Month: December 2025

  • Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? (VİDEO)

    Son 1 ayda bir neçə yaşayış binasında baş verən yanğın ölümlə nəticələnib. Bu hadisələrin bəzilərində hətta 2 nəfərdən artıq şəxs dünyasını dəyişib. Baş verən yanğın hadisələri binalardakı təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olmasını yenidən gündəmə gətirib. Başqa sözlə, baş verənlər fonunda yeni tikililərdəki yanğın çıxışlarnın sakinlər üçün nə qədər əlçatan olması sual doğurur.

    Ekspertlər deyirlər ki, əsas problemlərən biri təxliyə çıxışlarının bağlı olmasıdır.

    Çünki çoxmənzilli binalarda təhlükəsizliyin təminatı ən önəmli məqamdır. Lakin bir çox binalarda bu məsələ ciddi problemə çevrilib.

    Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, nədənsə, tikinti zamanı təhlükəsizlə bağlı normativlər bəzi hallarda qorunmur.

    Onun sözlərinə görə, binada çalışan şəxslərin də çoxu yanğın təhlükəsiziyi qaydalarından məlumatsızdır.//Xəzər TV

  • Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu

    Bakıda təmir zamanı tarixi abidəyə zərər vurulub.

    Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə “VEST PARK” MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb.

    “Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb.

    Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb olunub.

    7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb.

    Lakin təmir-bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub”.

    Əlavə olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlılığına əlavə təhlükə yaradıb:

    “Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli Qərarı ilə “VEST PARK” MMC təqsirli hesab edilib.

    Abidənin tarixi görkəminə qaytarılması tələbinə “VEST PARK” MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub.

    Binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək”.

  • “Qarabağ” – “Ayaks” oyunu İTV-də yayımlanacaq

    “Qarabağ” – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq.

    Bu barədə İTV məlumat yayıb.

    “Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.

    “Qarabağ” klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub.

    Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ” – “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub”, – məlumatda deyilir.

    Qeyd edək ki, qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq.

    Əlavə edək ki, ev oyunlarını “CBC Sport” yayımlayırdı

  • Ночь страха и поцелуев: суд наказал дерзкого нарушителя

    35-летний Орудж Гасымов (имя и фамилия условные), житель села Ашагы Легер Гусарского района, ночью незаконно проник в дом соседки и поцеловал её.

    Как сообщает Median.Az со ссылкой на lent.az, дело рассматривалось в Гусарском районном суде.

    По данным обвинения, около 23:00 Орудж Гасымов перелез через забор соседнего дома и вошёл внутрь. Он подошёл к спящей женщине, поцеловал её в лоб и схватил за плечи, пытаясь разбудить. Женщина, защищаясь, прогнала его метлой.

    Возбуждено уголовное дело по статье 157.1 (проникновение в жилище против воли жильцов) Уголовного кодекса.

    Обвиняемый заявил, что в момент происшествия находился в состоянии алкогольного опьянения и вошёл в дом якобы для помощи с переноской груза. После задержания полицией он признал вину и выразил раскаяние.

    Пострадавшая отметила, что помощи она не просила: “Он внезапно ворвался в мой дом глубокой ночью. Позже я узнала, что он вошёл во двор со стороны сада, а не через калитку. Он поцеловал меня в лоб, схватил за плечо и сжал горло, чтобы я не закричала. Когда я, защищаясь, ударила его метлой, он отпустил меня. Тогда я ударила его по лицу сковородкой”.

    Женщина подчеркнула, что не помирилась с Оруджем и не простила его.

    По словам свидетеля, мужчина женат и имеет троих детей. Во время инцидента женщина кричала на улице, а дети плакали от страха.

    По решению Гусарского районного суда обвиняемому назначен электронный браслет и наказание в виде 480 часов общественных работ.

  • Gecəyarı evə girib qadını öpdü, süpürgə ilə döyüldü, elektron qolbaq taxıldı

    Qusarda gecə evə basqın edərək qadını öpən kişiyə elektron qolbaq taxılıb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, rayonun Aşağı Ləgər kənd sakini Oruc Qasımovun (ad və soyad şərtidir) işinə Qusar Rayon Məhkəməsində baxılıb.

