Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü oldu – YENİLƏNİB

Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü keçirilib.

Görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.

Görüş 1 saatdan çox davam edib.

* * * * *

Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.

Görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.

Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.