Month: February 2026

  • Azərbaycanda bəzi avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir

    Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    İndiyə qədər qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir. Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

    – idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

    – idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

    Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

  • Bakıda 82 yaşlı qadın küçədə öldü

    Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib.

    Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaqlar

    Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikləri imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Dəyişikliyə əsasən, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.

    Beləliklə ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.

  • Отправленный на пенсию 43-летний генерал назначен на новую должность

    Недавно отправленный на пенсию 43-летний генерал-лейтенант Бабек Гурбанов вновь получил высокую должность.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, он назначен помощником начальника Государственной пограничной службы (ГПС), генерал-полковника Эльчина Гулиева.

    Бабек Гурбанов, ранее занимавший пост начальника Центрального аппарата ГПС, покинул военную службу по состоянию здоровья. Отныне он продолжит свою деятельность в качестве гражданского служащего.

    Отметим, что Бабек Гурбанов отличился храбростью во время второй Карабахской войны. После войны ему было присвоено почетное звание “Герой Отечественной войны”, позже – высшее воинское звание генерал-майора, а еще через несколько лет – генерал-лейтенанта.

  • Təqaüdə göndərilən 43 yaşlı generala yeni VƏZİFƏ VERİLDİ

    Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən yüksək vəzifəyə gətirilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.

    Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək.

    Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ Müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.

  • Президент подписал распоряжение о призыве на срочную действительную военную службу

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о призыве с 1 по 30 апреля 2026 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    Руководствуясь пунктом 26 статьи 109 Конституции Азербайджанской Республики, на основании статей 12.3 и 40.1 закона Азербайджанской Республики “О военной обязанности и военной службе” и в целях комплектования Вооруженных сил Азербайджанской Республики личным составом постановляю:

    1. С 1 по 30 апреля 2026 года призвать на срочную действительную военную службу граждан Азербайджанской Республики 2008 года рождения, которым ко дню призыва (включая и этот день) исполнилось 18 лет, а также 1996-2007 годов рождения, в возрасте до 30 лет, не прошедших срочную действительную военную службу, не имеющих права отсрочки от призыва на срочную действительную военную службу или не освобожденных от призыва на срочную действительную военную службу в Вооруженных силах Азербайджанской Республики.

    2. С 1 по 30 апреля 2026 года уволить в запас военнослужащих срочной действительной военной службы, прошедших срок службы, предусмотренный в статье 38.1.1 закона Азербайджанской Республики “О военной обязанности и военной службе”.

    3. Кабинету министров Азербайджанской Республики принять предусмотренные законодательством меры для исполнения настоящего распоряжения.

  • Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

  • Ильхам Алиев наградил сотрудников AzerGold

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о награждении медалью “Терегги” сотрудников Закрытого акционерного общества AzerGold.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    Наградить медалью “Терегги” следующих сотрудников Закрытого акционерного общества AzerGold, имеющих особые заслуги в сфере развития горнодобывающей промышленности, в том числе разведки, разработки, добычи и переработки месторождений металлов в Азербайджане:

    Джаниева Ибрагима Мустафа оглу

    Гусейнова Фуада Джамал оглу

    Халафова Садига Мири оглу

    Исмайылова Тофига Кёчари оглу

    Гулиева Эмиля Эхтирам оглу

    Мамедалиева Дадаша Шихмамед оглу

    Мамедова Алескера Агамехди оглу

    Талыбова Зекя Фамиль оглу”.

  • “AzerGold”un bəzi əməkdaşları TƏLTİF OLUNDULAR

    Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

    Caniyev İbrahim Mustafa oğlu

    Hüseynov Fuad Camal oğlu

    Xələfov Sadiq Miri oğlu

    İsmayılov Tofiq Köçəri oğlu

    Quliyev Emil Ehtiram oğlu

    Məmmədəliyev Dadaş Şixməmməd oğlu

    Məmmədov Ələsgər Ağamehdi oğlu

    Talıbov Zəka Famil oğlu.

  • Səməd Vurğunun 120 illik yubileyi qeyd ediləcək

    Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Qeyd edək ki, 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

    Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.