Month: February 2026

  • Çayxanalarda qurulan tələ: “İşə düzəldəcəyəm” deyib minlərlə manat aldı

    Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Yusiflinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

    Qeyd edilib ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

    İttiham aktına əsasən, Samir Yusifli Naxçıvan Muxtar Respublikasının (MR) Qaz İstismar Xidmətinin Təmir-Tikinti və Quraşdırma İdarəsində baş mühəndis vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə epizod üzrə dələduzluq əməlləri törədib.

    Belə ki, 2025-ci ilin aprel ayında o, Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən çayxanada tanışlıq əlaqəsi qurduğu F.F.-yə yalan vədlər verib. Təqsirləndirilən şəxs zərərçəkmişin övladını sözügedən idarədə mühəndis vəzifəsinə işə düzəldəcəyini bildirib və bu məqsədlə ondan 7 000 manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirib.

    İttiham aktında göstərilir ki, Samir Yusifli 2025-ci ilin iyul ayının əvvəllərində keçmiş iş yoldaşı D.D.-ni Su İdarəsinə müavin vəzifəsinə işə düzəltmək adı ilə aldadıb. Bu məqsədlə o, zərərçəkmişdən ümumilikdə 5 500 manat məbləğində pul alaraq ələ keçirib.

    Digər epizod üzrə təqsirləndirilən şəxsin 2025-ci il iyulun 9-da Naxçıvan şəhəri 49-cu məhəllədə yerləşən restoranın çayxanasında onunla əlaqə saxlayan zərərçəkmiş H.H.-yə yalan vədlər verib. Samir Yusifli zərərçəkmişin övladını həmin idarənin şöbə müdiri vəzifəsinə işə düzəldəcəyini vəd edərək 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

    Həmin tarixdə və eyni məkanda baş vermiş digər epizodda isə təqsirləndirilən şəxsin zərərçəkmiş S.S.-in övladını işə düzəltmək adı ilə aldadaraq 12 000 manat məbləğində pulunu ələ keçirib.

    Bundan başqa, 2025-ci ilin avqust ayının sonlarında Samir Yusifli əvvəllər iş yoldaşı olmuş zərərçəkmiş E.E.-ni Su Meliorasiya İdarəsinə müavin vəzifəsinə işə düzəltmək vədi ilə aldadıb. O, Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasının yaxınlığındakı çayxanada zərərçəkmişdən 5 000 manat məbləğində pul alaraq mənimsəyib.

    Məhkəmə iclasında Samir Yusiflinin müdafiəçisi şifahi vəsatət qaldıraraq cinayət işinin ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib. Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşaraq işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib.

    Dövlət ittihamçısı isə vəsatətə etiraz edərək onun təmin olunmamasını, hazırlıq iclasının davam etdirilərək işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş edib.

    Məhkəmə müdafiəçinin şifahi vəsatətini, təqdim edilən hüquqi əsasları və proses iştirakçılarının mövqelərini araşdıraraq belə qənaətə gəlib ki, vəsatət əsaslıdır. Qərara əsasən, cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

  • Помощник депутата Гюнай Агамалы уволился после скандала с избиением?

    Председатель партии Ana Vətən (“Родина”), депутат Гюнай Агамалы лишилась своего помощника Парвиза Миризаде.

    Согласно информации Oxu.Az, он оставил указанный пост на прошлой неделе.

    Напомним, несколько дней назад в азербайджанском сегменте Сети распространились сообщения о том, что Гюнай Агамалы якобы приказала своим охранникам избить Миризаде на траурной церемонии, посвященной памяти ее отца Фазаила Агамалы.

    Однако обе стороны опровергли эту информацию.

  • Deputat tərəfindən döydürüldüyü deyilən Pərviz Mirizadə işindən ayrılıb

    Ana Vətən Partiyasının (AVP) sədri, deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadə işindən ayrılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, o, ötən həftə sözügedən vəzifəni tərk edib.

