Month: April 2026

  • “Meta” işçilərinin fəaliyyətini izləyəcək

    “Meta” işçilərinin fəaliyyətini izləyəcək

    ABŞ-nin “Meta” şirkəti əməkdaşlarının xidməti kompüterlərində yeni nəzarət alətləri quraşdırmağı planlaşdırır. Bu sistem vasitəsilə klaviatura toxunuşları və kliklər qeydə alınacaq, həmçinin müntəzəm olaraq ekranın skrinşotları (ekran görüntüləri) çəkiləcək.

    Median.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu yenilik barədə korporasiyanın daxili sənədlərində məlumat yer alıb.

    İşçilər daxili sistemlərdən istifadə etdikləri zaman “Model Qabiliyyəti Təşəbbüsü” adlanan proqram işə düşəcək və toplanan informasiya süni intellektin inkişaf etdirilməsi üçün istifadə olunacaq. Proqramın əsas hədəfi insanların interfeyslərlə (qısayollar, menyular və digər idarəetmə alətləri ilə) necə işlədiyini göstərən real məlumat bazası formalaşdırmaqdır.

    Korporasiya bəyan edir ki, bu məlumatlar personalın iş səmərəliliyini yoxlamaq məqsədi daşımır və sırf elmi-tədqiqat işlərinə yönəldiləcək. Eyni zamanda, “Meta” rəsmisi fərdi və həssas məlumatların təhlükəsizliyini təmin etmək üçün xüsusi addımların atıldığını vurğulayıb.

  • Xərçəngin aşkarlanması üçün altı adi analiz – Rusiyalı həkimdən maraqlı açıqlama

    Xərçəngin aşkarlanması üçün altı adi analiz – Rusiyalı həkimdən maraqlı açıqlama

    Klinikalarda verilən altı adi analiz onkoloji xəstəliklərin ilkin mərhələdə aşkarlanmasına kömək edə bilər.

    Bu barədə rusiyalı tibb elmləri doktoru, professor Mixail Koryakin “Aif.ru” nəşrinə verdiyi müsahibədə bildirib. Söhbət leykositlər, eritrositlərin çökmə sürəti (EÇS), ümumi protein, qlükoza, hemoqlobin və trombositlər üçün verilən analizlərdən gedir.

    Həkim bu göstəricilərin onkoloji xəstəliklərlə əlaqəsini belə izah edib:

    “Leykositlər: Leykositlərin sayında kəskin artım və ya güclü azalma qan xərçənginin göstəricisi ola bilər.

    Eritrositlərin çökmə sürəti: EÇS-in artması yalnız mövsümi infeksiyalar və ya xroniki xəstəliklərin kəskinləşməsi zamanı deyil, həm də bədxassəli proseslər zamanı müşahidə olunur.

    Ümumi protein: Ümumi protein göstəricisinin normadan aşağı olması onkoloji problemlərə işarə edən həyəcan siqnalı ola bilər.

    Qlükoza: Xərçəng hüceyrələri bəzən insulin ifrazını basdırır və bu zaman orqanizm qlükoza səviyyəsini artıraraq cavab verir.

    Hemoqlobin: Hemoqlobinin azalması (anemiya) onkoloji xəstəliklərin, xüsusən də mədə və bağırsaq xərçənginin ən çox rastlanan göstəricilərindəndir. Şiş gözlə görünməyən, lakin analizlərdə özünü göstərən xroniki mikroqanaxmalara səbəb ola bilər.

    Trombositlər: Ağciyər, böyrək və mədə-bağırsaq traktı xərçəngi zamanı trombositlərin sayı izaholunmaz şəkildə arta bilər (trombositoz). İltihab əlamətləri olmadan trombositlərin uzun müddət yüksək səviyyədə qalması mütləq həkim müayinəsi tələb edir”.

    Professor vurğulayıb ki, bu analizlər diaqnoz üçün təkbaşına kifayət etməsə də, orqanizmdəki potensial təhlükəli dəyişiklikləri vaxtında aşkar etməyə və həkimə müraciət etmək üçün əsaslı səbəb yaratmağa kömək edir.

  • “WhatsApp”da başlayan sevgi: 25 yaşlı gənc yeniyetmə qızla münasibətinə görə məhkəməlik oldu – TƏFƏRRÜAT

    “WhatsApp”da başlayan sevgi: 25 yaşlı gənc yeniyetmə qızla münasibətinə görə məhkəməlik oldu – TƏFƏRRÜAT

    İmişli rayonunda 25 yaşlı oğlan “WhatsApp” qrupunda tanış olduğu yetkinlik yaşına çatmayan qıza qarşı intim hərəkətlər edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə ötən il oktyabrın 1-də İmişli şəhərində baş verib.

    2001-ci il təvəllüdlü Sərxan həmin gün səhər saat 6 radələrində dayısı Eldara məxsus fərdi yaşayış evinin yataq otağında 2010-cu il təvəllüdlü Samirə (adlar şərti verilib – red.) ilə intim əlaqədə olub.

    Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Sərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Samirəni 2025-ci il iyun ayının sonlarından tanıyır: “WhatsApp” mobil tətbiqində qrupda tanış olduq. Qrupda Samirə, dayım oğlu Tahir, mən və tanımadığım bir qız olmaqla, 4 nəfər idik. Samirə ilə fərdi qaydada mesajlaşmağa başladıq, aramızda sevgi münasibəti yarandı. Mən onun 31 dekabr 2025-ci ildə 15 yaşını tamam edib 16 yaşına keçəcəyini bilirdim”.

    Sərxan qeyd edib ki, Samirə ilə ailə həyatı qurmaq niyyətində olub: “Ona mənimlə qoşulub qaçmağı təklif etdim. Əvvəl istəmədi, sonra razılaşdı. Anasının gecə saat 3 radələrində yatdığını dedi. Mən də ona anası yatandan sonra evdən çıxmağı tapşırdım”.

    Sərxanın sözlərinə görə, dayısı Eldarın təmir etdirdiyi evin açarları onlarda olub: “Samirə ilə oktyabrın 1-də anası yatdıqdan sonra qaçmağı planlaşdırdıq. Açarları götürdüm, gecə saat 1 radələrində kəndin asfalt yoluna çıxdım. Yoldan keçən avtomobillərin biri ilə rayona gəldim, dayımın evinin qarşısında düşdüm. Gecə həmin evdə Samirənin mesajını gözlədim. Saat 3 radələrində Samirə anasının yatdığını bildirdi. Evdən çıxıb piyada onların evinə doğru getdim. Dəmiryol xəttinin yaxınlığında gözlədim, təxminən 15-20 dəqiqə sonra Samirə yanıma gəldi, dayımın yaşadığı evə getdik. Evin ikinci mərtəbəsində yataq otağında bir az söhbət etdik”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Samirə telefonda anasına mesaj yazaraq könüllü qaçdığını bildirib:

    “Ertəsi gün axşam dayım gəldi, amma evə daxil olmayıb getdi. Təxminən 40 dəqiqə sonra dayım oğlu Tahir gəldi, Samirəni gördü. Ona Samirəni qaçırdığımı bildirdim. Tahir də Samirəni polislərin axtardığını xəbər verdi. Samirəni dəmir yolunun xətti yaxınlığından evlərinə yola saldım, yaşadığım kəndə getdim. Bir qədər sonra polis əməkdaşları məni şöbəyə gətirdilər”.

    Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə gələcəkdə evlənəcəyini, bununla bağlı ailələr arasında razılıq olduğunu, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə edildiyini deyib. O, 44 günlük Vətən müharibəsində iştirak etməsinin də nəzərə alınmasını xahiş edib.

    Samirə təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirib.

    Zərərçəkmiş Samirənin anasının sözlərinə görə, qızı ilə Sərxanın münasibətlərindən məlumatı olmayıb: “Oktyabrın 1-də səhər məktəbə yola salmaq üçün otağına daxil olanda Samirəni görmədim. Evi və həyəti axtardım. Samirənin istifadəsində olan mobil telefona bir neçə dəfə zəng etsəm də, zəng çatmadı. Həyat yoldaşım işğaldan azad edilmiş rayonlarda işlədiyi üçün qardaşıma zəng vurub hadisə barədə məlumat verdim.

    O da Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və İmişli Rayon Polis Şöbəsinə məlumat verdi. Bundan sonra Samirənin “WhatsApp”da yazdığı mesajı oxudum. Onun “öz xoşumla qaçmışam, xahiş edirəm şikayət etməyin” məzmunlu mesaj yazdığı məlum oldu”.

    İmişli Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Ona bir il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.

  • В Азербайджане беременная женщина скончалась от рака: готовилась стать матерью спустя пять лет брака

    В Азербайджане скончалась находившаяся на пятом месяце беременности жительница Астаринского района.

    Как сообщает Median.Az со ссылкой на АПА, уроженка села Рине Зумруд Гаджиева в связи с ухудшением состояния здоровья была направлена на лечение в одну из больниц Баку.

    Несмотря на усилия врачей, спасти ее жизнь не удалось. Женщина умерла в медицинском учреждении.

    Отмечается, что Зумруд Гаджиева страдала онкологическим заболеванием. Молодая женщина состояла в браке пять лет и готовилась в ближайшее время стать матерью.

    Тело покойной было передано семье и предано земле на сельском кладбище.

  • Azərbaycanda hamilə qadın xərçəngdən vəfat etdi

    Azərbaycanda hamilə qadın xərçəngdən vəfat etdi

    Beş aylıq hamilə olan Astara sakini Bakıda xəstəxanaların birində ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonun Rinə kənd sakini, Zümrüd Kamran qızı Hacıyeva səhhətində yaranan ağırlaşmalar səbəbindən müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

    Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

    Məlumata görə, beş ildir ailəli olan Z.Hacıyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

    Meyit ailəsinə təhvil verilib və kənd qəbiristanlığında dəfn olunub.