    İttihama görə, 35 yaşlı Oruc Qasımov saat 23 radələrində qonşusunun hasarından aşıb və evə qanunsuz daxil olub. Daha sonra o, ev sahibəsini yatılı vəziyyətdə görərək ona yaxınlaşıb. Əvvəlcə alnından öpüb, sonra isə çiyinlərindən tutaraq oyatmaq istəyib. Qadın oyanıb və onu süpürgə ilə evdən qovub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə evə daxil olma) maddəsi ilə cinayət işi açılıb.

    Təqsirləndirilən Oruc Qasımov ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. Onun sözlərinə görə, gecə saatlarında yük daşımağa kömək etmək üçün həmin evə girib, daha sonra öz evinə gedərək həyətdə yatıb. Dediyinə görə, bir az sonra polis əməkdaşları gələrək, onu saxlayıblar. O, əməlindən peşman olduğunu qeyd edib.

    Zərərçəkən qadın isə Orucu kömək üçün çağırmadığını deyib:

    “Oruc kömək edib getmişdi. Gecə saatlarında qəfil evimə girdi. Sonra bildim ki, darvazadan yox, bağ tərəfdən girib həyətə. Alnımdan öpüb, çiynimdən tutdu və qışqırmamağım üçün boğazımı sıxdı. Özümü müdafiə etmək üçün süpürgə ilə Orucu vuranda məni buraxdı. Sonra tavanı sifətinə vurdum”.

    O, Orucla barışmadığını və onu bağışlamadığını bildirib.

    Şahidin sözlərinə görə isə Oruc özü də ailəlidir və üç övladı var. Hadisə zamanı qadın çöldə qışqırıb, uşaqları da qorxudan ağlayıblar.

    Qusa Rayon Məhkəməsinin hökmü ilə Oruc Qasımova elektron qolbaq taxılıb və barəsində 480 saat ictimai iş cəzası verilib.

  • Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

    Bakıda restorana gedən müştərini artıq təkcə menyudakı qiymətlər yox, çekdə onu gözləyən “sürpriz rəqəmlər” də düşündürür. Süfrəyə gələn yeməklərdən daha tez-tez müzakirə olunan mövzu isə sonda hesaba əlavə edilən “servis haqqı”dır. Bir restoranda bir faiz, digərində beş faiz, bəzi məkanlarda isə daha yüksək məbləğ.

    Müştəri də çaşqın qalır: bu xidmətin qiyməti harada yazılıb, nə ilə əsaslandırılıb və ümumiyyətlə, buna etiraz etmək haqqı varmı? Ən problemli məqam isə odur ki, bir çox hallarda servis pulu barədə müştəriyə əvvəlcədən məlumat verilmir. Menyuda qeyd olunmayan bu əlavə məbləğ yalnız hesab masaya gələndə ortaya çıxır. Etiraz ediləndə isə adətən eyni cavab səslənir: “Bizdə qayda belədir”.

    Xidmət turizmi ilə ad çıxarmış Türkiyədə hökumət restoran və kafelərdə məcburi servis haqqı tutulmasını qadağan etməyə hazırlaşır. Türkiyənin Ticarət Nazirliyi qida və içki xidmətləri göstərən restoran, kafe, şirniyyat və bənzər müəssisələrin müştərilərdən xidmət, süfrə rüsumları və ya bənzər adlar altında ödəniş tələb etməsinin qarşısını alacaq yeni qayda tətbiq edəcək. Nazirliyin yaydığı məlumata görə, restoran və kafelər müştərilərdən tarif və qiymət cədvəlində göstərilən qiymətlərdən başqa istənilən adla xidmət haqqı və ya hər hansı digər ödənişi yalnız menyuda əvvəlcədən göstərmək şərti ilə tuta bilərlər. Bu zaman bir sual yaranır. Bəs bizdə servis haqqı ilə bağlı hər hansı nizamlama tətbiq edilə bilərmi?

    Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, bu kimi məsələlər ölkəmizin imicinə və turizm sektoruna ciddi təsir edir: “Azərbaycanda da bu məsələnin müzakirəyə çıxarılması vaxtıdır. Çünki hazırkı təcrübədə bəzən hesabın üzərinə əvvəlcədən bildirilməyən 5–15 faiz servis haqqının əlavə olunması həm yerli müştərilərdə, həm də turistlərdə narazılıq yaradır. Bu, ölkənin qonaqpərvərlik imicinə də mənfi təsir edir. Bizim mövqeyimiz odur ki, xidmət haqqı yalnız tam şəffaf, əvvəlcədən göstərilən və istehlakçı tərəfindən aydın şəkildə qəbul olunan formada olmalıdır”.

