İlham Əliyev universitet müəllimini ordenlə təltif etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Ədalət Nurulla oğlu Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Ə.Fərəcov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.