Prezident Şamaxının icra başçısını dəyişdi

Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Müvafiq sərəncamı oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.