Daha bir şəxs prezidentliyə namizəd olduğunu açıqladı

Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə daha bir namizəd adını açıqlayıb.

Median.Az-in “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Müsavat partiyasından ayrılaraq özlərini “Ağ partiya” adlandıran bir qrup gənc Tural Abbaslının namizədliyini irəli sürüblər.

Prosedur üçün tələb edilən rəsmi sənədlər fevralın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib.