Yaponiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi müvəqqəti bağlanır – FOTO

Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin konsulluq şöbəsi 10-13 mart tarixlərində müvəqqəti bağlanır.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.

“Nəzərinizə çatdırırıq ki, 9 mart tarixi Azərbaycanda qeyri-iş günü elan olunduğu üçün səfirlikdə də qeyri-iş günüdür”, – məlumatda qeyd olunub.