Güzəştli ipoteka ala biləcək şəxslərin SİYAHISI genişləndirildi – FƏRMAN

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, 3 il stajı olan məhkəmə hakimləri də güzəştli ipoteka krediti ala biləcəklər.