Prezident: “Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir”

Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir – yəni vahid mərkəzdən.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

Dövlətimizin başçısı deyib ki, hər kəs bunu bilməlidir – həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.