Prezident UNESCO-nun səfirinə “Dostluq” ordenini təqdim edib – FOTO

Azərbaycan prezidenti İlham Əliyev ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Görüşdə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.