    S.Dübəndi bildirdi ki, Azərbaycanda servis haqqı məsələsi xüsusi qanunla tənzimlənmir, lakin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, “Ticarət, ictimai iaşə və məişət xidmətləri qaydaları”, həmçinin Vergi Məcəlləsi bu sahəyə tətbiq olunan əsas hüquqi çərçivəni müəyyən edir: “Bu sənədlər tələb edir ki, ictimai iaşə müəssisələri göstərdikləri xidmətin qiymətini əvvəlcədən, tam və aydın şəkildə müştəriyə təqdim etsin, hər bir ödəniş qəbzdə ayrıca göstərilsin və gizli ödənişə yol verilməsin. Bu normalar servis haqqının ya açıq şəkildə göstərilməsi, ya da ümumiyyətlə ləğv edilməsi üçün hüquqi baza yaradır. Turizm zonalarında isə Dövlət Turizm Agentliyinin normativ aktları vasitəsilə əlavə tələblər – menyuda aydın məlumatlandırma və qiymət şəffaflığı – tətbiq oluna bilər”.

    Sədrin fikrincə, servis haqqı məsələsi həll olunarsa, xidmət səviyyəsi və istehlakçı məmnuniyyəti də yüksələcək: “Dövlət qurumları, turizm sektoru və sahibkarlar arasında dialoq başlasa, üç əsas istiqamət üzrə optimal model formalaşdıra bilərik. Birincisi, Türkiyə modelinə uyğun servis haqqının ləğvi və xərclərin qiymətə daxil edilməsidir. İkincisi, əgər saxlanılırsa, menyuda, qəbzdə və girişdə açıq göstərilməsi məcburi olmalıdır. Üçüncüsü, paralel olaraq əməkhaqqı və motivasiya sistemlərinin yenilənməsi vacibdir”.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, qanunvericilikdə bu barədə hər hansı müddəalar nəzərdə tutulmadığından sahibkarlar istədikləri kimi özbaşınalıq edə bilirlər: “İstər yerli vətəndaşlar, istərsə də ölkəmizə gələn qonaqlar bundan şikayət edirlər. Vətəndaş şikayət etdikdə də müvafiq orqanlar bildirirlər ki, sahibkarın şəxsi ərazisidir. Vahid qaydalar yoxdur. Sahibkarlar biznes qurumları üçün yaradılmış toxunulmazlıqdan sui-istifadə edirlər. Bu halda da istehlakçıların hüquqlarını pozurlar. Məsələn, əyləncə, müğənni varsa, bunun xərci də müştəridən çıxılır və bu barədə heç bir məlumat verilmir. Qanun da belə halları qadağa etmir. Dövlət tərəfindən tənzimləmə olmadığı üçün hər sahibkar istədiyi qədər servis haqqı təyin edir”.

    E.Hüseynov da bildirir ki, əgər restoranda servis haqqı varsa, bu, istənilən halda menyuda qeyd edilməlidir. İstehlakçı öncədən bunu bilməlidir: “Menyuda göstərilibsə, vətəndaş da razılaşıbsa, o halda servis haqqından imtina etməyə heç bir hüququ yoxdur. Əgər öncədən menyuda hər hansı bir servis haqqı qeyd edilməyibsə, amma hesabda qeyd olunubsa, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu kimi məsələlərə nəzarət həyata keçirməlidir. Əgər qanun pozuntusu varsa, cərimələri də yalnız onlar tətbiq edə bilirlər”. (“Kaspi” qəzeti)

  • Tarixi qaranlıq yaxınlaşır: Dünya bunu 6 dəqiqə izləyə biləcək

    Dünya 2 avqust 2027-ci ildə üç qitəni eyni xəttə gətirəcək son dərəcə nadir bir səma hadisəsinə şahidlik edəcək.

    Günün ortasında baş verəcək bu dərin qaranlıq milyonlarla insana ömürləri boyu görə biləcəkləri ən qeyri-adi atmosferi təqdim edəcək. Alimlərin fikrincə, bu yalnız adi bir tutulma deyil: təsiri və davametmə müddəti baxımından yüzilliklərə uzanan mühüm bir həddi ifadə edir.

