Month: March 2026

  • Кровавый инцидент в Баку: мужчина застрелил брата из охотничьего ружья

    В поселке Шаган Хазарского района Баку произошло убийство.

    Как сообщает Median.Az со ссылкой на АПА, сегодня вечером Гисмет Теймуров (1990 г.р.) на почве семейного конфликта застрелил своего брата Гамета Теймурова (1985 г.р.) из охотничьего ружья.

    Подозреваемый в совершении преступления задержан сотрудниками полиции и передан следствию.

    По данному факту проводится расследование.

  • Bakıda qanlı hadisə: Qardaş qardaşı ov tüfəngi ilə öldürdü

    Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Formula-1″in qalibinə şampan şüşəsi verilmədi

    “Mercedes” komandasının 19 yaşlı italyan pilotu Andrea Kimi Antonelliyə Sudzuka şəhərində keçirilmiş “Formula-1” üzrə Yaponiya Qran-prisindəki qələbəsindən sonra mükafatlandırma mərasimində şampan şüşəsi verilməyib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir kiç bu barədə “GPFans” resursu məlumat yayıb.

    “Yeniyetmə ikən yarışda qalib gəlməyin yeganə mənfi tərəfi odur ki, sonda şampan içmək üçün yaşın çatmır. Bəli, şüşəyə baxın, etiket yoxdur”, – deyə “Sky Sports”un şərhçisi Devid Kroft yarışın yayımından sonra bildirib.

    Mükafatlandırma mərasimi zamanı ona üzərində “Sudzuka” etiketi olan (ehtimal ki, qazlı içki) şüşə təqdim edilib. Eyni zamanda, ikinci və üçüncü yerləri tutan Oskar Piastri və Şarl Leklerdə “Moet & Chandon” markalı şüşələr olub.

    Qeyd edək ki, Yaponiyada spirtli içkilərdən istifadə üçün icazə verilən minimum yaş həddi 20-dir.

  • Azərbaycanda şəkər istehsalında ciddi artım qeydə alınıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33,5 % artım deməkdir.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkədə şəkərli qənnadı məhsullarının istehsalı da yüksələrək 14,1 % artım göstərib və 1 549,2 ton təşkil edib.

    Martın 1-nə olan vəziyyətə görə, hazır məhsul ehtiyatları da əhəmiyyətli dərəcədə çoxalıb. Belə ki, şəkər və qənd üzrə ehtiyatlar 18,9 min tona çataraq əvvəlki illə müqayisədə 9,5 dəfə artıb. Şəkərli qənnadı məmulatları üzrə ehtiyatlar isə 33,1 % yüksələrək 90,1 ton olub.

    Hesabat dövründə ölkədə ümumilikdə 937,7 milyon manat dəyərində qida məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % artımın qeydə alındığını göstərir.

  • Ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat edib

    Yevlaxda ot bağlamalarının üzərindən yıxılaraq xəsarət alan 72 yaşlı şəxs ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə martın 1-i rayonun Qoyunbinəsi kəndinin ərazisində baş verib.

    Belə ki, Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Abbas oğlu Tağıyev ot bağlamalarının üzərindən yıxılması nəticəsində boyun nahiyəsindən xəsarət alıb. Xəstəxanaya gətirilən şəxs martın 28-i orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş…

    Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızı balta ilə qətlə yetirilib.

    “Qafqazinfo”nun xəbərinə görə, qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandırıb.

    Məlumata görə, A.Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub. O, bir neçə dəfə iş üçün imtahan versə də, qəbul ola bilməyib. Sonuncu dəfə də verdiyi imtahandan keçə bilməyən Anarın psixoloji böhran keçirdiyi, hadisəni də bu zəmində törətdiyi bildirilir.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

  • Bir gündə bu qədər silah-sursat aşkarlandı

    Martın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 3 tapança, 3 qumbara, 2 alışdırıcı, 11 tüfəng, 42 patron darağı və 1594 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Masazırda günlərdir niyə su yoxdur? – Açıqlama

    Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır.

    Bu şikayətlə “Qafqazinfo”ya qəsəbə sakinləri müraciət ediblər.

    Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizatı təmin olunmur:

    “Son dəfə intensiv yağışlar başlamamışdan 1 gün əvvəl su verilib. Çay içməyə suyu mağazalardan alırıq. Körpə uşaqlı evlərdə vəziyyət lap kritikdir. İstilik sistemləri də susuz işləmir”.

    Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qəsəbəni içməli su ilə təmin edən nasos stansiyasında problem yaranıb:

    “Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılmaqdadır. Sakinlərə gün ərzində bir neçə saatlıq suyun verilməsinə nail olunacaq. Ərazidə su maşınları da xidmət göstərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranmış qəza halının tam aradan qaldırılması istiqamətində digər dövlət qurumları ilə birgə intensiv şəkildə fasiləsiz olaraq bərpa işləri aparılır”.

  • Mayda 14 gün iş olmayacaq

    Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin tarixləri müəyyənləşib.

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

    Eləcə də, 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq.

    Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilib. Bu səbəbdən 29 may tarixi də qeyri-iş günü sayılacaq.

    Beləliklə, beş günlük iş həftəsində çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü olacaq.

    Qeyd edək ki, 9 may – Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may tarixi də qeyri-iş günü hesab ediləcək.

    Bununla da, həftəsonları da daxil olmaqla may ayında ümumilikdə 14 gün iş olmayacaq.

    Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə iş vaxtı bir saat olmaqla qısaldılır.

  • Oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

    Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb.

    Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.