Prezident Efiopiya ilə sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanıb.