vurub. Nəticədə Mayanın üst dodağında qançır, selikli qişada qansızma və üst damaqda nöqtəvari qansızmalar qeydə alınıb. Bu xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulması kimi qiymətləndirilib.

    Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs yazılı ərizə ilə çıxış edərək təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı hər hansı şikayət və tələb irəli sürmədiyini bildirib.

  • Совбез ООН 9 декабря проведет заседание по Украине

    Совет безопасности (СБ) ООН 9 декабря проведет открытое заседание по украинской тематике.

    Об этом сообщила журналистам пресс-служба постоянного представительства Словении при ООН, исполняющей в декабре функции председателя органа.

    Начало заседания намечено на 10:00 по местному времени (19:00 по Баку – ред.). Проведение встречи было запрошено Словенией в национальном качестве, а также Данией, Францией, Великобританией, Грецией и Республикой Корея.

  • BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

    BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclas keçirəcək.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə dekabrda BMT-yə sədrlik funksiyasını icra edən Sloveniyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, iclasın yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 19:00-da – red.) başlaması planlaşdırılır. İclasın keçirilməsi üçün Sloveniya, eləcə də Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası tərəfindən milli səviyyədə müraciət edilib.

  • У побережья Камчатки произошло землетрясение магнитудой 6

    Подземный толчок магнитудой 6 зафиксирован рядом с Камчатским краем.

    Об этом сообщили в Камчатском филиале Единой геофизической службы РАН.

    “Расстояние от Петропавловска-Камчатского: 211 км. Магнитуда: 6.0”, – говорится в информации.

    По данным исследователей, эпицентр находился на глубине 15.4 км.

    Как сообщили в пресс-службе ГУ МЧС по Камчатскому краю, подземный толчок, по инструментальным данным, ощущался в отдельных районах Петропавловска-Камчатского силой до двух баллов. Угроза цунами не объявлялась, жизнедеятельность населения не нарушена.

  • Kamçatkada güclü zəlzələ oldu

    Rusiyanın Kamçatka bölgəsi yaxınlığında 6 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən, təxminən, 211 kilometr məsafədə olub.

    Zəlzələnin ocağı 15.4 km dərinlikdə yerləşib.

    İtki və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi yaranmayıb.

  • Первый в мире смартфон с полностью голосовым управлением представлен в Китае

    Компания ZTE совместно с ByteDance представила Nubia M153 – первый смартфон, управление которым может полностью осуществляться голосом благодаря глубокой интеграции ИИ-агента в систему. Модель позиционируется как экспериментальная платформа для отработки технологий автономного взаимодействия между пользователем и интерфейсом мобильной ОС.

    Как передает Median.Az со ссылкой на WCCFTech, ключевой особенностью Nubia M153 является встроенный голосовой помощник Doubao AI, работающий на уровне всей системы Android. ИИ-агент способен выполнять любые операции на устройстве: от запуска приложений и навигации по меню до совершения онлайн-покупок.

    Пользователь может, например, дать команду приобрести определенный товар, после чего ассистент самостоятельно выполнит все действия, имитируя касания экрана. В любой момент пользователь может остановить работу агента и взять управление на себя.

    По заявлению ZTE, Doubao AI способен взаимодействовать с клавиатурой, уведомлениями, настройками, встроенными и сторонними приложениями, а также выполнять сложные сценарии – редактирование фото, отправку сообщений, бронирование услуг или сравнение цен. Кроме того, ИИ может обучать пожилых пользователей работе со смартфоном.

    Nubia M153 оснащается 6.78-дюймовым LTPO OLED-экраном с разрешением 1264х2800 пикселей и частотой 120 Гц, чипом Snapdragon 8 Elite, памятью 16/512 ГБ, аккумулятором емкостью 6 000 мАч с поддержкой беспроводной зарядки, четырьмя камерами с разрешением 50 Мп и ОС Android 16.

    Nubia M153 выпускается как инженерный образец и доступна только в китайских онлайн-магазинах. Стоимость модели составляет 3 499 юаней (около 842 манатов – ред.).

  • Dünyanın tamamilə səslə idarə olunan ilk smartfonu TƏQDİM EDİLDİ

    ZTE şirkəti “ByteDance” ilə birlikdə “Nubia M153” modelini təqdim edib ki, bu da süni intellekt agentinin sistemə dərin inteqrasiyası sayəsində tamamilə səs vasitəsilə idarə oluna bilən ilk smartfondur.

