Şimali Kiprin baş naziri Azərbaycana səfərə gəlib

Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.