Month: March 2026

  • YAP: “İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir”

    “İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain təxribat cəhdidir, regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir”.

    Bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) bəyanatında yer alıb.

    Qeyd edilib ki, martın 5-də İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, YAP-ın üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub:

    “Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman mehriban qonşuluq prinsipinə sadiq olub. Azərbaycanın bu gün milli maraqlar və qlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası regionda etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq kontekstində etimad quruculuğuna hədəflənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti kimi hərbi-strateji potensialını daha da gücləndirən Azərbaycan milli və regional təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısını almağa qadirdir”.

    Partiya İranın bu hücum aktını qətiyyətlə pislədiyini bəyan edib:

    “Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı qərəzli təbliğata və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasını tələb edirik!”

    Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

  • İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları açıqlandı

    İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinə müraciət edən dörd nəfərin kimliyi məlum olub.

    “Report”un Naxçıvan bürosu xəbər verir ki, hücum zamanı xəsarət alanlar Cəfərov Əsəd Vidadi oğlu (1998), Zülfüqarov Zülfuqar Məmməd (1996), Əsgərov Mehdi Mətləb oğlu (1996) və Vəliyeva Reyhanə Sabir qızıdır (1986).

  • İran səfirliyi suallardan QAÇDI: Molla rejimi iç üzünü göstərdi (Video)

    İranın Naxçıvana dron hücumu ilə bağlı Baku TV-nin əməkdaşı İranın Azərbaycandakı səfirliyinə yollanıb.

    Belə ki, səfirlikdən heç kim baş verən hadisə ilə bağlı açıqlama verməyib.

    Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

    Görüntüləri təqdim edirik:

  • İranın dron hücumundan sonra Naxçıvan aeroportundan fotoreportaj (Video)

    İranın Naxçıvan aeroportuna həyata keçirdiyi dron hücumu nəticəsində binaya ciddi ziyan dəyib, əməkdaşlar təxliyə olunub.

    “Report”un Naxçıvan bürosu xəbər verir ki, dron hücumundan sonra binanın tavan hissəsi demək olar tamamilə dağılıb.

    Hava limanının əməkdaşları və sərnişinlər ərazidən təxliyə edilib.

    Bundan başqa, müntəzəm reys üzrə Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik məqsədilə paytaxta geri dönüb.

    Qeyd edək ki, Azərbaycan XİN-in yaydığı bəyanata görə, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Nəticədə iki nəfər mülki şəxs xəsarət alıb.



  • Военные США считают, что Иран хотел поразить базу Инджирлик в Турции

    Целью баллистической ракеты, которую выпустили военные Ирана, предположительно, была военная база Инджирлик в Турции, где размещен значительный контингент ВВС США.

    С таким утверждением выступила газета The New York Times (NYT) со ссылкой на американского военного высокого ранга и представителя одной из стран Запада.

    Издание отмечает, что ракета пролетела над Ираком и Сирией и была сбита в Средиземноморье, когда летела в сторону Турции. Источники газеты уточнили, что иранскую ракету сбила ракета-перехватчик SM-3, которую выпустили с эсминца ВМС США “Оскар Остин”. Обломки сбитой ракеты упали в турецкой провинции Хатай недалеко от границы с Сирией, никто в результате этого не пострадал.

    Газета напоминает, что Турция – одна из стран НАТО и нападение на нее могло бы потенциально втянуть 32 члена альянса в конфликт.

    Авиабаза Инджирлик, расположенная у города Адана на юге Турции, является самой восточной базой командования ВВС США и НАТО в Европе. Она была создана в середине 1950-х годов и впоследствии преобразована в 10-ю основную базу ВВС Турции.

  • İranın İncirlik bazasına atdığı ballistik raketi kim vurub?

    İran Silahlı Qüvvələri tərəfindən buraxılan ballistik raketin ABŞ Hərbi Hava Qüvvələrinin böyük bir kontingentinin dislokasiya olunduğu Türkiyə ərazisindəki “İncirlik” hərbi bazasını hədəf aldığı ehtimal edilir.

    Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

    Xəbərdə deyilir ki, raket İraq və Suriya hava məkanını keçərək Türkiyə istiqamətində hərəkət edərkən Aralıq dənizi üzərində zərərsizləşdirilib. Dəqiqləşdirilən məlumata əsasən, İran raketi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Oscar Austin” esminesi tərəfindən atılan “SM-3” raketi vasitəsilə vurulub. Məhv edilən raketin parçaları Türkiyənin Suriya ilə sərhədində yerləşən Hatay vilayətinə düşsə də, hadisə nəticəsində xəsarət alan olmayıb.

    Əlavə olunub ki, Türkiyə NATO üzvüdür və ona qarşı hər hansı hücum alyansın 32 üzvünün münaqişəyə cəlb olunması potensialını daşıyır.

    Türkiyənin cənub bölgəsində, Adana şəhəri yaxınlığında yerləşən “İncirlik” hava bazası ABŞ və NATO Hərbi Hava Qüvvələrinin Avropadakı ən şərq dayağı hesab olunur. 1950-ci illərin ortalarında təsis edilən baza, sonradan Türkiyə Hərbi Hava Qüvvələrinin 10-cu əsas bazası statusunu alıb.

  • Prezident investisiyaların dövlət tərəfindən alınmasını təsdiqləyib

    Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib.

    “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişikliyi imzalayıb.

    Yeni dəyişikliklə investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edilib. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.

    Beləliklə, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırılıb. Həmin məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçiriləcək.

    Həmçinin qeyd olunan məqsəd üçün strateji əhəmiyyətə malik olan investisiyaların dövlət tərəfindən alınması Azərbaycan qanunları ilə həyata keçiriləcək.

  • MN: “Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq”

    5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatı araşdırılır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

    Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.

    Azərbaycan Respublikası Müdafiə nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.

  • İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

    İran ərazisindən uçan PUA-lardan biri Naxçıvan Muxtar Respublikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

    Bu məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

    Qeyd edilib ki, digər dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına düşüb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

  • Иранский посол вызван в МИД Азербайджана: выражен решительный протест

    Чрезвычайный и полномочный посол Исламской Республики Иран в Азербайджане Муджтаба Демирчилу был вызван в Министерство иностранных дел.

    Соответствующую информацию распространило внешнеполитическое ведомство страны.

    Сообщается, что иранской стороне был выражен решительный протест, и будет представлена соответствующая нота протеста.

    Напомним, возле Международного аэропорта Нахчывана упали два БПЛА. По предварительным данным, дроны вошли в воздушное пространство страны с иранского направления.