    Median.Az “WCCFTech”ə istinadən xəbər verir ki, “Nubia M153″ün əsas xüsusiyyəti “Android” sisteminin bütün səviyyələrində işləyən “Doubao AI” adlı səsli köməkçidir.

    Süni intellekt agenti cihazda istənilən əməliyyatı yerinə yetirə bilir: tətbiqlərin işə salınmasından və menyuda naviqasiyadan tutmuş onlayn alış-verişə qədər.

    Məsələn, istifadəçi müəyyən bir məhsulun alınması üçün əmr verə bilər, bundan sonra köməkçi ekrana toxunuşları imitasiya edərək, bütün addımları özü yerinə yetirir. İstənilən an istifadəçi agentin işini dayandırıb idarəni öz üzərinə götürə bilər.

    “Nubia M153” 6,78 düymlük, 1264×2800 piksel çözümlüklü və 120 Hz-lik LTPO OLED ekran, “Snapdragon 8 Elite” çipi, 16/512 GB yaddaş, 6000 mA·s tutumlu və simsiz enerji doldurmanı dəstəkləyən akkumulyator, 50 MP-lik dörd kamera və “Android 16” əməliyyat sistemi ilə təchiz olunub.

    “Nubia M153” mühəndis nümunəsi kimi buraxılır və yalnız Çin onlayn mağazalarında mövcuddur. Modelin qiyməti 3499 yuan təşkil edir.

  • İlon Maskın şirkəti mobil rabitə bazarına çıxır

    Amerikalı sahibkar İlon Maskın “SpaceX” kosmik şirkəti mobil rabitə bazarına çıxmaq üçün “Starlink Mobile” ticarət markasının qeydiyyatı üçün müraciət edib.

    Median.Az “PhoneArena”ya istinadən xəbər verir ki, şirkət mobil rabitə üçün istifadə olunan “AWS-3” spektrini “EchoStar” operatorundan almaq məqsədilə əlavə 2,6 milyard dollar cəlb edib.

    “Starlink” ənənəvi rabitə üsullarından, o cümlədən mobil infrastruktur üçün nəzərdə tutulan baza stansiyaları və rabitə qüllələrindən istifadə etməklə xidmət göstərmək imkanına malikdir. Lakin layihənin əsas məqsədi yerüstü baza stansiyalarına və mobil qüllələrinə bağlı olmayan tamamilə müstəqil kosmik mobil şəbəkə yaratmaqdır.

    “Starlink Mobile” markası “SpaceX”ın telekommunikasiya xidmətlərini təsvir etmək üçün istifadə olunacaq. Bu xidmətlərə videoməzmunun və məlumatların adi mobil cihazlara kosmik peyk rabitəsi vasitəsilə ötürülməsi daxildir.

    Bundan əlavə, “SpaceX” “Powered by Starlink” adlı daha bir ticarət markasının qeydiyyatı üçün müraciət edib. Bu marka qlobal rabitə operatorlarına öz peyk qruplaşmalarını yaratmadan “Starlink”in imkanlarını şəbəkələrinə əlavə etməyə imkan verəcək.

  • Azərbaycan bəylərinin yaşadığı qədim kənd – Video

    Azərbaycan Dövlət Televiziyasının (AzTV) çəkiliş qrupu Qarabağın ucsuz-bucaqsız dağ silsiləsinin qoynunda, nağıllar aləmini xatırladan tarixi bir məkana – Tuğ kəndinə yollanıb.

    Tarixi mənbələrdə adı orta əsrlərdən etibarən çəkilən Tuğ kəndi, təbii gözəlliyi ilə yanaşı, həm də memarlıq abidələri ilə seçilir. Kənd Qafqaz Albaniyasının qədim dini irsinin toplandığı nadir məkanlardan biri hesab olunur.

    Tuğ kəndindəki qədim Alban mədəni irsinin nümunələrindən biri olan Stefan kilsəsi düzbucaqlı formadadır. Kilsənin uzunluğu on iki, eni isə yeddi metrdir.

    Kilsənin ətrafında qədim qəbiristanlıq yerləşir. Təəssüflə qeyd olunur ki, hazırda kilsə dağılmaq üzrədir və artıq yarıya qədər torpaq qatı ilə örtülmüş vəziyyətdədir.

    Daha ərtaflı süjetdə: