Prezident İlham Əliyev: “Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir”

“Biz sizin (Antoniu Koşta – red.) səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfə verəcək. Onlar uğurla inkişaf edir, xüsusilə son dövrlərdə. Bizim çox fəal dialoqumuz var”.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, biz əməkdaşlığımızın çox fəal mərhələsindəyik.