Month: May 2026

  • Günəşdə güclü partlayış baş verib – Maqnit qasırğası ola bilər

    Günəşdə güclü partlayış baş verib – Maqnit qasırğası ola bilər

    Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.

    Bu barədə Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə açıqlama verib.

    Məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 05:33-də (Moskva vaxtı ilə 04:33 – red.) 4 424 nömrəli Günəş ləkəsi qrupunda (N16W77) rentgen spektrində M1.8 sinfinə aid və 31 dəqiqə sürən alovlanma aşkar edilib.

    Xatırladaq ki, Günəşdəki partlayışlar yaydıqları rentgen şüalarının intensivliyinə görə beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt radiasiya gücü deməkdir. Hər sonrakı sinfə keçid zamanı şüalanma gücü 10 qat çoxalır. Bu cür partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə nəticələnir və həmin plazma buludları planetimizə çatdıqda Yer kürəsində maqnit qasırğaları yarada bilir.

  • Президент Азербайджана: К сожалению, двойные стандарты сегодня являются обычной практикой для ПАСЕ

    В сентябре 2023 года Азербайджан положил конец сепаратизму в Карабахе. Мы выполнили четыре резолюции Совета Безопасности ООН от 1993 года, которые тридцать лет оставались на бумаге. Через четыре месяца ПАСЕ ввела санкции против нашей делегации.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в выступлении в формате видеосвязи на 8-м Саммите Европейского политического сообщества.

    “К сожалению, двойные стандарты сегодня являются обычной практикой для ПАСЕ. Территориальная целостность Азербайджана имеет такую же ценность, как и любой другой страны, и двойные стандарты в этом вопросе неприемлемы”, – подчеркнул глава государства.

  • Azərbaycan Prezidenti: “Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur”

    Azərbaycan Prezidenti: “Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur”

    “2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında söyləyib.

    “Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkəninki ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı

    Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı

    Klinikadan 5000 manat oğurlayan kassir saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib. Həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Президент: Через территорию Азербайджана в Армению доставлено 28 000 тонн грузов

    Через территорию Азербайджана в Армению доставлено 28 000 тонн грузов.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в выступлении в формате видеосвязи на 8-м Саммите Европейского политического сообщества.

    Глава государства подчеркнул, что впервые начались поставки азербайджанских нефтепродуктов – бензина и дизельного топлива – в Армению. Он отметил, что на данный момент в эту страну экспортировано 12 000 тонн наших нефтепродуктов.

  • İlham Əliyev: “Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb”

    İlham Əliyev: “Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb”

    “Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında bildirib.

    İlk dəfə olaraq Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladığımızı vurğulayan dövlətimizin başçısı vurğulayıb ki, indiyə qədər Ermənistana 12 min ton neft məhsulumuz ixrac edilib.

  • Ильхам Алиев: И Азербайджан, и Армения уже ощущают практические выгоды от мира

    Еще одним достижением мира является транспортная связность. “Маршрут Трампа для международного мира и процветания” соединит Азербайджан с его эксклавом Нахчываном, а также станет частью Среднего коридора.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в выступлении в формате видеосвязи на 8-м Саммите Европейского политического сообщества.

    Глава государства также добавил, что Азербайджан и Армения уже ощущают практические выгоды от мира.

  • Prezident: “Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər”

    Prezident: “Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər”

    “Sülhün digər nailiyyəti bağlantıdır. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək və bu yol Orta Dəhlizin bir hissəsi olacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında səsləndirib.

    Dövlətimizin başçısı, həmçinin əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər.

  • Президент Ильхам Алиев: Мы живем в мире всего девять месяцев

    Мы живем в мире всего девять месяцев и учимся жить в мире.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев в выступлении в формате видеосвязи на 8-м Саммите Европейского политического сообщества.

    Напомнив, что в августе прошлого года лидеры Армении и Азербайджана подписали совместную декларацию в Белом доме в Вашингтоне, глава государства подчеркнул, что после достижения мира Азербайджан в одностороннем порядке снял все транзитные ограничения, которые были введены в отношении Армении с начала 1990-х годов.

  • Prezident: “Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq”

    Prezident: “Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq”

    “Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında deyib.

    Ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin birgə bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı sülh əldə edildikdən sonra Azərbaycanın 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını vurğulayıb.