    Mütəxəssislər tutulmanın ümumilikdə 6 dəqiqə 23 saniyə tam qaranlıq yaradacağını bildirirlər. Bu, 1991–2114-cü illər arasında qurudan müşahidə oluna biləcək ən uzun tam qaralma anlarından biri olacaq. Ayın kölgəsi Atlantik okeanında əmələ gələcək, daha sonra şərqə doğru irəliləyərək İspaniyanın cənubundan başlayıb Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı, Yəmən və Somali üzərindən keçəcək. Təxminən 258 kilometrlik kölgə xətti xüsusilə Misirin Luksor bölgəsində altı dəqiqəni aşan qaranlıq yaradacaq.

    Alimlər bu hadisənin texniki olaraq tam günəş tutulması olduğunu, lakin müddətinin qeyri-adi dərəcədə uzunluğuna görə seçildiyini vurğulayırlar. Adətən bir neçə dəqiqəni keçməyən tam tutulmalar bu dəfə izləyənlərə demək olar ki, iki dəfə daha uzun, unikal bir təcrübə yaşadacaq. Avqust ayında bölgədə havanın adətən açıq və quru olması Misir və Liviyanı ən əlverişli müşahidə məntəqələrinə çevirir.

    Bu qeyri-adi qaranlıq İspaniyanın cənubunda 13:30–14:00 aralığında təsir göstərəcək. Misir və Liviyada isə 14:00–14:30 arasında maksimuma çatacaq. Hindistan tutulmadan demək olar ki, təsirlənməyəcək: yalnız ölkənin ən qərb ucunda gün batımına yaxın çox zəif kölgə hərəkəti müşahidə olunacaq.

    Bu tutulmanın müddət rekorduna yaxınlaşmasının səbəbi xüsusi bir göy uyğunlaşmasıdır. 2 avqustda Yer Günəşdən ən uzaq nöqtəsində olacağı üçün Günəş göydə adi haldan daha kiçik görünəcək. Eyni vaxtda Ay Yerə ən yaxın mövqeyinə yaxınlaşaraq göydə daha böyük disk kimi görsənəcək. Tutulma xəttinin Ekvatora yaxın hərəkət etməsi Ayın kölgəsinin yer səthində daha yavaş irəliləməsinə səbəb olacaq və bu da qaranlığın müddətini qeyri-adi şəkildə uzadacaq.

  • Mərkəzi Banka yeni səlahiyyət verildi

    “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişikliklər edilib.

    Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

    Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.

    Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu Ani ödənişlər sistemi (bundan sonra – AÖS) vasitəsilə həyata keçiriləcək.

    Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın.

    AZQR kod təchizatçısı ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edəcək.

    Ödəniş xidməti istifadəçisinin alınan yazılı razılığına əsasən təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə biləcək.

    Kredit köçürməsi üzrə ödəniş sərəncamında azı aşağıdakılar olmalıdır:

    ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
    vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
    ödəyici və vəsait alanın hesab nömrəsi;
    ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
    ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
    ödəniş sərəncamının verildiyi tarix;
    ödənişin təyinatı;
    ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
    büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişlərində);
    ödəyicinin imzası(ları) və möhür (olduqda).

    Birbaşa debitləşmə üzrə ödəniş sərəncamında ən azı aşağıdakılar olmalıdır:

    vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
    ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda)), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
    vəsait alanın və ödəyicinin hesab nömrəsi;
    ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
    ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
    ödəniş sərəncamının verildiyi tarix;
    ödənişin təyinatı;
    ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
    büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişləri olduqda;
    vəsait alanın imzası(ları) və möhürü (olduqda).

    Qalıq dəyərinin nağd qaytarılması bir təqvim ayı ərzində 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamaq şərtilə “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

    Məlumat üçün bildirək ki, qərar noyabrın 12-də qəbul edilib, dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 4-də qüvvəyə minib.

  • Yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Avtomobil yollarında vəziyyət açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, dekabrın 7-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

  • Замглавы ИВ Самухского района ушёл в отставку спустя 20 лет службы – ФОТО

    Первый заместитель главы Исполнительной власти (ИВ) Самухского района Таир Гараев освобождён от занимаемой должности.

    Как сообщает Median.Az со ссылкой на moderator.az, по предварительной информации, он покинул пост по собственному желанию, сославшись на проблемы со здоровьем.

    Отметим, что он проработал на этой должности более 20 лет.