Month: April 2026

  • Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılıb öldü

    Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib.

    Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Məhkəmələrdə ipoteka mübahisələri ilə bağlı VACİB ŞƏRTLƏR AÇIQLANDI

    İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.

    Bu barədə Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.

    Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır.

    Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır.

    Bunlara, ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir. Bundan əlavə, qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Yəni vətəndaşa məxsus mənzilin yerləşdiyi ünvan, sahəsi və digər vacib göstəricilər qeyd olunmalıdır.

    Eyni zamanda, ipoteka predmetinin bazar dəyəri də müəyyənləşdirilməlidir. Bu dəyər tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndirici təşkilat vasitəsilə təyin olunur.

    Qeyd edilib ki, zərurət yarandığı hallarda ipoteka predmetinin satışınadək onun mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər də məhkəmə qərarında göstərilməlidir.

  • Отбор на ЧМ: женская сборная Азербайджана сыграет в Андорре

    Сегодня женская сборная Азербайджана по футболу проведет очередной матч в рамках отборочного этапа чемпионата мира.

    Команда под руководством главного тренера Сиясета Аскерова сыграет на выезде со сборной Андорры.

    Встреча, которая состоится на Национальном стадионе в Андорра-ла-Велья, начнется в 21:00 по бакинскому времени.

    Напомним, ранее наша сборная уступила команде Венгрии (0:1) со счетом 0:1, а затем одержала победу над сборной Северной Македонии (2:0).

    Отметим, что на данный момент сборная Азербайджана с тремя очками в активе занимает второе место в группе 3 Лиги C. Лидирует Венгрия (4 очка), третье место у Северной Македонии (3), а замыкает таблицу Андорра (1).

  • Dünya çempionatına doğru: Qadınlardan ibarət yığmamız Andorra səfərində

    Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

    Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra ilə üz-üzə gələcək.

    Qarşılaşma “Andorra la Vella” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

    Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.

    Xatırladaq ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.

  • Обнародовано число женщин-фермеров в Азербайджане

    В Азербайджане 80 000 женщин-фермеров.

    Об этом заявила председатель Ассоциации сельских женщин Азербайджана Гюльбениз Ганбарова на мероприятии под названием “Развитие женского предпринимательства и совершенствование законодательства”, организованном в рамках международной конференции Совещания по взаимодействию и мерам доверия в Азии (СВМДА) на тему “Активизация роли женщин во имя устойчивого развития на пространстве СВМДА”, проходящей в Баку.

    Она также озвучила число женщин-землепользователей в стране.

    “В Азербайджане также около 80 000 землепользователей. Однако необходимо обратить внимание на один вопрос. В некоторых случаях на повестку дня выходит вопрос не столько права, сколько справедливости. Например, существуют такие проблемы, как обеспечение удобных мест для выпаса скота женщинами и планирование полива, из-за чего время полива у большинства фермеров приходится на дневные часы”, – сказала она.

    Гюльбениз Ганбарова подчеркнула, что упрощение регистрации бизнеса, расширение электронных услуг, обеспечение доступа женщин к финансовым ресурсам являются основными стоящими перед нами целями.

    “В регионах широкий размах приобретает коллективный женский бизнес. В рамках этой модели женщины, действуя совместно, производят больше продукции, осуществляют продажи. По мере роста своего бизнеса они обеспечивают работой и других женщин, проживающих в селе. На сегодняшний день 780 женщин в этих рамках обеспечили себя самозанятостью”, – дополнила она.

  • Azərbaycanda qadın fermerlərin sayı açıqlanıb

    Azərbaycanda 80 min qadın fermer var. Bu qədər qadın da torpaq istifadəçisidir.

    Bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasınin sədri Gülbəniz Qənbərova bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

    Onun sözlərinə gorə, bəzi hallarda hüquqdan daha çox haqq məsələsi problemi yaranır:

    “Məsələn, yaylağa mal-qara aparan qadınlar üçün əlverişli yerlərin əldə edilməsi, suvarma suyunun cədvəlləşdirilməsi zamanı əksər fermerlərin suvarma vaxtının gündüz saatlarına düşməsi kimi məsələlər mövcuddur.

    Biznesin qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi, qadınların maliyyə resurslarına çıxışının təmin olunması qarşıda duran əsas məqsədlərdir. Təsərrüfatda çalışan qadınlar tamhüquqlu iqtisadi subyekt kimi iştirak etməlidirlər”.

    Gülbəniz Qənbərova kəndlərdə kollektiv qadın bizneslərinə də diqqət çəkib. O bildirib ki, regionlarda kollektiv qadın biznesləri geniş vüsət alır:

    “Bu model çərçivəsində qadınlar birgə fəaliyyət göstərərək daha çox istehsal edir, satış həyata keçirir və gəlir əldə edirlər. Öz bizneslərini böyütdükcə kənddə yaşayan digər qadınları da işlə təmin edirlər. İndiyədək 780 qadın bu model əsasında özünü məşğulluqla təmin edib”.
    //trend.az

  • Şabranda hotelin fəaliyyəti DAYANDIRILDI – SƏBƏB (Video)

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

    “Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır, obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib, ⁠yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb, obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb, obyektin tüstü bacası təmizlənməyib, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, – deyə məlumatda vurğulanıb.

  • Şirvanda keçmiş məhkum eyni əmələ görə tutuldu – Video

    Şirvanda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

    Ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Стоимость азербайджанской нефти превысила 125 долларов

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 5.85 доллара, или 4.88% – до 125.83 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 119.98 доллара.

  • Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

    Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 5.85 ABŞ dolları və ya 4.88 % artaraq 125.83 ABŞ dolları olub.

    Xatırladaq ki, “Azeri Light”in əvvəlki qiyməti 119.98 ABŞ dolları təşkil edib.