    Xatırladaq ki, bir neçə gün əvvəl deputat Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılmışdı.

    Lakin hər iki tərəf bu xəbərləri təkzib etmişdi.

  • Вниманию граждан: Минобороны утилизирует непригодные к использованию боеприпасы

    С 23 по 27 февраля на полигоне вблизи поселка Пирекешкюль Абшеронского района и в учебном центре на территории Агдеринского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq

    Pirəkəşkül və Ağdərədə 23-27 fevral tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə MN-dən bildirilib.

  • Как выявить у школьника проблемы со сверстниками? – Мнение психолога

    Трудности во взаимоотношениях с одноклассниками, такие как конфликты, непонимание, отсутствие друзей являются одной из самых частых причин обращения школьников к психологам.

    Как передает Median.Az, об этом ТАСС рассказала эксперт Городского психолого-педагогического центра Департамента образования и науки столицы России Москвы Екатерина Крупская.

    “Чтобы вовремя выявить проблемы в отношениях с одноклассниками, родителям важно внимательно наблюдать за поведением ребенка. К тревожным сигналам относятся избегание разговоров о школе и одноклассниках, частые жалобы на головную боль или боли в животе именно по утрам перед учебой, а также резкое снижение успеваемости и угасание интереса к занятиям”, – сказала Крупская.

    По ее словам, если ребенок практически не бывает в гостях у сверстников и не приглашает друзей к себе, проводит свободное время в одиночестве, это тоже может указывать на трудности в общении. Стоит насторожиться при резких перепадах настроения после школы – раздражительности, плаксивости или полной замкнутости. Поврежденные вещи, пропажа учебников или одежды без внятного объяснения иногда становятся признаками конфликтов или даже буллинга. Особое внимание следует уделить изменению социальной активности ребенка и предпочтению виртуального общения реальному при наличии свободного времени.

    “Что касается практических советов, важно разделить подходы: то, что работает с младшими школьниками, не всегда подходит подросткам. Для детей 7-10 лет в первую очередь необходимо создать безопасную атмосферу дома. Ребенок должен восстанавливаться в семье, для этого нужны ритуалы: вечерний чай, чтение на ночь, совместные игры, телесный контакт, например, объятия, а если ребенок его не принимает, то спокойный и ласковый голос, особенно когда у него был трудный день”, – сказала педагог-психолог.

    Она подчеркнула, что с младшими школьниками полезно также тренировать навыки в игре: разыгрывать сложные ситуации по ролям, чтобы ребенок пробовал разные модели поведения, а родители подыгрывали так, чтобы он почувствовал себя успешным. Хорошо учить считывать эмоции через игру-повторение, изображая мимику друг друга, и давать маленькие задания: например, завтра улыбнуться тому, кто нравится, или спросить у соседа по парте о его любимом блюде.

    “Важно помнить, чего делать не стоит: ругать ребенка за замкнутость или конфликты – это только усилит стыд, решать все проблемы за него, лишая его опыта, обсуждать при ребенке одноклассников в уничижительном тоне”, – добавила Крупская.

    Она отметила, что детям подросткового возраста важна устойчивость родителя без тотального контроля. Нужно соблюдать короткие ежедневные ритуалы, такие как совместный чай, разговор перед сном, большую роль играют ясные договоренности и совместная физическая активность. “Лучший контакт возникает, когда вы что-то делаете вместе – в машине, на прогулке, при готовке, когда вы не давите на ребенка зрительно. Забота проявляется через еду, тихое присутствие рядом, короткие касания, фразы без анализа и морали”, – сказала психолог.

    Чтобы укреплять уверенность подростка, следует давать ему возможность решать свои проблемы самому, но быть на подхвате: можно предложить вместе подумать, что сказать в сложной ситуации. Полезно привлекать его к семейным делам, давать реальную ответственность. Если есть конфликты в школе, можно дома потренировать фразы для разговора или просто вместе подышать и быстро пройтись, чтобы снять напряжение.

    “В общении с подростками стоит избегать допросов и тотального контроля, сарказма и обесценивания их проблем, а также публичного обсуждения его трудностей, особенно при малознакомых людях. Если признаков проблем в коллективе много или есть подозрение на травлю, стоит обратиться к школьному психологу. Психическое здоровье не менее важно, чем физическое, и вовремя оказанная помощь может предотвратить серьезные последствия”, – заключила Крупская.

  • Psixoloq məktəblinin həmyaşıdları ilə problemlərini üzə çıxarmağın yollarından danışıb

    “Sinif yoldaşları ilə münasibətlərdəki çətinliklər, məsələn, münaqişələr, anlaşılmazlıq, dostların olmaması şagirdlərin psixoloqlara müraciət etməsinin ən ümumi səbəblərindən biridir”.

    Median.Az bildirir ki, bu barədə TASS agentliyinə rusiyalı psixoloq Yekaterina Krupskaya məlumat verib.

    “Sinif yoldaşları ilə münasibətlərdəki problemləri vaxtında aşkar etmək üçün valideynlərin uşağın davranışını diqqətlə müşahidə etməsi vacibdir. Narahatedici siqnallara məktəb və sinif yoldaşları haqqında söhbətlərdən yayınma, xüsusilə səhərlər məktəbə getməzdən əvvəl tez-tez baş ağrısı və ya qarın ağrısı şikayətləri, həmçinin dərs performansının kəskin enməsi və dərslərə marağın azalması aiddir”, – deyə Krupskaya bildirib.

    Onun sözlərinə görə, əgər uşaq demək olar ki, həmyaşıdlarının evində olmursa və dostlarını öz evinə dəvət etmirsə, boş vaxtını tək keçirirsə, bu da ünsiyyətdə çətinliklərə işarə edə bilər. Məktəbdən sonra əhvali-ruhiyyənin kəskin dəyişməsi – əsəbilik, ağlamaq həddinə gəlmə və ya tamamilə özünəqapanma hallarında diqqətli olmaq lazımdır. Zədələnmiş əşyalar, dərsliklərin və ya paltarların aydın izahat olmadan itməsi bəzən münaqişələrin və ya hətta bullinqin əlamətlərinə çevrilir. Uşağın sosial fəaliyyətinin dəyişməsinə və boş vaxt olduğu halda real ünsiyyət əvəzinə virtual ünsiyyətə üstünlük verməsinə xüsusi diqqət yetirilməlidir.

    “Praktiki məsləhətlərə gəldikdə, yanaşmaları fərqləndirmək vacibdir: kiçik yaşlı şagirdlərlə işləyən üsullar həmişə yeniyetmələrə uyğun gəlmir. 7-10 yaşlı uşaqlar üçün ilk növbədə evdə təhlükəsiz mühit yaratmaq lazımdır. Uşaq ailədə özünü bərpa etməlidir, bunun üçün ritual lazımdır: axşam çayı, yatmazdan əvvəl oxumaq, birgə oyunlar, bədən təması, məsələn, qucaqlaşma, əgər uşaq bunu qəbul etmirsə, sakit və mehriban səslə söhbət”, – deyə mütəxəssis bildirib.
    //oxu.az

  • Ermənistanmənşəli tətbiqlərdən istifadə edənlərə XƏBƏRDARLIQ – Video

    “Ölkədə bir neçə ermənistanmənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur”.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sözləri informasiya təhlükəsizliyi üzrə ekspert Fərid Pərdəşünas deyib.

    Onun sözlərinə görə, istifadəçilər çox vaxt özləri də bilmirlər ki, həmin tətbiqlər ermənilərə məxsusdur.

    Bu proqram təminatları vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır. Ekspert əlavə edib ki, vətəndaşlar daha çox alternativ platformalardan istifadə etsələr, bu, təhlükəsizlik üçün daha faydalı olar.

    Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Bəhruz Məhərrəmov isə qeyd edir ki, artıq Azərbaycan və Ermənistan arasında real sülhə doğru addımlar atılır. Belə bir mərhələdə müxtəlif məhsulların, o cümlədən proqram təminatlarının qarşılıqlı mübadiləsi mümkün olsa da, bütün bu proseslər real şərait nəzərə alınmaqla həyata keçirilməlidir.

    Bəhruz Məhərrəmov əlavə edib ki, ermənistanmənşəli proqramlara xüsusi diqqət yetirilməlidir.

  • Lənkəranda evdən ər və arvadın meyiti tapıldı: Nə baş verib? – Video

    Lənkəranda dəhşətli ailə faciəsi baş verib. Evdən ər və arvadın meyiti tapılıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, kənd sakini Sərhad Məmmədov həyat yoldaşı, 61 yaşlı Balaqız Məmmədovaya atəş açaraq onu qətlə yetirib. Hadisənin səbəbi hələ məlum deyil.

    Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Mənzilə baxış keçirilən zaman Balaqız Məmmədovanın meyiti ilə yanaşı, onu qətlə yetirməkdə şübhəli bilinən Sərhad Məmmədovun da meyiti aşkar edilib. Cinayətin törədildiyi ov tüfəngi maddi sübut kimi götürülüb. Meyitlər daxili və xarici müayinədən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Həm cibə, həm cana ziyan: Ramazan ayında fantastik qiymətə iftar menyuları təklif olunur – Video

    Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb. Bu ay təkcə oruc və ibadət deyil, həm də birlik, paylaşma və sosial həmrəylik rəmzi hesab olunur. Lakin paytaxt restoranlarının təklif etdiyi iftar menyularının qiymətləri cəmiyyətdə ciddi müzakirələrə və narazılığa səbəb olub.

    Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

    Aparılan müşahidələr göstərir ki, müxtəlif iaşə obyektlərində birnəfərlik iftar menyusunun qiyməti geniş diapazonda dəyişir:

    – Minimal paket: 15 manat (şorba, salat, əsas yemək, limitsiz çay və kompot),

    – Orta seqment: 50-60 manat (açıq bufet, limitsiz yemək seçimi),

    – Premium paket: 85-100 manat (dəniz məhsulları, kabablar və lüks xidmət).

    Sakinlər yüksək qiymətlərin Ramazan ayının ruhuna zidd olduğunu bildirirlər. Vətəndaşların fikrincə, 90-100 manatlıq bir menyunu bitirmək üçün insan normalda 5-6 kiloqram yemək yeməlidir ki, bu da həm fiziki, həm də maddi cəhətdən məntiqsizdir.

    Məsələyə münasibət bildirən ilahiyyatçı Turan İrfan qeyd edir ki, Ramazan sosial bərabərlik ayıdır, ayrı-seçkilik vasitəsi deyil. Onun sözlərinə görə, dəbdəbəli iftar süfrələri bir növ israfçılıqdır:

    “100-150 manatlıq iftar menyuları təklif etməklə insanları yanlış yola sövq edirlər. Bir tərəfdə iftarını açmağa çörək tapmayan insanlar, digər tərəfdə bu cür israfçılıq… Maddi gəlir naminə dini dəyərlərdən istifadə edən şəxslər mənəvi baxımdan xəyanət etmiş sayılırlar”.

    Terapevt Abbas Bağırov isə iftarda limitsiz və ağır yeməklərdən istifadənin orqanizm üçün ciddi fəsadlar yarada biləcəyini vurğulayır. Həkim bildirir ki, eyni vaxtda müxtəlif növ ağır təamların qəbulu həzm prosesini çətinləşdirir:

    “İftar açıldıqdan bir neçə dəqiqə sonra şorba kimi yüngül yeməklərdən istifadə olunması məqsədəuyğundur. Ağır yeməklərin eyni vaxtda qəbulu orqanizmin yorulmasına səbəb olur. Yeməklərin müəyyən fasilələrlə qəbul edilməsi tövsiyə olunur”.