  • В школах Азербайджана начались массовые проверки

    В нескольких районах Азербайджана начались массовые проверки в школах среди учащихся старших классов.

    Как сообщает Trend, проверки в основном охватывают общеобразовательные учреждения, расположенные в Абшеронском районе, городе Сумгайыт и прилегающих территориях.

    Сотрудники правоохранительных органов проводят в школах досмотр портфелей учащихся и находящиеся при них личных вещей, проверяя наличие запрещённых предметов. К таковым относятся колюще-режущие предметы, табачные изделия и иные опасные средства.

    В последние дни учителя обращаются к родителям с рекомендацией проверять содержимое портфелей своих детей перед отправкой в школу. Сообщается, что данные меры связаны с участившимися в последнее время инцидентами в школах.

    В рамках внезапных проверок инспекторы по делам несовершеннолетних входят в классы во время занятий и проводят осмотр школьников. Ученики, у которых обнаруживаются запрещённые предметы, отводятся для дополнительной беседы. О каждом выявленном случае незамедлительно уведомляются руководство школы и родители учащегося.

    Напомним, что несколько дней назад в средней школе №286 города Баку ученик 9-го класса облил одноклассника спиртом и поджёг его. После произошедшего руководство школы немедленно вызвало скорую медицинскую помощь. Пострадавшему была оказана первая помощь, после чего он был госпитализирован.

    Подозреваемый был задержан полицией. Решением суда в его отношении избрана мера пресечения в виде ареста.

  • Azərbaycanda məktəblərdə KÜTLƏVİ YOXLAMALARA başlanıldı

    Azərbaycanda məktəblərdə KÜTLƏVİ YOXLAMALARA başlanıldı

    Azərbaycanın bir neçə rayonunun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib.

    Median.Az “Trend”ə istinadla xəbər verir ki, yoxlamalar, əsasən, Abşeron rayonu, Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərin çantalarını və üzərilərində olan əşyaları yoxlayaraq qadağan olunmuş predmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərə kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələr daxildir.

    Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqların məktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu tədbirlər məktəblərdə son vaxtlar baş verən insidentlərin artması ilə əlaqədardır.

    Gözlənilməz yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil olaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar aşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır, hadisə ilə bağlı məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.

    Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

  • В Турции детям до 15 лет запретили доступ к соцсетям

    В Турции детям до 15 лет запретили пользоваться социальными сетями.

    Как сообщает Median.Az со ссылкой на местные медиа, Великое национальное собрание (парламент) Турции приняло соответствующий законопроект.

    Законом о регулировании публикаций в интернете и борьбе с преступлениями, совершаемыми посредством публикаций, определяются понятия “интернет-игры”, “дистрибьютор игр”, “разработчик игр” и “игровая платформа”.

    В статью об “удалении содержания публикаций и блокировке доступа”, отмененную Конституционным судом, была внесена поправка. Соответственно, операторам социальных сетей запретили предоставлять услуги детям младше 15 лет, обязав принимать необходимые меры, включая проверку возраста, для предотвращения предоставления таких услуг.

  • Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edildi

    Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edildi

    Türkiyədə 15 yaşına çatmamış şəxslərə sosial şəbəkələrdən istifadə qadağan olunub.

    Bu barədə Türkiyənin Böyük Millət Məclisi müvafiq qanun layihəsini qəbul edib.

    Belə xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş yoxlanışı da daxil olmaqla zəruri tədbirlərin görülməsi öhdəliyi müəyyənləşib.

  • Qriqoryan: Bakı ilə sülh İrəvanın xarici çağırışlara qarşı durma qabiliyyətini artırıb

    2025-ci ildə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması İrəvanın regiondakı münaqişələr kimi çağırışlara və mənfi nəticələrə qarşı durma qabiliyyətini artırıb.

    “Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu həmin ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda deyib.

    Onun sözlərinə görə, Ermənistan Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin Cənubi Qafqaza mənfi təsiri fonunda qəti sülhün bərqərar olması üzərində fəal işləyir.

    “İrəvan Bakı ilə sülh sazişinin imzalanmasına yaxınlaşıb. Azərbaycanla imzalanan Vaşinqton sülh Bəyannaməsi regionumuza real sülh gətirdi. Bu, həm də bizə mənfi təsir göstərən regional münaqişələrin yaratdığı çətinliklərlə üzləşmək imkanlarımızı artırdı”, – A.Qriqoryan bildirib.

    O, həmçinin Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın Hörmüz boğazının bağlanması səbəbindən dünyada neftin qiymətinin artmasına baxmayaraq, ölkənin enerji bazarındakı vəziyyəti sabitləşdirməyə imkan verdiyini vurğulayıb.