Gömrük Akademiyasına yeni rəis təyin olundu

İsmayıl Ağa Qulu oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Müvafiq sərəncamı oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin olunub.